Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib
Tarix: 21.09.2018 | Saat: 11:57:00 | E-mail | Çapa göndər
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olundu.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer mərasimdə çıxış etdilər.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq ABDULLAYEV çıxışında dedi:

- Hörmətli qonaqlar, əziz dostlar, Azərbaycan Cüdo Federasiyasının adından hər birinizi ölkəmizin paytaxtı Bakı şəhərində keçirilən 2018-ci il cüdo üzrə dünya çempionatının açılışı münasibətilə salamlayır, yarış iştirakçılarına uğurlar arzulayıram.

Füsunkar təbiətə və qədim tarixə malik Azərbaycan torpağına xoş gəlmisiniz.

Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət səviyyəsində göstərilən qayğı gündən-günə artır. Yeni idman kompleksləri tikilir, idmanın maddi-texniki bazası möhkəmləndirilir, bu istiqamətdə böyük layihələr həyata keçirilir. Azərbaycan artıq beynəlxalq qurumların etimadını qazanıb və bir çox mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib. 2015-ci ildə birinci Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də bir çox idman növləri üzrə ölkəmizdə keçirilmiş Avropa və dünya çempionatları yüksək təşkilatçılıq səviyyəsi ilə dünya idman ictimaiyyətinin dərin rəğbətini qazanıb.

Biz ilk dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi edirik. Bu böyük etimada görə Beynəlxalq Cüdo Federasiyasına dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, bu möhtəşəm tədbir respublikamızda cüdonun daha geniş təbliğ olunması baxımından çox böyük əhəmiyyət daşıyacaq. Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindəndir və ölkəmizin bütün bölgələrində cüdo ilə məşğul olurlar.

Əmin olduğumu bildirmək istəyirəm ki, Bakı çempionatı idman həvəskarları üçün möhtəşəm bir bayrama çevriləcək. Azərbaycanın cüdo azarkeşləri, ilk dəfə olaraq, dünyanın ən güclü cüdoçularının tatami üzərində mübarizəsini canlı izləmək fürsəti əldə edəcəklər. Şübhə etmirəm ki, çempionatın bütün iştirakçıları bu böyük idman mübarizəsində qazanılan nəticələrdən asılı olmayaraq, Azərbaycandan xoş təəssüratla ayrılacaq, ölkəmiz və xalqımız haqqında xatirələr hər bir cüdoçunun yaddaşında silinməz izlər qoyacaq.

Sonda hamınıza unudulmaz anlar, güclü rəqabət və uğurlar arzu edirəm.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius VİZER çıxış edərək dedi:

- Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, hörmətli qonaqlar, xanımlar və cənablar, hörmətli idmançılar və tamaşaçılar.

İcazə verin, Beynəlxalq Cüdo Federasiyası adından və ümumiyyətlə cüdo ailəsi adından Azərbaycan Respublikasına bu mötəbər tədbiri gözəl təşkil etdiyinə görə öz təşəkkürümüzü bildirək. Bakıdakı tədbir doğrudan da çox gözəldir, eyni zamanda, dostluq və qonaqpərvərlik bütün iştirakçıları valeh edir. Azərbaycan yalnız yüksək iqtisadi göstəricilərə malik bir ölkə deyil, eyni zamanda, mədəniyyət, idman, incəsənət və digər sahələrə böyük sərmayələr yatıran bir ölkədir. Bir çox mötəbər idman tədbirlərini, Avropa və dünya çempionatlarını təşkil edən, həmçinin bir çox idman layihələrini həyata keçirən Azərbaycan artıq dünyada inkişafa və firavan yaşayışa töhfə verən bir dövlətdir.

Hər birinizə bu mötəbər yarışlarda uğurlar diləyirəm. Eyni zamanda, ümid edirəm ki, Bakı şəhərindən zövq alacaqsınız, öz mədəniyyətinizlə yerli mədəniyyət arasında mübadilə aparmaq və qarşılıqlı münasibət qurmaq imkanı qazanacaqsınız. Bütün idmançılara və iştirakçılara, hər birinizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan etdi.

Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirildi.

Daha sonra qrafik video elementlərdən ibarət videoçarx nümayiş etdirildi.

Azərbaycanın incəsənət xadimlərinin məxsusi olaraq tədbir üçün hazırlanmış çıxışları təqdim olundu.

Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatdı.

Mərasimin sonunda Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Avropa Olimpiya Komitələrinin sabiq prezidenti, cüdo veteranı Patrik Hikki və dünya şöhrətli müğənni Al Bano ilə çay süfrəsi arxasında söhbət etdilər.

Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır. Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2082 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11.05.2024 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10.05.2024 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
05.05.2024 Göygöldə Avropa Kuboku başa çatıb, Azərbaycan millisi birinci olub
05.05.2024 Azərbaycan cüdoçuları Göygöldəki Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar
27.04.2024 Avropa çempionatı: Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb
26.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionu olub
25.04.2024 Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
14.04.2024 Azərbaycan cüdoçuları Berlindəki Avropa Kubokunda birinci yeri tutub
14.04.2024 Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 7 medal qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru