Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
Tarix: 24.09.2018 | Saat: 13:53:00 | E-mail | Çapa göndər
Sentyabrın 24-də Bakıda 45 ölkəni təmsil edən 220-dən çox qonağın qatıldığı Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun açılış mərasimi keçirilib.

Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri Timoti Şriver və digər rəsmi şəxslər iştirak ediblər.
Əvvəlcə Xüsusi Olimpiya Hərəkatına həsr olunmuş videoçarx nümayiş olunub. Gənclər və idman naziri A.Rəhimov çıxış edərək bildirib ki, Azərbaycan dünyada idman ölkəsi və öz gənclərinə böyük dəyər verən ölkə kimi tanınmaqdan qürur duyur: “Azərbaycan qədim və zəngin tarixə, mədəniyyətə və ənənələrə malik olan ölkədir. 2018-ci il Xüsusi Olimpiya Hərəkatı Qlobal Gənc Liderlər Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Bu Forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə bu hərəkatın inkişafı üçün hər cür şərait yaradılıb. Təsadüfi deyil ki, biz Xüsusi Olimpiya Oyunlarında medallar qazanmışıq. Mən Azərbaycanda Xüsusi Olimpiya hərəkatına dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm".

Beynəlxalq Xüsusi Olimpiya Hərəkatının sədri T.Şriver isə deyib ki, burada iştirak edən gənc liderlər dünyada yaşayan 200 milyon əqli məhdudiyyəti olan insanı, ümumilikdə, hamı üçün inklüzivlik məqsədinə nail olmaq əzmində olan yeni nəsil liderləri təmsil edirlər.

Sonra Xüsusi Olimpiya Hərəkatının bayrağı səhnəyə gətirilib və hərəkatın məşəli nazir A.Rəhimova təqdim olunub.

Tədbirdə çıxış edənlər bildiriblər ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda keçirilən inklüzivliyi təşviq edən forumda iştirak edəcək. Xüsusi Olimpiya Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.

Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı 100 liderlərin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayacaqlar. Gənc liderlər Bakı forumu başa çatdıqdan sonra öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya fondunun qrantları ilə dəstəklənəcək. Beş günlük Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə Lions Clubs International, Stavros Niarchos Foundation və digər təşkilatlar tərəfindən dəstəklənir. Xüsusi Olimpiya hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında Vahid Məktəblər adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən Vahid Nəsil proqramının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nail olma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək. Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.


Xəbər 1389 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10.05.2024 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
09.05.2024 Gədəbəydə “Yaşıl marafon" keçirilib
08.05.2024 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
06.05.2024 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06.05.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
04.05.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
03.05.2024 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
29.04.2024 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
28.04.2024 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru