Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Həndbol üzrə avrokuboklarda Azərbaycanı üç klub təmsil edəcək
Tarix: 10.08.2018 | Saat: 05:24:00 | E-mail | Çapa göndər
Yeni mövsümdə həndbol üzrə avrokuboklarda Azərbaycanı üç komanda təmsil edəcək. Qadınlardan ibarət “Azəryol” komandası “Çağırış kuboku” turnirində, son ölkə çempionu “Azərsu” isə “EHF Cup” uğrunda yarışlarda mübarizə aparacaq. Kişi həndbolçulardan ibarət “Bakı” komandası isə “Çağırış kuboku” turnirində etimadı doğrultmağa çalışacaq.

Ölkəmizi Avropa miqyaslı yarışlarda təmsil edən həndbol komandalardan biri “Azəryol”dur. Qadın həndbolçulardan ibarət klub 2017-ci ilin fevralında təsis olunub. Yarandığı ildə həndbol üzrə 24-cü Azərbaycan çempionatına qatılan paytaxt təmsilçisi gümüş mükafata layiq görülüb. Həmin il çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında da qüvvəsini sınayan “Azəryol” bu yarışda da mükafatçılar sırasına yüksəlib. “Azəryol-1” və “Azəryol-2” adı ilə yarışlara qatılan klubun həndbolçuları etimadı doğruldublar. Belə ki, “Azəryol-1” çempionatın gümüş medallarına sahib olub.

“Azəryol”un Avropa Həndbol Federasiyasının “Çağırış kuboku” turnirində debütü də uğurlu alınıb. İlk mərhələdə Lüksemburqun “HB Düdelanj” komandasına hər iki görüşdə qalib gələn komandamız rəqibi mübarizədən kənarlaşdırıb. Lakin dörddəbir final mərhələsində komandamız “Kristiansiad” (İsveç) səddini adlaya bilməyib. Komanda 25-ci Azərbaycan çempionatını da gümüş medallarla bitirib. Ölkə kuboku uğrunda yarışlarda isə fəxri kürsüdən kənarda qalan “Azəryol” çempionatın gümüş mükafatçısı kimi yenidən “Çağırış kuboku” turnirində ölkəmizi təmsil edəcək.

Qadın həndbolçulardan ibarət daha bir komandamız - “Azərsu” klubu 2017-ci ilin iyulunda yaradılıb. “Azərsu” ən yüksək nəticəsinə 25-ci Azərbaycan çempionatında imza atıb. Komanda sözügedən yarışın baş mükafatına layiq görülüb. Çimərlik həndbolu üzrə ölkə çempionatında çıxışı uğursuz alınan “Azərsu” komandası Azərbaycan kuboku uğrunda yarışlarda yenidən inamlı təsir bağışlayaraq ikinci pillənin sahibi olub. Son ölkə çempionu “EHF Cup” uğrunda yarışlarda qüvvəsini sınayacaq.

Kişi həndbolçulardan ibarət “Bakı” komandasının da təməli 2017-ci ilin iyulunda qoyulub. Yarandığı gündən iddiaçılar sırasında olan paytaxt klubu mükafatları sıralayıb. Əvvəlcə çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına qatılan komanda gümüş medalların sahibi olub. Ardınca XXV ölkə çempionatı və Azərbaycan kuboku uğrunda yarışlarda bütün rəqiblərini üstələyən “Bakı” 2017-2018-ci il mövsümünü qızıl dublla yekunlaşdırıb. Bununla kifayətlənməyən paytaxt həndbolçuları mayın 9-dan 11-dək Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq turnirdə də inamla mübarizə aparıblar. Qələbəyə əsas namizədlərdən sayılan “Bakı” bu turniri ikinci pillədə başa vurub. Ümumilikdə isə mövsümün ən uğurlu komandalarından hesab olunan “Bakı”, “Çağırış kuboku” uğrunda yarışlarda da etimadı doğrultmağa çalışacaq.
Xəbər 1197 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
16.05.2024 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
14.05.2024 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
30.12.2023 Həndbol üzrə Azərbaycan çempionatlarının bombardirləri müəyyənləşib
25.12.2023 Həndbol üzrə Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib
11.12.2023 Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” və “Kür”ün uğurlu seriyası davam edir
02.12.2023 Həndbol üzrə Azərbaycan çempionatı: "Qarabağ" inamlı qələbə qazanıb
27.11.2023 Azərbaycanlı qardaş hakimlər Avropa Liqasının oyununu idarə edəcəklər
23.11.2023 Həndbol üzrə Azərbaycan çempionatlarında növbəti turun oyun cədvəli açıqlanıb
19.10.2023 Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək
12.10.2023 Azərbaycan Həndbol Federasiyasının rəsmisi yeni təyinat alıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru