Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
18/05 | 19:01 Azərbaycan kikboksçusu 11-ci dəfə WAKO versiyası üzrə Dünya Kubokunun qalibi olub
18/05 | 18:00 AFFA Yüksək Qızlar Liqasında mövsümə yekun vurulub
18/05 | 16:59 Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurublar
18/05 | 16:28 Azərbaycanın yunan-Roma güləşi millisi U-15 Avropa çempionatında birinci olub
18/05 | 14:56 Azərbaycanın həndbol millisi Özbəkistandakı turnirdə üçüncü qələbəsini qazanıb
18/05 | 13:34 Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu olub
18/05 | 11:23 Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurublar
17/05 | 17:56 Azərbaycanın amputant millisi Türkiyə klubu ilə birlikdə toplanışa başlayıb
17/05 | 13:49 Azərbaycan çempionlarına yeni kubok və medallar təqdim ediləcək
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Futbol üzrə dünya çempionatının qrup mərhələsi: 48 oyun, 122 qol
Tarix: 29.06.2018 | Saat: 07:59:00 | E-mail | Çapa göndər
Futbol üzrə dünya çempionatında ötən gün keçirilən İngiltərə-Belçika və Panama-Tunis matçları ilə qrup mərhələsinə yekun vurulub. Səkkiz qrupda 32 komandanın mübarizə apardığı mundialın qrup mərhələsində ümumilikdə 48 qarşılaşma oynanılıb.

Qrup mərhələsində 48 qarşılaşmada qapılara 122 top vurulub. Məhsuldarlıq hər oyuna orta hesabla 2,5 qol təşkil edir. Qrup mərhələsində ən məhsuldar futbolçu İngiltərə yığmasının hücumçusu Harri Keyndir. Onun aktivində 5 qol var. H.Keyn bu qollardan ikisini Tunis, üçünü isə Panama yığmasının qapısından keçirib. İngilis futbolçunu 4 qolla portuqaliyalı Kriştiano Ronaldo və belçikalı Romelu Lukaku təqib edirlər. Rusiyalı Deniş Çerişev və ispaniyalı Dieqo Kosta üç dəfə fərqləniblər. Bu futbolçuların yer aldığı komandalar səkkizdəbir finala vəsiqə qazandığından onlar öz göstəricilərini daha da yaxşılaşdıra bilərlər.

Xatırladaq ki, Harri Keyn və Romelu Lukaku 1986-cı ildəki dünya çempionatında Maradonadan sonra ilk dəfədir ardıcıl iki oyunda dubl ediblər.

Bu çempionatda ən maraqlı göstəricilərdən biri də qeydə alınan 122 qolun 27-sinin (22 faiz) son on dəqiqədə və artırılan vaxtda vurulmasıdır. Neymarın Braziliya – Kosta-Rika görüşünün 90+7-ci dəqiqəsində rəqib komandanın qapısından keçirdiyi top mundiallar tarixində ən gec vurulan qol kimi qeydə alınıb.

Ümumiyyətlə, XXI dünya çempionatının qrup mərhələsində statistik göstəricilərə görə ən yaxşı nəticə Belçika millisinə məxsusdur. Bütün görüşləri qələbə ilə başa vuran belçikalılar rəqib qapılarına 9 top vurub, öz qapılarında isə cəmi iki qol görüblər. Qrup mərhələsinin ən məhsuldar görüşü də (7 qol) Belçika yığmasının Tunis millisi ilə keçirdiyi görüşdə qeydə alınıb. Həmin görüşdə belçikalılar 5:2 hesabı ilə qalib gəliblər.

Öz qapısından top buraxmayan yeganə komanda ikiqat dünya çempionu Uruqvay yığmasıdır. Belçikadan əlavə, Xorvatiya və Uruqvay milliləri də bütün görüşləri qələbə ilə başa vurublar.

Qrup mərhələsində Belçika ən çox qol vuran (9), Almaniya ən çox hücum edən (252), İspaniya ən yaxşı ötürmə edən (2089), İran isə ən yaxşı müdafiə olunan (149) komanda olub. Futbolçular üzrə göstəricilərə gəldikdə isə, qol cəhdinə görə ən çox fərqlənən braziliyalı Neymar olub – 17 dəfə. Ən çox məsafə qət edən oyunçu danimarkalı Kristian Erikksen (36 km), ən çox ötürmə edən almaniyalı Toni Kroos (310), ən çox zərbə dəf edən qapıçı isə Meksika millisinin qolkiperi Gilyermo Okoçadır (17).

Futbol tarixində ilk dəfə videonəzarət sistemindən (VAR) istifadə olunduğu bu çempionatın qrup mərhələsində qapılara 24 dəfə 11 metrlik cərimə zərbəsi təyin edilib ki, bu da rekord göstəricidir. Belə ki, bundan əvvəl bir çempionatda ən çox 11 metrlik cərimə zərbəsinin sayı cəmi 18 olub.

Tunis millisinin üzvü Faxreddin Ben Yussefin Panama ilə görüşün 51-ci dəqiqəsində vurduğu top futbol üzrə dünya çempionatları tarixində 2500-cü qol olub. Argentina-Nigeriya oyunun 14-cü dəqiqəsində Lionel Messi XXI dünya çempionatının 100-cü qolunun müəllifi kimi tarixə düşüb.

Mundialda Avropanı təmsil edən milli komandalardan dördü – Almaniya, Polşa, İslandiya və Serbiya qrup mərhələsində mübarizəni dayandırıb. Almaniya dünya çempionatları tarixində ilk dəfə qrupdan çıxa bilməyib. Cənubi Amerikadan bu mundialda çıxış edən beş komandadan dördü səkkizdəbir finala yüksəlib. Mundialda debüt edən Panama yığması qrupda mübarizəni dayandırıb. Afrika qitəsini təmsil edən bütün milli komandalar qrupdan çıxa bilməyiblər.

Xatırladaq ki, futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək oynanılacaq. İyunun 30-da Fransa-Argentina və Uruqvay-Portuqaliya qarşılaşmaları keçiriləcək. İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları isə iyulun 1-də oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.

Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Bundan əlavə, Fransa-Argentina və İspaniya-Rusiya görüşləri İctimai Televiziya da futbolsevərlərə təqdim olunacaq.

Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.
Xəbər 644 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru