Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Tanınmış şahmat məşqçisi Fuad Cəfərovun şəxsi kitablarından ibarət fond yaradılıb
Tarix: 08.06.2018 | Saat: 14:15:00 | E-mail | Çapa göndər
Azərbaycanın tanınmış şahmat məşqçisi, Respublika Şahmat Mərkəzinin ilk direktoru, şahmat turnirlərinin peşəkar təşkilatçısı Fuad Cəfərovun adı ölkəmizin idman ictimaiyyəti, o cümlədən şahmatsevərlər arasında daim böyük ehtiramla çəkilir. Azərbaycanın şahmat tarixində mühüm xidmətləri olan Fuad Cəfərov 1986-cı ildən 2004-cü ilədək Respublika Şahmat Mərkəzinə rəhbərlik edib. Onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində mühüm işlər görülüb. Fuad Cəfərovun Azərbaycanda idmanın bu qədim növünün inkişafı sahəsindəki xidmətləri daim dərin ehtiramla yad olunur, onun xatirəsinə tədbirlər, turnirlər mütəmadi qaydada keçirilir.

İstedadlı şahmat məşqçisi Fuad Cəfərovun şahmat oyunu qaydaları, dərs vəsaiti, şahmat məktəbləri, şahmatçılar, beynəlxalq turnirlər, şahmat həyatından bəhs edən müxtəlif dillərdəki nəşrlərdən ibarət zəngin kitabxanası onun qardaşı Cavanşir Cəfərov tərəfindən Binəqədi rayon mərkəzi kitabxanasına hədiyyə olunub. Şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitabxanada Fuad Cəfərovun kitablarından ibarət xüsusi fond yaradılıb.

Iyunun 8-də Binəqədi rayon mərkəzi kitabxanasında bununla əlaqədar tədbir keçirilib.

Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Rəna Biləndərli Azərbaycanın Əməkdar Şahmat Məşqçisi, beynəlxalq dərəcəli hakim, Respublika Şahmat Mərkəzinin ilk direktoru Fuad Cəfərovun şəxsi kitabxanasının Binəqədi rayon MKS-ə təqdim olunmasının əhəmiyyətini yüksək qiymətləndirib. Direktor vurğulayıb ki, Azərbaycanda şahmatın inkişafında mühüm xidmətləri olan Fuad Cəfərovun şəxsi kitabxanasında olan sanballı nəşrlərin, dərsliklərin Binəqədi MKS-ə təqdim edilməsi uşaq və gənclərdə şahmata marağın artmasına mühüm töhfə verəcək.

Binəqədi MKS-nin informasiya-resurs şöbəsinin müdiri Şəfiqə Ağayeva fond haqqında məlumat verərək bildirib ki, şəxsi kitabxana Azərbaycan, rus, alman, ingilis, xorvat, çex və digər dillərdə ümumilikdə 417 kitabdan və 28 diskdən ibarətdir. Kitablarda və disklərdə şahmat oyunu qaydaları, şahmat dərslikləri ilə yanaşı, dünyanın tanınmış şahmatçılarının, eləcə də Azərbaycanın istedadlı zəka ustalarının partiyaları, beynəlxalq turnirlər, Azərbaycan şahmatçılarının uğurları barədə ətraflı məlumat verilir.

Fuad Cəfərovun istedadlı tələbələrindən olan beynəlxalq usta, beynəlxalq dərəcəli hakim İlqar Bacarani ustadı barədə xatirələrini bölüşərək bildirib ki, o, peşəkar müəllim, gözəl təşkilatçı, tanınmış hakim, əsl vətənpərvər idi. Fuad müəllim şagirdlərinə həmişə can yandırar, onların peşəkarlığının artırılmasına xüsusi diqqət yetirərdi. Məhz onun təşəbbüsü və təşkilatçılığı ilə respublikada uşaq şahmatına marağın artırılması istiqamətində mühüm işlər görülüb. Həmin dövrdə “Ağ top” yarışlarının, eləcə də məktəblilər arasında ənənəvi şahmat turnirlərinin keçirilməsi, 1983-1988–ci illərdə “Bakı” qəzetinin şahmat rubrikasında verilən maraqlı kompozisiyalar da onun adı ilə sıx bağlıdır. Fuad Cəfərov mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə, eləcə də Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda iştirakına çalışır və buna nail olurdu.

Beynəlxalq qrossmeyster Sərxan Quliyev Əməkdar Məşqçi Fuad Cəfərovun yüksək təşkilatçılıq qabiliyyətinə malik gözəl insan kimi xatirələrdə yaşadığını bildirib. Qeyd edib ki, Respublika Şahmat Mərkəzinə rəhbərliyi dövründə burada yaratdığı gözəl ab-hava, idmançılara göstərdiyi diqqət və qayğı, gənc idmançılar üçün yaradılan şərait, səmimi münasibət qurmaq bacarığı Fuad müəllimin ən nəcib xüsusiyyətlərindən idi. Məhz bu yüksək insani keyfiyyətlərinə görə şahmatçılar, xüsusən də gənc idmançılar arasında Fuad müəllimin böyük hörməti var idi və bu gün də onun xatirəsi dərin ehtiramla anılır.

Beynəlxalq dərəcəli hakim, Respublika Şahmat Mərkəzinin məşqçisi Nurəli Məmmədzadə Azərbaycanda milli şahmat məktəbinin formalaşmasında və inkişafında əvəzsiz xidmətləri olan Fuad Cəfərovun fəaliyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. Qeyd edib ki, ölkəmizdə şahmatın inkişafına böyük töhfə vermiş Fuad Cəfərovun xatirəsinə həsr olunmuş turnirlərin mütəmadi qaydada təşkili şahmat ictimaiyyətində xoş ənənəyə çevrilib. Öz ömrünü ölkəmizdə şahmatın inkişafına həsr etmiş Fuad Cəfərovun şəxsi kitabxanasının Binəqədi MKS-yə təqdim olunması və həmin nəşrlərdən ibarət fondun yaradılması onun nəcib amallarının həyata keçirilməsi işinə müsbət təsir göstərəcək.

Çıxışlardan sonra tədbir iştirakçıları fondda toplanan nəşrlərlə tanış olublar.
Xəbər 818 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru