Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Mercedes”in pilotu Luis Hamilton cari mövsümdə ilk qələbəsini Bakıda qazanıb
Tarix: 29.04.2018 | Saat: 16:36:00 | E-mail | Çapa göndər
“Mercedes” komandasının pilotu Luis Hamilton aprelin 29-da Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin qalibi olub.

Azərbaycan Respublikasının dövlət himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinə start verilib.

Formula 1 Azərbaycan Qran-Prisində on komanda mübarizə aparıb. Hər komanda iki pilotla təmsil olunub.

Aprelin 28-də keçirilən sıralanma turundan sonra Qran-Prinin start düzülüşü aşağıdakı kimi olub: Sebastian Fettel (“Ferrari”), Luis Hamilton (“Mercedes”), Valtteri Bottas (“Mercedes”), Daniel Rikkardo, Maks Ferstappen (hər ikisi “Red Bull Racing”), Kimi Raykonnen (“Ferrari”), Esteban Okon, Serxio Peres (hər ikisi “Force India”), Karlos Sainz (“Renault”), Lans Stroll, Sergey Sirotkin (hər ikisi “Williams”), Fernando Alonso (“McLaren”), Çarles Lekler (“Sauber”), Niko Hulkenberq (“Renault”), Kevin Maqnussen (“Haas”), Stoffel Vandurn (“McLaren”), Pyer Qasli (“Toro Rosso”), Markus Eriksson (“Sauber”), Brendon Hartli (“Toro Rosso”) və Roman Qrojan (“Haas”).

Formula 1 Azərbaycan Qran-Prisinin startında həyəcanlı anlar yaşanıb. Yarış başlayan kimi birinci elə birinci dövrədə də iki pilot mübarizəni dayandırmalı olub. “Force India” komandasının pilotu Esteban Okon və “Williams” komandasının pilotu Sergey Sirotkin qəza törədiblər. Nəticədə hər iki pilotun bolidi yararsız hala düşüb. Hər iki pilot birinci dövrəni tamamlamadan yarışda mübarizəni dayandırıblar.

“McLaren” komandasının pilotu Fernando Alonsonun bolidinin ön və arxa təkərləri partlasa da, o, pit-stopa gedərək təkərləri dəyişə bilib və mübarizəni davam etdirib.

“Renault” komandasının pilotu Niko Hulkenberq inamla mübarizə aparsa da, bolidinin təkərinin partlamasından sonra divara çırpılması nəticəsində yarışı dayandırmalı olub. Əlli bir dövrədən ibarət yarışın 12-ci dövrəsinə qədər artıq üç pilot yarışdan kənarda qalıb.

“Red Bull Racing” komandasının iki pilotu eyni anda yarışla viladaşıb. Daniel Rikkardonun bolidi Maks Ferstappenin bolidinə arxadan çırpılıb. M.Ferstappen düzgün manevr etmədiyinə görə, D.Rikkardo əyləcə bassa da sürəti nizamlaya bilməyib və bolidlər toqquşub. Beləliklə yarışın bitməsinə 10 dövrə qalmış artıq 5 pilot üçün mübarizə başa çatıb.

“Haas” komandasının pilotu Roman Qrojanın idarəetməni itirməsi nəticəsində onun bolidi baryerə toxunub və yararsız hala düşüb.

“Mercedes”in pilotu Valtteri Bottas lider olduğu halda sona üç dövrə qalmış təkərinin sıradan çıxması ilə yarışı dayandırmaq məcburiyyətində qalıb. Bunun nəticəsində onun komanda yoldaşı Luis Hamilton liderliyə yüksəlib.

Əlli bir dövrədən ibarət yarışın yekununda “Mercedes”in pilotu L.Hamilton bütün rəqiblərini qabaqlayaraq birinci olub. Bununla da britaniyalı pilot cari mövsümdə ilk qələbəsini Bakıda qazanıb.

“Ferrari”nin pilotu Kimi Raikkonen ikinci, “Force India”nın sürücüsü Serxio Peres isə üçüncü olublar.

Formula 1 Azərbaycan Qran-Prisində ən yaxşı dövrənin sahibi “Ferrari”nin pilotu Sebastian Fettelə məxsus olub. O, 37-ci dövrəni saatda 205 kilometr sürətlə 1 dəqiqə 45,149 saniyəyə qət edib.

Qalibin şərəfinə Almaniyanın və Böyük Britaniyanın dövlət himnləri səsləndirilib.

Sonra qaliblərə mükafatlar təqdim olunub.

Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin sürücüsü Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ keçirib. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin sürücüsü Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib.

Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.

Formula 1 üzrə növbəti Qran-Pri mayın 11-13-də İspaniyada keçiriləcək.
Xəbər 1511 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru