Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Şəmkirdə Vüqar Həşimov memorialının təntənəli açılış mərasimi olub
Tarix: 18.04.2018 | Saat: 18:49:00 | E-mail | Çapa göndər
Aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin açılış mərasimi keçirilib.

Əvvəlcə Vüqar Həşimovun həyatından və karyerasından bəhs edən videoçarx nümayiş olunub.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov mərasimdə çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. Əvvəlki dörd turnirin “Synergy Group”un dəstəyi ilə keçirildiyini vurğulayan A.Məmmədov builki turnirin təşkilatçısının SOCAR olduğunu deyib. O, turnirin təşkilində dəstəyinə görə Azərbaycan Şahmat Federasiyasına və SOCAR-a təşəkkürünü bildirib.

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyümjinov şahmat aləmində kifayət qədər nüfuz qazanan “Shamkir Chess” turnirinin beşinci dəfə təşkil olunmasından məmnunluğunu bildirib. Vüqar Həşimovun yüksək insani keyfiyyətlərindən və peşəkar şahmatçı kimi əldə etdiyi nailiyyətlərdən danışan FIDE prezidenti deyib: “Belə bir övlad böyütdükləri üçün Vüqarın valideynlərinə təşəkkürümü bildirirəm. Vüqar hər zaman bizimlədir. Azərbaycan yeganə ölkədir ki, şahmatın inkişafı üçün Dövlət Proqramı qəbul olunub. İki il əvvəl Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadası dünya tarixində ən yaxşı təşkil edilən şahmat turniri kimi qəbul olunur. Azərbaycanda şahmatı sevirlər. Dünyada 60 milyondan çox insan şahmat oynayır. Artıq Bakı ilə yanaşı, Şəmkir də şahmat mərkəzi kimi dünyada tanınır. Bu gün də şahmat bayramıdır. Bu turnirdə maraqlı oyunlar görməyi arzulayıram”.

Yarışın təşkilində dəstəyinə görə SOCAR-a minnətdarlığımı bildirən K.İlyümjinov iştirakçılara uğurlar arzulayıb.

Sonra rəssam Fərman Hüseynov FIDE prezidentinin portretini ona hədiyyə edib.

Daha sonra əvvəlki “Shamkir Chess” turnirlərindən görüntülər nümayiş olunub.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov tanınmış şahmatçı Vüqar Həşimovun uğurlu karyerasından, əldə etdiyi nailiyyətlərdən danışıb. O, mərhum şahmatçımızın xatirəsinə həsr olunan bu mötəbər turnirin əhəmiyyətini yüksək qiymətləndirib.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov təmsil etdiyi şirkətin belə mühüm turnirin təşkilinə dəstək verməsindən məmnunluğunu bildirib. O, Vüqar Həşimovun xatirəsinə həsr olunan bu super turnirin Azərbaycanda şahmatın inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Mərhum şahmatçının atası Qasım Həşimov oğlunun xatirəsinə həsr olunan turnirin təşkilatçılarına minnətdarlığını bildirərək deyib: “Hər dəfə oğlumdan bəhs edən kadrları izlədikdən sonra danışmaqda çətinlik çəkirəm. “Synergy Group” ilk dörd turniri ən yüksək səviyyədə təşkil edib. İndi isə təşkilatçılığı SOCAR öz üzərinə götürüb. Buna görə də SOCAR rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Bu turnirin Şəmkirin dünyada, o cümlədən şahmat aləmində tanınmasına böyük töhfə verdiyini vurğulayan Q.Həşimov oğlunun karyerasının əvvəlində ilk uğurlarını əldə etməsində Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin dəstəyini xüsusi vurğulayıb.

Açılış çıxışlarından sonra turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun rəhbərliyi ilə iştirakçılar arasında püşk atılıb. Püşkün nəticələrinə əsasən, aprelin 19-da turnirin birinci turunda dünyada ən yüksək reytinqə sahib iki şahmatçı – hazırkı dünya çempionu Maqnus Karlsen (2843) ilə Şəhriyar Məmmədyarov (2814) üz-üzə gələcəklər. Qeyd edək ki, hər iki şahmatçı 2014-cü ildə də bu turnirin ilk turunda qarşılaşmışdılar. Püşkatmanın nəticələrinə əsasən ilk turda, həmçinin Veselin Topalov (Bolqarıstan, 2749) – Teymur Rəcəbov (2748), Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778), Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) və David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (2704) partiyaları oynanılacaq.

Turnir İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq.
Xəbər 873 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru