Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində keçiriləcək əyləncə tədbirlərinin təfərrüatları açıqlanıb
Tarix: 17.04.2018 | Saat: 20:29:00 | E-mail | Çapa göndər
Dənizkənarı Milli Park boyunca uzanan F1 azarkeşlərinin əyləncə zonasında aprelin 26-29-da yarışı izləməyə gedəcək avtoidman həvəskarlarına bir-birindən zövqlü yeni əyləncələr təqdim olunacaq.

Dənizkənarı Bulvarda yarış çərçivəsində baş tutacaq əyləncə tədbirləri aprelin 26-da saat 12:00-dan 21:00-dək, aprelin 27-də və 28-də saat 10:00-dan 19:00-dək və aprelin 29-da saat 10:00-dan 14:00-dək keçiriləcək. Həmçinin musiqili əyləncə proqramı aprelin 27-29-da axşam saatlarından başlayaraq “Baku Crystal Hall”da bir-birinin ardınca səhnəyə çıxacaq dünya ulduzları və məşhur DJ-lərin möhtəşəm performansları ilə gec saatlaradək davam edəcək.

Formula 1 ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar aprelin 26-da saat 14:00-dan 15:30-dək pit-yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar pit-yoluna daxil olaraq F1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladığının şahidi olacaqlar.

Bundan başqa, Formula 1 azarkeş zonasında builki Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə aprelin 27-29-da saat 11:00-dan etibarən günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla görüşərək şəkil çəkdirə və avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli pilotları ilə görüşü üçün məkana erkən gəlmələri tövsiyə olunur.

Bu il tamaşaçılar Formula 1-in yeni pilotları ilə yanaşı, Bakı şəhər halqasını da daha yaxından tanımaq fürsətinə sahib olacaqlar. Belə ki, aprelin 28-də Dənizkənarı Milli Parkda yerləşən F1 azarkeş zonasında saat 15:30-dan 16:00-dək F1-in yeni pilotları ilə sual-cavab sessiyası keçiriləcək.

Həmçinin aprelin 26-28-də yarış sessiyaları başa çatdıqdan sonra trek tamaşaçıların gəzintisi üçün açıq olacaq. Həmin müddətdə trek daxilində xüsusi avtobuslar da xidmət göstərəcək. Tamaşaçılar trekin müxtəlif yerlərindəki dayanacaqlarda enərək Bakı şəhər halqasının özünəməxsus xüsusiyyətləri ilə ətraflı tanış ola biləcəklər.

Yeni formatda mərasimlər

Ötən illərdəkindən fərqli olaraq bu il tamaşaçıları salamlama mərasiminin açılışı pilotların paradından əvvəl baş tutacaq. Musiqili tamaşa formasında keçəcək mərasimin açılışından dərhal sonra pilotlar xüsusi nəqliyyat vasitəsilə Bakı şəhər halqasında dövrə vuraraq trek ətrafında olan tamaşaçıları salamlayacaqlar. Bundan bir az sonra yarışa start verilməzdən əvvəl himn mərasimi keçiriləcək. Azərbaycan himni səsləndikdən sonra pilotlar qrid düzülüşündə yer alan bolidlərə yaxınlaşaraq yarış üçün son hazırlıqlarını görəcəklər. Yeni qaydaya əsasən, bu il qrid qızları olmayacaq və onların əvəzində pilotları yalnız himn mərasimində 7-10 yaşlardan ibarət uşaqlar müşayiət edəcəklər.

F1 azarkeşləri üçün simulyator yarışları

Tamaşaçılar F1 azarkeş zonasında yerləşən “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinə (BŞH) məxsus simulyatorlarda yarışmaq imkanı əldə edəcəklər. Bu yarışlarda ən sürətli nəticə göstərən tamaşaçıya dəyərli mükafatlar veriləcək. Bununla yanaşı, simulyatorlarla yanaşı, müxtəlif növ əyləncəli oyunlar, o cümlədən pit-stop yarışı da keçiriləcək.

Konsert proqramları

Bütün bilet sahibləri aprelin 27-29-da axşam saatlarından etibarən keçiriləcək konsert və əyləncə proqramlarında pulsuz iştirak edə biləcəklər. Aprelin 27-də əvvəlcə səhnəyə “Jamiroquai” qrupu çıxacaq və sonra onun ardınca gecə saatlarında DJ Afrojackın iştirakı ilə əyləncə proqramı baş tutacaq. Aprelin 28-də bir-birinin ardınca səhnədə Kristina Aqilera ilə “Axwell Λ Ingrosso”, aprelin 29-da isə Dua Lipa ilə Martin Solveig yer alacaqlar. Həmçinin proqram aralarında verilən fasilələrdə yerli DJ-lər də səhnəyə çıxaraq tamaşaçılara əyləncə ilə dolu gecə təqdim edəcəklər. Əvvəlki illərdəkindən fərqli olaraq bu il dünya ulduzlarının konsert proqramları “Baku Crystal Hall”da keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün Azneft dairəsi ilə “Baku Crystal Hall” arasında xüsusi avtobuslar fəaliyyət göstərəcək.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhval-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşqusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara sirk və balans şouları, pantomima aktyorları və ağacayaqların orijinal hərəkətləri, müxtəlif yerli DJ-lərin və müğənnilərin musiqili əyləncə proqramları, küçə rəqsləri, eləcə də digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün maraqlı əyləncələr

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar üçün dəbilqə formasında əyləncə mərkəzi fəaliyyət göstərəcək. Həmçinin uşaqlar müxtəlif interaktiv və maarifləndirici oyunlarda da iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Xatirə şəkli üçün fərqli mənzərələr

Dənizkənarı Bulvar boyunca uzanan F1 azarkeş zonasının müxtəlif yerlərində tamaşaçılara şəkil və selfi çəkdirmək üçün fərqli arxafonlar, o cümlədən Azərbaycan Qran-Prisinə aid podium və haştaqlar, F1 pilotlarının heykəlləri və onları təsvir edən maskotlar, divar və yerüstü rəsmlər, F1 yarışlarının keçirildiyi treklərin sxemləri, milli ornamentli F1 bolidləri və retro avtomobillər təqdim olunacaq.

BŞH tamaşaçıların büdcəsinə uyğun olaraq Azərbaycan Qran-Prisinə müxtəlif qiymətə biletlər təklif edir. Yarış həyəcanını yaxından yaşamaq istəyən tamaşaçılar biletləri şəhərin kassalarından əldə edə bilərlər.
Xəbər 846 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru