Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Futbol dünyasının ən ali mükafatının Azərbaycana gətirilməsi münasibətilə tədbir təşkil edilib
Tarix: 09.02.2018 | Saat: 22:46:00 | E-mail | Çapa göndər
Futbol üzrə dünya çempionatı ərəfəsində mundialın Kubokunun əslinin dünya turu çərçivəsində FIFA-Coca-Cola və AFFA tərəfindən ilk dəfə olaraq Azərbaycana gətirilməsi münasibətilə fevralın 9-da Bakıda tədbir təşkil edilib.

Rəsmi şəxslərin, AFFA rəhbərliyinin, yerli və əcnəbi jurnalistlərin iştirak etdikləri tədbirdə futbol üzrə dünya çempionatının Kubokunun xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların və futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambonun müşayiəti ilə Bakıya gətirildiyi bildirilib. Kubokun Bakıya gətirilməsi çərçivəsində yerli KİV nümayəndələri üçün mətbuat konfransı təşkil edilib. Mətbuat konfransının ardından şəhər sakinlərinə və qonaqlara nümayiş etdirilməsi üçün Kubok “Gənclik Mall” ticarət mərkəzinə aparılıb, futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biliblər. Bu gün iki mindən çox azarkeş futbol dünyasının ən ali mükafatı ilə şəkil çəkdirib.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel Dünya Kubokunun Azərbaycana gətirilməsinin qürurverici olduğunu vurğulayıb. Qeyd edib ki, tədbirin Azərbaycanda da keçirilməsinin futbolun və ölkənin təbliğatı, azarkeşlərin marağı baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki Azərbaycanda son illər idman sahəsi inkişaf edir. Azərbaycan böyük idman yarışlarına ev sahibliyi edir. “Coca-Cola” şirkəti və FIFA Kubokun dördüncü dəfə dünya turunu təşkil etməklə müxtəlif ölkələrdəki çoxsaylı azarkeşlərə futbol üzrə 2018-ci il dünya çempionatının bir hissəsi olmaq və bu böyük yarışdan zövq almaq imkanı verir.

Kubokun bu gün Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunduğunu qeyd edən Erdinc Güzel dövlət başçısı tərəfindən idmana, idmançılara, futbola yüksək diqqət və qayğı göstərildiyini vurğulayıb. O, Kubokun gələcəkdə Azərbaycanda qısa müddətdə yox, daim qalmasını arzulayıb.

AFFA-nın baş katibi Elxan Məmmədov diqqətə çatdırıb ki, Dünya Kubokunu hər hansı bir ölkədə görmək üçün üç səbəb ola bilər. Birinci səbəb odur ki, həmin ölkə futbol üzrə dünya çempionatının qalib olmalıdır. İkinci səbəb, həmin ölkə dünya çempionatına ev sahibliyi etməlidir. Üçüncü səbəb isə dünya turnesi çərçivəsində çempionatın Kubokunun həmin ölkəyə gətirilməsidir. O, ümidvar olduğunu bildirib ki, gələcəkdə ilk iki səbəbə görə də Kubok ölkəmizə gətiriləcək. Kubokun Bakıya gətirilməsi futbolsevərlər üçün böyük idman bayramıdır.

FIFA nümayəndəsi Lukas Rakov təşkilatın nümayəndə heyətini dəvət etdiyinə və qonaqpərvərliyə görə Azərbaycan hökumətinə və AFFA-ya minnətdarlıq edib. O bildirib ki, Kubokun əslinin dünya turu çərçivəsində hər hansı bir ölkədə nümayişi nadir və tarixi hadisələrdəndir. Çünki futbolçuların özləri də məhz dünya çempionatında oynamağı, kuboku əllərində qaldırmağı arzulayırlar.

Sonra Dünya Kuboku ictimaiyyət və media nümayəndələrinə nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, ötən ilin sentyabrında Rusiyada start götürən tur altı qitədən 50-dən çox ölkəni əhatə edəcək. Doqquz ay ərzində 126 min kilometr məsafə qət edərək Kubok səyahətini futbol üzrə 2018-ci il dünya çempionatında başa vuracaq.

Dünya Kubokunun əsli mundialın qalibi olan komandaya təqdim olunsa da, FIFA-nın sərəncamında qalır. Qızıldan hazırlanmış, 6 kiloqramdan çox ağırlığı olan Kubokun kompozisiyası Yer Kürəsini əlləri üzərində saxlayan iki insan fiqurundan ibarətdir.
Xəbər 600 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru