Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“ASAN könüllüləri” arasında şahmat üzrə Vüqar Həşimov xatirə turnirinə start verilib
Tarix: 11.01.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər
Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun əbədiyyətə qovuşmasından dörd il ötür.

Bununla əlaqədar Binəqədi Rayon Gənclər Evində Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında sayca üçüncü şahmat turniri təşkil edilib.

Turnirin açılışında qeyd olunub ki, insan haqqında ən yaxşı xatirələr onun əməlləridir. Vüqar Həşimov çoxsaylı parlaq qələbələri, maraqlı partiyaları və fantastik ideyaların bolluğu ilə düşüncə və təfəkkür oyununu zənginləşdirən əsl yaradıcı insan və dahi zəka sahibidir. Şahmat tarixində dərin izləri olan Vüqar Həşimov daim yeniliklərlə diqqəti cəlb edən, fantaziyalarının hüdudu olmayan, şahmat taxtasında müxtəlif variantlar təqdim edən, dərin hesablamalar aparmağı bacaran istedadlı zəka ustası kimi daim idmansevərlərin qəlbində yaşayır.

Azərbaycan şahmatının dünyada mühüm uğurlar qazanmasında, idmanın bu intellektual növünün ölkəmizdə inkişafında və təbliğində Vüqarın xidmətləri misilsizdir. İstər fərdi yarışlarda, istərsə də milli komandanın heyətində qazandığı uğurlar Azərbaycan şahmatında onun özünəməxsus yer tutmasını təmin edib, xidmətlərini əbədiləşdirib. Maraqlı oyunu, çoxgedişli kombinasiyalarla zəngin partiyaları, ən mötəbər tunirlərdə parlaq qələbələri ilə şahmat tarixinə adını əbədi həkk etdirən Vüqar Həşimov cəmi 27 il ömür sürməsinə baxmayaraq, bütün dünyada tanınır. Ömrü vəfa etsəydi Azərbaycan şahmatı Vüqarla neçə-neçə böyük uğurlara imza ata bilərdi. Vüqar Həşimov zəngin intellektə, yüksək mədəniyyətə və ensiklopedik biliyə malik dahi şahmatçı idi. Dahi şahmatçı alicənablığı və gülərüz siması ilə onu sevənlərin, doğmalarının ürəyində daim xoş xatirələrlə anılacaq, seviləcək.

Binəqədi rayon gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova turnirin açılışında çıxış edərək beynəlxalq qrossmeysterin qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Vüqar 27 illik qısa həyatı boyu çıxış etdiyi bütün yarışlarda peşəkar idmançıya xas mübarizlik, vətənə sevgi və ədalət prinsiplərini əsas tutub. Bu, onun idmançı olmaqla yanaşı, yüksək insani keyfiyyətlərindən xəbər verir. Vüqar Həşimovun xatirəsi onu sevənlərin qəlbində bu gün də yaşayır və gələcəkdə də yaşayacaq. Vətənpərvər və peşəkar şahmatçı olan Vüqarın uşaqların idmanın bu növünə cəlb olunmasında müstəsna xidmətləri var. Onun ən böyük arzularından biri Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etmək və özündən sonra yeni nəsil şahmatçıların yetişməsində yaxından iştirak etmək idi. Hazırda şahmatçının adını daşıyan akademiya uğurla fəaliyyət göstərir və Vüqarın arzuları bu məkanda gerçəkləşir.

“ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov mərhum şahmatçının nailiyyətlərinin Azərbaycan gəncləri arasında təbliğinin vacibliyini və beynəlxalq qrossmeysterin xatirə turnirlərinin bundan sonra da təşkil edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, gənclər arasında sevilən Vüqarın xatirəsinə təşkil olunan turnirdə könüllülər öz şahmat bacarıqlarını nümayiş etdirərək ölkəmizdə idmanın bu növünün inkişafına və təbliğinə töhfə vermək imkanı qazanırlar.

Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Həmidə Əşrəfova tanınmış şahmatçının əldə etdiyi nailiyyətlərdən danışaraq, Vüqar Həşimovun Azərbaycan şahmatının inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib. O, milli komandamızın Avropa çempionu olmasında əfsanəvi zəka ustasının rolunu xüsusi vurğulayıb.

Vüqarın bacısı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Samirə Allahverdiyeva qardaşının dünya şahmat tarixində özünəməxsus iz qoyduğunu vurğulayaraq deyib: “Vüqarın yeganə bacısı kimi, bu gün onun xatirəsinə həsr olunan bu mühüm turnirin təşkilinə görə Binəqədi Rayon İcra Hakimiyyətinin, Binəqədi rayon gənclər və idman idarəsinin, “ASAN Könüllüləri” Təşkilatınınin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu gün Vüqarın əbədiyyətə qovuşmasından dörd il ötür. Ancaq onun xatirəsi daim qəlblərdə yaşayır. Vüqarın xatirəsinə həsr olunan belə turnirlərin təşkili onun adının əbədiləşdirilməsinə xidmət edir. Vüqar həmişə ölkəmizdə şahmatın inkişaf etməsini, Azərbaycan şahmatının zəfərlər qazanmasını arzulayırdı. Məhz bu cür turnirlər Azərbaycanda şahmatın inkişafına mühüm töhfələr verir”.

Azərbaycanda könüllülük hərəkatının geniş vüsət aldığını, könüllülüyün yüksək keyfiyyətlərini vurğulayan Samirə Allahverdiyeva ölkəmizdə bu sahədə mühüm uğurların əldə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Belə yarışları könüllülərsiz təsəvvür etmək mümkün deyil. Könüllülərimiz üzərlərinə düşən məsuliyyəti dərindən dərk edirlər. Çünki ölkəmizə gələn xarici qonaqlarda məhz ilk təəssüratı könüllülər yaradırlar. Bunun üçün hər bir könüllü xalqını, dövlətini Vüqar kimi sevməli və onun təbliğində mühüm rol oynamalıdır.

O, həm Vüqarın xatirəsinin əbədiləşdirilməsində, həm də Azərbaycanda şahmatın inkişafında mühüm rolu olan belə turnirlərin, o cümlədən bugünkü yarışın təşkilinə görə bir daha minnətdarlığını bildirib, iştirakçılara uğurlar arzulayıb.

Çıxışlardan sonra turnirə start verilib. Dairəvi sistem üzrə beş turdan ibarət yarışda hər birinin heyətində dörd könüllü olan altı komanda mübarizəyə qoşulub.
Xəbər 1134 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru