Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
Tarix: 26.12.2017 | Saat: 15:07:00 | E-mail | Çapa göndər
Dekabrın 25-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və idmançılar iştirak ediblər.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2017-ci il ərzində idmançılarımızın qazandıqları nailiyyətlərə və ölkəmizdə keçirilən mötəbər idman yarışlarına dair videoçarx nümayiş olunub.

Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edən 2017-ci ilin Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Nazir il ərzində idmançılarımızın beynəlxalq arenalarda 851 medal qazandıqlarını, Azərbaycanın mötəbər beynəlxalq idman turnirlərinə, o cümlədən IV İslam Həmrəyliyi Oyunlarına, Formula-1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında Azərbaycanda döyüş idman növləri ilə yanaşı, intellektual idman növlərinin də uğurla inkişaf etdiyini deyib, şahmat üzrə Azərbaycan millisinin üçüncü dəfə Avropa çempionu olmasını xatırladıb. “Qarabağ” klubunun Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə apardığını diqqətə çatdıran Ç.Hüseynzadə bütün bu nailiyyətlərin əsasında Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin idmana yüksək diqqət və qayğısının dayandığını qeyd edib Diqqətə çatdırıb ki, son illər Azərbaycan mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə idman dövləti olduğunu bütün dünyaya bir daha göstərib.

Sonra müxtəlif nominasiyalar üzrə 2017-ci ilin ən yaxşıları mükafatlandırılıb.

Üçqat dünya çempionu adını qazanan güləşçi Hacı Əliyev, boksçu Məhəmmədrəsul Məcidov, eləcə də futbolçu Rəşad Heydərov, taekvondo üzrə dünya çempionu Milad Beigi Herçəqani və digər idmançılar “İlin ən yaxşı idmançıları” nominasiyasında qalib elan olunublar.

“İlin ən yaxşı məşqçiləri” nominasiyasında Rəşad Əhmədov (taekvondo), Elçin İsmayılov (cüdo), Ziyad Xəlifəyev (atletika), Faiq Qarayev (voleybol) və Qurban Qurbanov (futbol) təltif ediliblər.

İdman yarışlarının yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə mükafata Azərbaycan Voleybol Federasiyası və “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti layiq görülüb.

Azərbaycan Cüdo Federasiyası “İlin ən yaxşı federasiyası” nominasiyasının qalib olub.

“Qarabağ” futbol klubu “İlin ən yaxşı klub komandası”, şahmat üzrə kişilərdən ibarət Azərbaycan yığması isə “İlin ən yaxşı komandası” seçiliblər.

“İlin ən yaxşı idman təşkilatı” adına “Neftçi” və “Zirvə” idman klubları, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti layiq görülüblər.

Tədbirdə, həmçinin ilin ən yaxşı idman hakimləri, idman qurğuları, ən fəal idman veteranı, idman həkimi, ən yaxşı Uşaq Gənclər İdman Məktəbi, idman jurnalisti, media layihəsi, idman agentliyi, idman verilişlərinin təşkilatçısı nominasiyalarının qalibləri müəyyənləşib.

Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 2008 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10.05.2024 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
09.05.2024 Gədəbəydə “Yaşıl marafon" keçirilib
08.05.2024 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
06.05.2024 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06.05.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
04.05.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
03.05.2024 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
29.04.2024 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
28.04.2024 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru