Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
ADBTİA-da yeni magistr ixtisaslarının tədrisinə start verildi
Tarix: 20.09.2017 | Saat: 10:56:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni magistr ixtisaslarının tədrisinə start verildi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ingilis dilli “İdman jurnalistikası”, “İdman menecmenti” və “İdman tibbi və reabilitasiya” ixtisaslarının tədrisinə start verildi. Hər üç ixtisasın təhsil proqramına daxil edilməsinin əsas məqsədi beynəlxalq idman əmək bazarında rəqabətədavamlı kadrların hazırlanması ve ölkədə günü-gündən inkişaf edən idman sahəsində tələb olunan peşələr üzrə mütəxəssislərin yetişdirilməsidir.
Sözügedən magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb və onların təcrübəsini Azərbaycan təhsil sistemində tədbiq edir. Tədris zamanı bütün dərslər ingilis dilində keçiriləcək, bu da beynəlxalq standartlara cavab verən dərsliklərdən və materiallardan yararlanmaq deməkdir.
Magistr pilləsi üzrə “İdman menecmenti” proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunmuşdur. Dərslər Şeffild Hallam Universitetinin Strateji İdman Layihələri şöbəsinin xüsusi dəvət olunmuş rəhbəri, universitetin sabiq direktoru Qay Mastermən tərəfindən aparılır. Təhsil müddətində tələbələrə idmanda rəhbərlik və insan resurslarının idarə olunması, strateji inkişaf, idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri tədris olunacaq. Eyni zamanda, ilk tədris ilinin ikinci semestrində magistrantlar Şeffild Hallam Universitetində 2 həftəlik kurs keçəcəklər.
“İdman jurnalistikası" ixtisasına idman media sahəsində tanınmış beynəlxalq ekspert Dan Meyson rəhbərlik edir. Təhsil müddətində tələbələrə idman jurnalistikasının əsas özəllikləri, media və PR, “online” yazı bacarıqlarının artırılması, audio və video jurnalistika istiqamətləri tədris olunacaq.
“İdman tibbi və reabilitasiya” ixtisas programına Böyük Britaniyanın UCL - London Kollec Universitetin - İdman Tibbi İnstitutunun aparıcı eksperti, Böyük Britaniyanın Kral Tibb Cəmiyyətinin İdman Tibbi bölməsinin vitse-prezidenti, Dr. Maykl Pol Luzmor rəhbərlik edir. Burada təhsil alan magistrantlar rezidenturanı bitirən həkimlərdir və digər iki ixtisasda olduğu kimi tədris ingilis dilində aparılır. “İdman tibbi və reabilitasiya” ixtisası üzrə magistraturanı bitirən məzunlar müxtəlif beynəlxalq qurumlar, idman federasiyaları, milli yığma komandalar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya mərkəzləri və özəl klinikalarda çalışmaq imkanı qazanacaqlar.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq məhz Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən idman tədris sistemi üçün 3 bakalavr (“Məşqçi”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”) və 1 magistr (“İdman tibbi və reabilitasiya”) proqramları hazırlanıb, təhsil standartları təsdiq edilib və bu tədris ilindən həmin ixtisaslara qəbul prosesi başlayıb. Yeni proqramların əsas məqsədi idman təhsilinin dünya təhsil sisteminə inteqrasiyası və beynəlxalq əmək bazarı üçün rəqabətədavamlı kadrların yetişdiriməsindən ibarətdir.

Xəbər 940 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru