Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib
Tarix: 24.08.2017 | Saat: 10:44:00 | E-mail | Çapa göndər
Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə minimal hesabla qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun sürətli hücumlarla başlayıb. Matçın 4-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Dino Ndlovuna qarşı kobud oyuna görə hakim “Kopenhagen”in heyətində Maykl Lüftnerə sarı vərəqə göstərib. Oyunda ilk təhlükəli vəziyyət matçın 9-cu dəqiqəsində qeydə alınıb. Ev sahiblərinin sol cinahdan başlatdıqları hücumdan sonra “Qarabağ”ın qapısı qarşısına ötürülən topa hücumçulardan heç biri çata bilməyib. Bir dəqiqə sonra isə Benqstonun güclü zərbəsi Maksim Medvedevə toxunaraq qapıdan yan keçib.

Oyunun 11-ci dəqiqəsində ağdamlıların heyətində zədələnən Donald Geryeni Əfran İsmayılov əvəzləyib. Qarşılaşmanın 16-cı dəqiqəsində “Qarabağ” futbolçularının hücumunu Qara Qarayev güclü zərbə ilə tamamlasa da, top qapının üstündən keçib. Oyunun 32-ci dəqiqəsində danimarkalıların son cinahdan hücumundan sonra Verbiçin güclü zərbəsini qapıçı İ.Şehiç dəf edib. Matçın 41-ci dəqiqəsində Ə.İsmayılovun səhvindən sonra topa sahib olan Kuskun zərbəsi qapıdan bir qədər aralı keçib. Bir dəqiqə sonra İ.Şehiç danimarkalıların hücumu nəticəsində yaranan təhlükəni sovuşdura bilib.

Matçın 44-cü dəqiqəsində kobud oyuna görə hakim Miçelə sarı vərəqə göstərib. Danimarkalılar bu fürsətdən istifadə edərək hesabı açıblar. Matçın birinci hissəsinə əlavə edilən vaxtın 1-ci dəqiqəsində Qrequsun yerinə yetirdiyi cərimə zərbəsindən sonra F.Santander “Qarabağ”ın qapıçısı İ.Şehiçin səhvindən istifadə edərək komandasını hesabda irəli çıxarıb – 1:0.

İlk hissə bu hesabla başa çatıb.

Ağdam klubu ikinci hissəyə sürətli hücumlarla başlayıb və bu oyunun tempini xeyli artırıb. “Qarabağ” ikinci hissədə ilk təhlükəli vəziyyəti matçın 53-cü dəqiqəsində yaradıb. Ansi Aqollinin qüvvətli zərbəsini “Kopenhagen”in qapıçısı dəf edə bilib. Görüşün 57-ci dəqiqəsində Aqollinin hava ötürməsindən sonra Miçelin başla güclü zərbəsini qapıçı Olsen çətinliklə uzaqlaşdıra bilib. Oyunun 58-ci dəqiqəsində isə Miçelin başla endirdiyi zərbədən sonra top qapının üstündən keçib.

Hesabı bərabərləşdirmək üçün təzyiqi daha da artıran ağdamlılar istəklərinə matçın 63-cü dəqiqəsində nail olublar. Ansi Aqollinin ötürməsindən sonra rəqibin cərimə meydançasında topu ram edən Dino Ndlovu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib – 1:1. Lakin bu qoldan cəmi üç dəqiqə sonra ev sahibləri yenidən hesabda irəli çıxıblar. Ankersonun hava ötürməsini Pavloviç başla dəqiq zərbə ilə tamamlayaraq adını tabloya yazdırıb – 2:1.

Görüşün 79-cu dəqiqəsində “Qarabağ”ın futbolçuları ev sahiblərinin qapısı qarşısında daha bir təhlükəli vəziyyət yaradıblar. Lakin Dino Ndlovunu ötürməsindən sonra Miçelin zərbəsi bir qədər dəqiq olmayıb. Üç dəqiqə sonra ev sahiblərinin təhlükəli hücumu zamanı Verbiçin vurduğu top qapıdan bir qədər aralı keçib. Oyunun son dəqiqələrində topa nəzarətə tamamilə ələ keçirən “Kopenhagen” komandası bütün cəhdlərinə baxmayaraq, “Qarabağ”ın müdafiə xəttini yara bilməyib. Beləliklə, matç 1:2 hesabı ilə “Kopenhagen”in xeyrinə başa çatıb. Bakıda keçirilən oyunda 1:0 hesabı ilə qalib gələn “Qarabağ” səfərdə vurduğu qol sayəsində iki oyunun nəticəsinə görə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. Bununla da “Qarabağ” Azərbaycanın futbol tarixində UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub.

Qeyd edək ki, bu qarşılaşma Azərbaycan klublarının avrokuboklarda 300-cü, UEFA Çempionlar Liqasında isə 60-cı oyunu olub.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü avqustun 24-də Monakoda atılacaq.
Xəbər 585 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru