Avqustun 18-20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda 6 qadın, 4 kişi komandası iştirak edəcək.
Qadınlardan ibarət “İdman Akademiyası”, “Azəryol-1”, “Azəryol-2”, “Qarabağ”, “Nur”, “Azərsu”, kişilər arasında isə “Məhsul”, “Bakı”, “Təhsil”, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandaları mükafatlar uğrunda yarışacaqlar.
|