Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Ağır atletika federasiyasının hesabat iclası keçirilib
Tarix: 19.07.2017 | Saat: 15:05:00 | E-mail | Çapa göndər
İyulun 18-də AAAF Park Yaşayış Kompleksinin konfrans zalında Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) 6 aylıq hesabat iclası keçirilib. Federasiyanın Rəyasət Heyətinin üzvlərinin iştirak etdiyi tədbirdə qurumun 2017-ci ilin ilk yarısında gördüyü işlər, həyata keçirdiyi layihələr, əldə edilən uğurlar barədə danışılıb, rəsmi şəxslərin hesabat xarakterli çıxışları dinlənilib.

Tədbiri Azərbaycan Gənclər və İdman Nazirinin müavini, AAAF-ın vitse-prezidenti İsmayıl İsmayılov açıb. O, ölkəmizdə ağır atletikanın son zamanlar böyük populyarlıq qazandığını, sevilən idman növlərindən birinə çevrildiyini deyib. İsmayılov deyib ki, federasiya dopinqlə mübarizəyə böyük diqqət ayırır, böyük çalışmalar edilir. Onun fikrincə, ağır atletika kollektivi hər gün möhkəmlənən böyük bir ailədir. Vitse-prezident bu tədbirin arxada qalan 6 aydakı fəaliyyətə həsr olunduğu bildirib və sözü federasiyanın baş katibi Rizvan Rəsulova verib.

Rəsulov çıxış edərək AAAF-ın 2017-ci ilin ilk yarısındakı fəaliyyəti haqda geniş məlumat verib. Baş katib qeyd edib ki, hesabat dövründə milli komandalarımız bir neçə beynəlxalq yarışda iştirak edərək uğur əldə ediblər: “Yığmalarımız İrandakı 2-ci Fəcr Kuboku, Tailandda keçirilən yeniyetmələr arasında dünya birinciliyi, Tokioda keçirilən gənclər arasında dünya çempionatı və IV İslam Oyunlarında körpücük üzərinə çıxıblar. Bu yarışlarda atletlərimiz 2 qızıl, 2 gümüş və 4 bürünc medal əldə etməyi bacarıblar. Tailanddakı yarışda milli komandamızın tarixdə ilk dəfə Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanması isə xüsusi fəxrlə qeyd olunmalıdır. Bununla yanaşı, AAAF və AGİN təsdiq olunmuş təqvim planına uyğun olaraq yeniyetmə, gənclər və böyüklər arasında Respublika, iki seçmə mərhələ yarışlarını, həmçinin XI Respublika Oyunlarını təşkil edərək, ümumilikdə mindən çox atletin iştirakını təmin edib. Beynəlxalq yarışlara hazırlıq məqsədilə həm ölkə daxili, həm də xaricində təlim-məşq toplanışı keçirib, ən yaxşı şəraitlə təmin ediliblər”. Daha sonra Rəsulov federasiyanın maliyyə hesabatını açıqlayıb, gəlir və xərclər barədə məlumat verib. Bununla yanaşı, baş katib qeyd edib ki, AAAF dopinqlə mübarizəyə böyük diqqət ayırır, məsələnin ciddiliyini anlayaraq fasiləsiz tədbirlər həyata keçirir. Bunların arasında mütəmadi maarifləndirmənin aparılması, daxili dopinq-testlərin götürülməsi, dispanserizasiya və vitaminizasiyanın təşkili, qidalanmaya nəzarət, xüsusi bərpa və reabilitasiya mərkəzlərində müalicənin təmini və s. göstərmək olar.

Daha donra söz AAAF-ın vitse-prezidenti Ruslan Xanverdiyevə verilib. O, federasiyanın əsasən infrastruktur fəaliyyəti barədə geniş danışıb: “Bu 6 ay ərzində əsas istiqamət kimi regionlarda zalların əsaslı təmir işləri və yeni zalların inşa edilməsini götürmüşdük. Qobustan şəhər gənclər və idman məktəbinin ağır atletika zalı, Təhsil Respubilka idman mərkəzinin Suraxanı ağır atletika zalı, Şamaxı rayonu Qaleybuğurd kəndi ağır atletika zalı, Ramanı qəsəbəsi ağır atletika zalı, Mərkəzi Ordu İdman Klubunun ağır atletika zalı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının ağır atletika zalı və Lerik rayonu Piran kəndi ağır atletika zalında təmir-bərpa işləri aparılıb, Astarada ən müasir tələblərə cavab verən ağır atletika təlim-məşq bazası tikilib, istifadəyə verilib. Sumqayıt və Bakı şəhərlərində yeni zalların açılması üçün işlər aparılmaqdadır. Ehtiyacı olan bütün zallar 2017-ci ilin ikinci 6 ayında lazımi avadanlıqlarla təmin ediləcəkdir. Regionlarda zalların açılması, onlarda təmir işləri və avadanlıqların təmin edilməsində federasiyamızın bir neçə ana məqsədi var. Bunlar regionlarda məşqçi və idmançıların məşq etməsi üçün lazım olan şəraitlə təmin edilməsi, ölkədə ağır atletika idman növünün yayılması və təbliğatı, ağır atletika idman növünə bütün regionlardan ən potensiallı yeniyetmələrin cəlb edilməsi, Azərbaycanda ağır atletika məktəbinin gücləndirilməsi, ölkədə idman və sağlam həyat tərzinin gənclər və uşaqlar arasında yayılmasıdır.

Növbəti 6 ayı üçün yenə də aktiv fəaliyyət planlarımız var və mövcud zallarda əsaslı təmir işlərinin aparılması, ağır atletika zalı olmayan regionlarda yeni zalların istifadəyə verilməsi, zalların müasir avadanlıqlarla təmin edilməsi, Azərbaycan ağır atetika idman növünün arxivinin yaradılması, Azərbaycan ağır atetika idman növünün tarix müzeyinin qurulmasını nəzərdə tutmuşuq. Bu işlərin aparılmasında başda AAAF İnşaat olmaqla AAAF Holdinqin bütün şirkətləri cəlb edilmişdir. Fürsətdən istifadə edərək ulu öndər Heydən Əliyevin əsasını qoyduğu idmana böyük qayğı və dəstək siyasətinin davam edilməsinə görə ölkə başçımız və Milli Olimpiya Komitəsinin Prezidenti Cənab İlham Əliyevə, AAAF Prezidenti Cənab Cahangir Əsgərova, AAAF-ın vitse prezidentləri Azər Əliyev, İsmayıl İsmayılov və Tofiq Heydərova dərin minnətdarlığımı bildirirəm”.
Tədbir zamanı AAAF-ın sabiq prezidenti Şüa Hüseynov, hakimlər Vahid Nəzərov və Qadir Babayev, AAAF Rəyasət Heyətinin üzvü Fəxri Ağayev də çıxış edərək öz rəy və təkliflərini bildiriblər.

Sonda Bakıda keçirilən IV İslam Oyunlarında fərqlənən atletlər və onların məşqçiləri federasiya tərəfindən mənzil sertifikatları və pul mükafatları ilə təltif olunublar. Federasiya yarışın təşkilində əməyi keçən bütün digər üzvlərini də unutmayaraq onların zəhmətini pul mükafatı ilə qiymətləndirib.
Xəbər 1413 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
17.12.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku başa çatıb
14.12.2023 Azərbaycan ağırlıqqaldıranı Dohada Qran-pri turnirinin qalibi olub
07.12.2023 Azərbaycan ağırlıqqaldıranı Qran-pridə qüvvəsini sınayıb
23.11.2023 Azərbaycan ağırlıqqaldıranı dünya birinciliyində 5-ci yeri tutub
09.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvləri tibbi yoxlanışdan keçiblər
05.10.2023 Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi qadınların yarışı ilə start götürüb
05.10.2023 Gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyinin açılış
03.10.2023 Federasiya prezidenti Ağır Atletika Mərkəzində yaradılan şəraitlə tanış olub
09.08.2023 Ağırlıqqaldıranımız Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub
05.07.2023 Ağırlıqqaldıranımız Turan Əliyev Avropa birinciliyinin bürünc medalını qazanıb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru