Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Dənizkənarı Milli Parkda Azərbaycan Qran-Prisinin “Formula-1 şəhərciyi” qonaqları qəbul etməyə başlayıb
Tarix: 22.06.2017 | Saat: 20:14:00 | E-mail | Çapa göndər
İyunun 22-də Dənizkənarı Milli Parkda Formula-1 Azərbaycan Qran-Prisinin “Formula-1 şəhərciyi” qonaqları qəbul etməyə başlayıb. Bayram ab-havasına bürünmüş Bakıda sürət və adrenalin həvəskarları məhz bu məkana toplaşırlar.

Yerli və xarici qonaqların vaxtının maraqlı keçməsi üçün burada bütün işlər “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti tərəfindən yüksək peşəkarlıqla görülüb.

Qədim və zəngin tarixə, mədəniyyətə sahib olan Azərbaycan həmişə qonaqpərvərliyi ilə seçilib. “Formula-1 şəhərciyi”ndə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.

“Formula-1 oyun zonası” da maraqla qarşılanan məkanlardan biridir. Yüksək sürəti sevən azarkeşlər burada simulyator oyunu vasitəsilə Bakı trekində yürüş edirlər. Azarkeşlər bu oyunlarda sanki Azərbaycan Qran-Prisinin bir hissəsinə çevrilərək bu mötəbər yarışın həyəcanını yaşayır, onun adrenalinini hiss edirlər. Burada azarkeşlərə digər oyunlar da təqdim olunur. İsti iyun günlərində “Formula-1 oyun zonası”nda boliddə əyləşib Bakı şəhər halqasında yürüş etməyin həyəcanını sözlə ifadə etmək mümkün deyil.

Şəhərcikdə Formula-1 məhsullarının satışı da təşkil olunur. Burada “Mercedes” və “Ferrari” kimi məşhur komandaların geyim, aksessuar və digər ləvazimatlarını əldə etmək olar. Satışların yeni başlamasına baxmayaraq, azarkeşlərin coşqusu həm yerli, həm də əcnəbi fanatların burada istədiklərini tapmalarından xəbər verir.

Cümə günü axşam saatlarında Tarkan özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Türkiyəli müğənni və bəstəkar yarışın ilk günü başa çatdıqdan sonra minlərlə Formula-1 azarkeşinin qarşısında özünün məşhur hitlərini ifa edəcək. Bir gün sonra dünya ulduzlarından Nikol Şerzinger və “The Black Eyed Peas” musiqi qrupu, iyunun 25-də isə musiqi dünyasında əvəzolunmaz xidmətləri olan Meraya Keri səhnəyə çıxacaqlar. Axşam saatlarında baş tutacaq bu konsertlərdə dünya ulduzları ən çox sevilən ifalarını səsləndirərək Formula-1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar.

Yarışı izləməyə gələn tamaşaçılar Azərbaycanın gənc istedadlarının ifasında müxtəlif yerli və əcnəbi mahnıları dinləyərək gözəl vaxt keçirəcəklər. Dənizkənarı Milli Parkda yerləşən Formula-1 şəhərciyi və Azneft zonasında səhnəyə çıxacaq bu ifaçılar indiyədək bir sıra yerli və xarici festivalların iştirakçıları olublar.

Azərbaycanı bu il Kiyevdə keçirilmiş “Eurovision” beynəlxalq mahnı müsabiqəsində “Skeletons” mahnısı ilə təmsil edən Diana Hacıyevanın rəhbərliyindəki musiqi qrupu iyunun 23-25-də Dənizkənarı Milli Park ərazisində yarış həvəskarlarının qarşısına çıxacaq. Müğənni Vilnüs, Amsterdam və Tbilisidə baş tutmuş festivallarda uğurla çıxış edib. O, Gürcüstanda keçirilmiş “Caucasian Music Award Phoenix” beynəlxalq musiqi festivalında “İlin debütü” nominasiyasında mükafata layiq görülüb.

2007-ci ildə keçirilmiş “Yeni ulduz” müsabiqəsinin qalibi Çingiz Mustafayev başçılıq etdiyi “Palmas” musiqi qrupu ilə birlikdə iyunun 22-24-də Formula-1 azarkeşləri üçün ən çox dinlənilən mahnılarını səsləndirəcək. 2009-cu ildən fəaliyyət göstərən “Palmas” qrupu indiyədək bir sıra ölkələrdə, o cümlədən İspaniya, Rusiya və Ukraynada baş tutmuş festivallarda iştirak edib.

Anar Keytarman rəhbərlik etdiyi musiqi qrupu ilə birlikdə həmin günlərdə müxtəlif növ musiqi nümunələri ifa edərək yarış həvəskarlarının əyləncəsinə zövq qatacaq. Qrup öz mahnıları ilə yanaşı, “Beatles”, Stinq, Vivaldi, Bax, Bob Marley, Herbi Hankok və Ceyms Braunun repertuarından müxtəlif janrlara məxsus mahnıları da səsləndirəcək.

Azərbaycanlı sirk ustası və 2015-ci ildə ABŞ-da keçirilmiş istedadlar yarışmasının finalçısı Üzeyir Novruzov Bakıdakı Qran-Prini izləməyə gələn tamaşaçılara nərdivanla möhtəşəm şou nümayiş etdirəcək. ABŞ, Fransa, Almaniya və İtaliyada müxtəlif televiziya verilişlərində öz məharətini ustalıqla nümayiş etdirən Ü.Novruzov 2016-cı ildə nərdivan üzərində ən çox dayanan adam adını əldə edərək “Ginnesin rekordlar kitabı”na düşüb. Üzeyirin Bakıdakı şousu iyunun 23-25-də Formula-1 şəhərciyində quraşdırılmış kiçik səhnədə müxtəlif saatlarda baş tutacaq.

Bakıda yerləşən bir çox məşhur əyləncə mərkəzinin davamlı iştirakçılarından olan tanınmış DJ-lərdən REEF, Bikoo, George Effe və Tvist bilet sahiblərinə yarışdan kənarda əyləncə dolu anlar yaşadacaqlar. DJ REEF iyunun 22-25-də Formula-1 şəhərciyi və konsert arenasında, DJ Bikoo iyunun 22-24-də Azneft zonasında, George Effe iyunun 23-25-də İçərişəhər zonasında və DJ Twist həmin gün Sahil parkında yerləşən zonada çıxış edərək Formula-1 azarkeşlərinə xoş ovqat bəxş edəcəklər.
Xəbər 858 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru