Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakı qapılarını açır: Formula-1-in Azərbaycan Qran-Prisi üçün hər şey hazırdır
Tarix: 22.06.2017 | Saat: 21:59:00 | E-mail | Çapa göndər
Bakı öz tarixi ərzində ikinci dəfə dünyada ən mötəbər yürüşlərdən birini - Formula-1-in mərhələ yarışlarını qəbul etməyə hazırlaşır. Azarkeşlər üçün yürüş həftəsonu iyunun 23-də başlasa da, Azərbaycan paytaxtının küçələri Formula-1 bolidlərinin görüşünə tam hazır vəziyyətdədir.

Bakı küçələrində yenə də yüksək texnologiyalar və sürətlər həyəcanı yaşayır: müasir dövrün ən mürəkkəb və sürətli yürüş maşınları artıq Azərbaycanın paytaxtına gətirilib. Bir qədər sonra pit-bildinq ərazisində komandaların avadanlığı olan konteynerlərin yerində iştirakçıların boksları və pilotların bolidləri görünəcək. Artıq indinin özündə küçə trasının bokslar kompleksi tam hazır vəziyyətdə yürüşlərin başlanmasını və ilk qonaqları gözləyir, amma trasın infrastrukturu və pit-bildinq aysberqin yalnız görünən hissəsidir.

Qran-Priyə hazırlıq prosesi minlərlə insanın titanik əməyinin məhsuludur

Yarış təşkilatçılarının əsas vəzifələrindən biri yürüşün keçirilməsinin təhlükəsizliyini təmin edəcək heyət hazırlamaqdır. Söhbət tədbirin tam iştirakçıları olan hakimlərdən və marşallardan gedir. Pilotların həyatı və sağlamlığı bəzən onların qərarlarından asılıdır. Yürüşlər zamanı qaydaların bütün nüanslarından və trek marşalının davranışından baş çıxarmaq üçün Bakıda silsilə seminarlar keçirilib. Seminarlarda təcrübəli mütəxəssislər bayraq siqnalizasiyası sistemi, maşının evakuasiyası üsulları və işdə tələb olunan digər nüanslar barədə həmkarlarına ətraflı məlumat veriblər.

Təcili xidmətlərin, yanğınsöndürənlərin və xilasedicilərin, habelə ilkin yardım komandasının hazırlanması daha intensiv olub. Pilotlar qəzaya düşən zaman hadisə yerində birinci məhz həmin insanlar olurlar. Xidmətlərdən hər biri onlarca seminar və yüzlərlə praktik məşğələ keçirib.

Pilotların çıxışları marşal və hakimlərin işindən asılıdırsa, azarkeşlərin rahatlığı üçün könüllülər lazımdır. 2017-ci ildə Azərbaycan Qran-Prisində yüzlərlə könüllü, o cümlədən başqa ölkələrdən könüllülər iştirak edirlər. Könüllülər üçün də təlim-seminarlar və treninqlər keçirilib. Axı onlar trasın əsas nöqtələrinin və onun infrastrukturunun yerini, obyektlərin hər birinin iş rejimini, həftəsonu cədvəlini və azarkeşlərin “Böyük mükafatlar” dünyası ilə tanış olmasına kömək edən minlərlə digər nüansı dəqiq bilməlidirlər.

Azarkeşlər trasa yürüş həftəsonunun ilk günü – iyunun 22-də gəlməyə başlayıblar. Məhz bu gün “F1 Village”də Qran-Pri qonaqları üçün əyləncə yerləri – yürüş simulyatorları, şou-animatorlar, habelə Formula-1 komandalarının eksklüziv məhsullarının satıldığı mağazalar açılıb.

İyunun 24-də “F1 Village”də ilk avtoqraf sessiyaları başlayacaq. Axşam Azərbaycan Qran-Prisi konsertləri seriyasından birinci konsert olacaq. Konsert Tarkanın çıxışı ilə açılacaq. Hazırda bulvarda möhtəşəm səhnə ucaldılıb. Bu səhnə yürüşlər başa çatandan sonra azarkeşlər üçün cazibə mərkəzinə çevriləcək. Həftəsonu proqramında Tarkanla bərabər, “Black Eyed Peas” qrupunun və Nikol Şerzingerin konserti, habelə Meraya Kerinin solo çıxışı nəzərdə tutulub.

Azərbaycan Qran-Prisini işıqlandıracaq jurnalistlərin iş zonalarının - mətbuat mərkəzinin və TV-kompaundun fəaliyyətinin təşkili sahəsində son günlərə qədər gərgin işin getməsi kənar müşahidəçi üçün bir o qədər də nəzərəçarpacaq olmayıb. Bu həftəsonu Bakıya dünyanın hər yerindən yüzlərlə KİV nümayəndəsi gəlib.

Beynəlxalq Avtomobil Federasiyasının və Formula-1 iştirakçılarının yüklərinin qəbul edilməsi şəhərin yürüşlərin startına hazırlığında sonuncu ştrix olub. Yüzlərlə ton avadanlıq, o cümlədən yürüş maşınları və onlar üçün dəstləşdirilən məmulat, habelə mexaniklər üçün yüz min alət vahidi dəniz və hava yolu ilə xüsusi konteynerlərdə Bakıya gətirilib ki, iyunun sonuncu həftəsonu planetin 20 ən yaxşı yürüşçüsü müasir təqvimin ən parlaq və qeyri-adi traslarından birində Azərbaycanın böyük mükafatı uğrunda mübarizə aparsın.

İkiqat dünya çempionu Fernando Alonso deyib: “Bakı möhtəşəm şəhərdir. Ötən il debüt yürüşü müvəffəqiyyətlə keçdi. Azərbaycana qayıtmağı səbirsizliklə gözləyirəm. Mən Bakı mərhələsinin səfiri kimi, şəhərdə həmkarlarımdan çox vaxt keçirmişəm və deyə bilərəm ki, bura Formula-1 üçün əla məkandır. Biz Formula-1 üçün yeni ölkədə onun keçirilməsinə unikal atmosfer yaradan qədim divarların əhatəsindəki tarixi mərkəzdə yürüşə çıxırıq”.
Xəbər 704 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru