Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Formula-1 Azərbaycan Qran-Prisinin yarış cədvəlinin detalları bəlli olub
Tarix: 16.06.2017 | Saat: 20:02:00 | E-mail | Çapa göndər
İyunun 23-25-də Bakıda növbəti dəfə təşkil olunacaq Formula-1 yarış həftəsonunda keçiriləcək tədbirlərin saatları artıq müəyyənləşib.

Cədvələ əsasən, tamaşaçıların Dənizkənarı Milli Park ərazisində yerləşən Formula-1 Şəhərciyi və əyləncə zonalarına girişinə iyunun 22-də saat 14:00-dan etibarən icazə veriləcək. İyunun 23-25-də isə tamaşaçılar bu məkanlara səhər saat 10:00-dan etibarən daxil ola biləcəklər. Formula-1 Şəhərciyi və əyləncə zonaları axşam saatlarında dünya ulduzlarının iştirakı ilə baş tutacaq konsert proqramları başa çatanadək fəaliyyət göstərəcək.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim yarış həftəsi ərzində konsert proqramları ilə yanaşı, müxtəlif əyləncəli tədbirlərin keçiriləcəyini bildirib: “Biz bu il qarşımıza daha zəngin əyləncə proqramı ilə çıxaraq şəhər sakinlərinə açıq havada möhtəşəm bayram əhvali-ruhiyyəsi yaşadacağıq. Azarkeşlər əyləncə zonalarında təşkil olunmuş müxtəlif növ proqramlarda iştirak edərək yarış həyəcanını əyləncə coşğusu ilə birlikdə yaşaya biləcəklər. Burada, həmçinin Formula-1 dünyası ilə yaxından tanış olaraq bir-birindən əyləncəli tədbirlərə qatılmaq imkanı yaradılacaq. Hamını əyləncə zonalarında baş tutacaq rəngarəng tamaşalarda əylənərək yarış həftəsonunu zövqlə yaşamağa dəvət edirik”.

Formula-1 ilə yaxından tanışlıq

Dördgünlük bilet alan tamaşaçılar iyunun 22-də saat 19:00-dan 20:30-dək Pit yolu gəzintisində iştirak edə biləcəklər. Yürüş zamanı tamaşaçılar Pit yoluna daxil olaraq Formula-1 komandalarının qarajlarda bolidləri yarışa necə hazırladıqlarının şahidi olacaqlar. Pit yolu gəzintisi üçün giriş Formula-1 Şəhərciyində Abşeron tribunasının yanında olacaqdır.

Bundan başqa, Formula-1 Şəhərciyində Azərbaycan Qran-Prisində mübarizə aparan bütün pilotların iştirakı ilə iyunun 23-25-də saat 11:00-da başlayaraq günün müxtəlif saatlarında avtoqraf sessiyaları keçiriləcək. Sessiyalar zamanı azarkeşlər sevdiyi pilotlarla şəkil çəkdirə və onlardan avtoqraf ala biləcəklər. Tamaşaçıların sevimli komandaları ilə görüşü üçün məkana erkən gəlmələri məsləhət görülür.

Eyni zamanda, tamaşaçılar Dənizkənarı Milli Park ərazisində yerləşən oyun zonalarında quraşdırılmış simulyatorlarda sürücülük bacarığını sınamaqla yanaşı Pit-stop yarışında iştirak edərək əyani şəkildə Formula-1 təcrübəsinə yiyələnə biləcəklər.

Azərbaycan mədəniyyətinin inciləri bir arada

Dənizkənarı Milli Park zonasında salınan Azərbaycan Mədəniyyəti guşəsində avtoidman həvəskarlarına müxtəlif məşğələlər vasitəsilə Azərbaycan xalqının milli ənənələri və incəsənət nümunələri, o cümlədən xalçaçılıq, dulusçuluq, nəqqaşlıq və oyma sənətinin incəlikləri təqdim olunacaq. Tamaşaçılar onlar üçün burada təşkil olunan atelyelərdə arzuladıqları sənət üzrə öz bacarıqlarını sınaya biləcəklər.

Bir-birindən zövqlü səyyar şoular

Əyləncə zonaları boyunca səyyar məzhəkəçi-aktyorların tamaşaları yarışı izləməyə gələnlərin əhvali-ruhiyyəsini yüksəldərək yarış həyəcanına əyləncə coşğusu qatacaq. Burada keçiriləcək səyyar tamaşalara akrobatlar, “Spandy Andy”, robotlar, pantomima aktyorları və ağacayaqların orijinal tamaşaları, şar, köpük və velosiped şouları, eləcə də digər maraqlı nömrələr daxildir.

Azyaşlılar üçün əyləncə mərkəzi

Yarış həftəsonunun ən balaca qonaqları üçün xüsusi sürücülük məktəbi təşkil olunacaq. Burada uşaqlar yol hərəkəti qaydalarını əyləncəli və sərbəst mühitdə öyrənə biləcəklər. Bundan başqa, azyaşlı tamaşaçılar onlar üçün burada təşkil olunmuş interaktiv və maarifləndirici oyunlarda iştirak edərək hərtərəfli şəkildə əylənə biləcəklər.

Əyləncəli proqramlar Sahil və Sabir parklarında yerləşən zonalarda da olacaq

BŞH Sahil və Sabir parklarına aşağı qiymətə biletlər təklif edir. Bu biletlər yalnız bu parklara daxil olmağa icazə verəcək. Burada əyləncə tədbirləri iyunun 23-də saat 11:30-dan 19:30-dək, iyunun 24-də saat 11:00-dan 19:00-dək və iyunun 25-də saat 11:00-dan 14:00-dək davam edəcək. Bu zonalarda tamaşaçılara nağara şousu, müxtəlif ölkələrin milli rəqsləri, şar ustasının əl işləri və məşhur yerli DJ-lərin çıxışları təqdim olunacaq.

Əməliyyat Şirkəti tamaşaçıların büdcəsinə uyğun olaraq Azərbaycan Qran-Prisinə müxtəlif qiymətə biletlər təklif edir. Yarış həyəcanını yaxından yaşamaq istəyən tamaşaçılar biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bilet seçimləri haqqında ətraflı məlumat üçün aşağıdakı keçid vasitəsilə əldə etmək mümkündür: www.bakucitycurcuit.com.
Xəbər 595 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru