Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sahib Ələkbərov: Qarşıya qoyulan vəzifələrin öhdəsindən gələ bildik
Tarix: 07.05.2017 | Saat: 18:41:00 | E-mail | Çapa göndər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turu başa çatdıqdan sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və turun texniki direktoru, Avropa Velosipedçilər Birliyinin fəxri baş katibi Roland Hofer jurnalistlərin suallarını cavablandırıblar.

Sahib Ələkbərov turun nəticələrindən danışaraq deyib: “Çox yaxşı yarış oldu. İlk dəfə “Azərbaycan turu”nda bu qədər dəyişkən hava ilə üzləşdik. Yağış da yağdı, dolu da. Amma təbiət hadisəsi tura rəng qatdı. Əsas odur ki, komandalar bu yarışda həvəslə çıxış etdi. Gördüyünüz kimi, mərhələlər üzrə fərqli qaliblərimiz oldu. Yarışın texniki direktoru Roland Hoferə, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikova, polisimizə, yerli icra hakimiyyətlərinə və jurnalistlərə minnətdarlığımı bildirirəm”.

Ağsu mərhələsinin ilk dəfə tura salındığını xatırladan Sahib Ələkbərov bildirib ki, TV-lərdə çox gözəl mənzərələr nümayiş etdirilib: “Düşünürəm ki, dolaylar velosipedçilərin də xoşuna gəldi. Azərbaycanı dünyaya tanıtmaq mənasında daha bir addım atdıq. “Azərbaycan turu”na daha bir mərhələnin artırılması müzakirə olunur. İdmançılar Pirquludan qayıdandan sonra dincəlməyə getdi. Biz isə qonaqlarla Xızı dağlarına yollandıq. Həmin marşrut qonaqlarımızın çox xoşuna gəldi. Bu yollar yarış üçün çox əlverişlidir. Kəskin enişlər və yoxuşlar, sərt döngələr var. Gələn il çox maraqlı yarışın baş tutacağını düşünürəm”.

O deyib: “Bu nəticəni gözləyirdim. Komandamız gəncləşib və bu üzdən müəyyən çətinliklərlə üzləşmişik. Ancaq şadam ki, Kiril Pozdnyakov ümidlərimizi doğrultdu. Bu, hələ başlanğıcdır. Bu heyətlə daha böyük uğurlara imza atacağıq. Buna qədər iki dəfə komanda şəklində qalib gəlmişdik. Mənim üçün hər bir uğur şirindir. 6 pro-kontinental komandanın iştirak etdiyi yarışda, təcrübəli rəqiblərlə mübarizədə Kirilin 1-ci yeri tutması böyük uğurdur. Kiril məsuliyyətini hiss edən idmançıdır. Ona böyük ümidlərim var. Ancaq velosiped idmanı yalnız fərdi mübarizədən ibarət deyil. O, bu uğura təkcə özü yox, komanda üzvlərinin yardımı nəticəsində nail olub”.

Sahib Ələkbərov bildirib ki, ilk növbədə, idmançılar yetişdirməli və bazanı inkişaf etdirməliyik. Bunun üçün müəyyən maliyyə vəsaiti tələb olunur. Bu baxımdan dövlətin çox böyük dəstəyi var. “İrəliyə doğru addım-addım gedirik. “Synergy Baku”nun heyətinə güclü legionerlər cəlb oluna bilər. Biz bütün variantlara baxırıq. Amma, ilk növbədə, yerli idmançıları yetişdirməliyik. 2015-ci ilin mayında Prezident İlham Əliyev Veloparka gələndə heyətdə azərbaycanlı idmançı olub-olmadığını soruşdu. Mən də 16 idmançıdan 12-nin yerli velosipedçi olduğunu dedim. Dövlətimizin başçısı buna çox sevindi. Gənc velosipedçilərimiz yetişməkdədir. Bu yaxınlarda yeniyetmələr Polşadan yarışdan qayıdıblar. İlk dəfə bu turnirdə iştirak etmələrinə baxmayaraq çox yaxşı çıxış ediblər”, - deyə o vurğulayıb.

Aleksandr Qusyatnikov isə deyib: “İlk dəfə deyil ki, bu yarışda qonaq oluram. Yarış yüksək səviyyədə keçdi. Təşkilatçıların növbəti dəfə kateqoriyanı yüksəltmək haqda düşünəcəklərini fikirləşirəm. Bunun üçün hər cür imkanınız var. Əminəm ki, yaxın zamanlarda “Azərbaycan turu”nun kateqoriyası yüksələcək”.

Roland Hofer də təəssüratlarını bölüşərək bildirib ki, yarış çox gərgin mübarizə şəraitində keçdi: “Sevindirici haldır ki, qəzalar az oldu. Bu da velosipedçilərin inkişafından xəbər verir. Azərbaycan velosipedçisinin qalib gəlməsi gözlənilməz oldu. Ümumilikdə, “Azərbaycan turu” haqda çox müsbət fikir formalaşıb”.
Xəbər 778 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru