Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakı-2020-nin təbliğat kampaniyasına başlandı
Tarix: 14.03.2012 | Saat: 15:01:00 | E-mail | Çapa göndər
Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar dəstək kampaniyasına start verilib. İdman.com.az saytının xəbərinə görə, bununla əlaqədar bu gün mətbuat konfransı keçirilib. Tədbirdə Bakı-2020-nin Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva, olimpiya çempionları Zemfira Meftəhəddinova və Fərid Mansurov, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov iştirak ediblər.

K.Nurullayeva bildirib ki, Bakı-2020-nin Təşkilat Komitəsi Sifariş Kitabını uğurla hazırlayaraq, Beynəlxalq Olimpiya Komitəsinə (BOK) təqdim edib. Mayın 23-də Kanadanın Kvebek şəhərində BOK-un İcraiyyə Komitəsinin iclasında hansı iddiaçı şəhərin növbəti mərhələyə keçdiyi müəyyənləşəcək.

Bakıda əlavə, Doha (Qətər), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Tokio (Yaponiya) da 2020-ci il olimpiadasına iddialıdırlar. İcraçı direktorun sözlərinə görə, Bakının olimpiadaya iddiaçı şəhər olmasından həm daxildə, həm də xaricdə xəbərdar olmalıdırlar. Bu məqsədlə dəstək kampaniyasına ATGTİ ilə birgə start verilib: “ATGT-nin bizə dəstəyi də vacibdir. Əhalimizin 30 faizini gənclər təşkil edir. Bu prosesdə bizə yardımçı olacaq hər kəsə öncədən təşəkkür edirik. Vətəndaşlarımızın dəstəyi həm biz, həm də BOK üçün önəmlidir. Daha öncə BOK-un tanıdığı təşkilat tərəfindən Azərbaycan əhalisi arasında sorğu keçirilmişdi. Sorğuya qatılanların 95 faizi Bakı-2020-yə dəstək vermişdi. İndi isə imzatoplama kampaniyası aparacağıq. Məqsədimiz həm də olimpiya hərəkatı barədə vətəndaşlarımızın məlumatlılıq səviyyəsinin artırılmasından ibarətdir. İmzatoplama təkcə Bakıda deyil, regionlarda da aparılacaq”.

K.Nurullayeva onu da qeyd edib ki, BOK-un şərti iddiaçı şəhərə xalq, ictimaiyyət tərəfindən dəstəyin verilməsidir. “Bakı-2020” Təşkilat Komitəsi isə belə bir təşəbbüs irəli sürüb. Aksiya müddətində minimum 250 min, maksimum 1 milyona qədər səs toplamaq lazımdır: “Ümid edirik ki, imzaların sayı 1 milyona yaxın olacaq. Burada KİV-in də dəstəyi çox önəmlidir. Kampaniyanın nəticəsi olaraq, aprelin 14-də Rusiyanın paytaxtı Moskvada Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası keçiriləcək. Həmin tədbirdə bütün iddiaçı şəhərlər ictimai dəstək barədə beynəlxalq olimpiya hərəkatı nümayəndələrini 10 dəqiqəlik təqdimat zamanı məlumatlandırmalıdırlar. Biz də bu kampaniya barədə məlumat verəcəyik”.

Bakı-2020-nin rəsmisinin sözünə görə, imzaların sayı ilə bağlı BOK-da şübhə yaransa, imzaları təqdim etməyə hazırdırlar. O, təbliğat kampaniyası üçün ayrılan vəsaitin həcmini də açıqlayıb. Nurullayeva bildirib ki, birinci mərhələ üçün 8 milyon dollar ayrılıb. Bakı şəhəri növbəti mərhələyə keçsə, daha 44 milyon dollar ayrılacaq. Bu rəqəmin elə də böyük olmadığını deyən icraçı direktor aprelin 20-dən sonra ölkəmizə dünyanın kifayət qədər tanınmış idmançıların səfər edəcəklərini və onların da “Bakı-2020”yə dəstək verəcəklərini söyləyib.

İsmayılov ATGTİ nəzdində olan 39 ali təhsil müəssisəsi və 10 mindən artıq üzvlə imzatoplama kampaniyasında iştirak etməyə böyük məmnuniyyətlə razılaşdıqlarını vurğulayıb. O bildirib ki, kampaniya ərzində könüllülərdən də istifadə olunacaq. Onlar şəhərin müxtəlif yerlərində, ali təhsil müəssisələrində 24 saat fəaliyyət göstərəcək, əhalini məlumatlandıracaqlar: “Məqsədimiz Azərbaycanı idman ölkəsi kimi tanıtmaqdır”.

Z.Meftəhəddinova əhalini bu aksiyada aktiv iştirak etməyə çağırıb: “Mən bir vətəndaş və vətənpərvər kimi deyə bilərəm ki, hər bir insan aktiv iştirak etməlidir ki, biz növbəti mərhələyə yüksələ bilək. Bütün dünya bilməlidir ki, ölkəmiz təkcə neft və idman uğurları ilə zəngin deyil. Həm də əhali olimpiadaya böyük dəstək verir”.
F.Mansurov da xalqın dəstəyini vacib sayıb: “Xalqımız idmançı olduğumuz vaxt bizi dəstəklədi və çempion olduq. Eyni dəstəklə 2020-ci il olimpiadasına da hazır olduğumuzu göstərməliyik”.

Xəbər 1263 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
27.05.2020 Mariya Stadnik İradə Aşumovaya çata biləcəkmi?
09.01.2019 Lozannada 2020-ci ildə gənclər arasında III Olimpiya oyunlarının talismanı təqdim edilib
12.11.2018 İtaliya 2026-cı ildə Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
29.12.2016 AİJA 2016-nın laureatlarını elan edib
26.04.2016 Avropa qran prisinə biletlərin satıldığı yeni məntəqələrin açılışı olub
22.11.2014 Patrik Hikki: Avropa oyunlarına hazırlıq yüksək səviyyədədir
21.11.2014 Azərbaycan Prezidenti AOK-un Bakıda keçirilən 43-cü Baş Assambleyasının rəsmi açılışında iştirak edib
20.11.2014 BOK prezidenti AzDBTİA-nın fəxri doktoru adını aldı
19.11.2014 Tomas Bax AzDBTİA-nın fəxri doktoru olacaq
14.11.2014 İlk Avropa Oyunlarının məşəli Yanardağda alovlansın!


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru