Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq üzrə geniş müşavirə keçirilib
Tarix: 28.04.2017 | Saat: 15:36:00 | E-mail | Çapa göndər
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (NRYTN) IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin sədrliyi ilə keçirilən iclasda nazir müavinləri, nazirin müşavirləri, mobil operator və internet provayderləri, eləcə də rabitə birlik müəssisələrinin rəhbərləri iştirak edib.

Müşavirədə çıxış edən nazir Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə 12-22 may tarixlərində baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə digər qurumlarla yanaşı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də üzərinə düşən vəzifələrin icrasını layiqincə yerinə yetirir.

Nazir Oyunların telekommunikasiya, internet, mobil və yayım xidmətləri ilə təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində qərargah və İşçi Qrup yaradıldığını qeyd edib. Bildirib ki, İşçi Qrupu İslam Oyunlarının telekommunikasiya xidmətləri ilə yüksək səviyyədə təminatı üçün tədbirlər görür və bu işlər başa çatdırılmaq üzrədir.

Nazir mötəbər və nüfuzlu beynəlxalq tədbirlərin peşəkarlıqla təşkilində böyük təcrübəsi olan Azərbaycanın daha bir əlamətdar tədbirə uğurla ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

Müşavirədə bildirilib ki, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin tələblərinə uyğun olaraq nazirliyin üzərinə düşən rabitə ilə bağlı işlər, Oyunların keçiriləcəyi məkanların və təşkilati binaların dayanıqlı və alternativ optik kabellərlə təchiz edilməsi həyata keçirilib.
Eyni zamanda, oyun və təşkilati məkanların dayanıqlı, yüksəksürətli internetlə təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Belə ki, radio rabitə xidmətlərinin, TV yayımının etibarlı şəkildə təmin edilməsi üçün yüksək parametrlərə malik 386 km optik kabel və radiotezliklər ayrılıb.

Müşavirədə çıxış edən mobil rabitə operatorlarının rəhbərləri bildirib ki, Oyunların keçiriləcəyi məkanların, stadionların, onlara yaxın ərazilərin keyfiyyətli mobil rabitə ilə təmin edilməsi məqsədilə mobil şəbəkələrdə səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə təqdim olunan xidmətlər üzrə uyğun tədbirlər görülüb. Qeyd edilib ki, həmin ərazilərdəki mobil şəbəkə xidmətləri gündəlik nəzarətdə saxlanılır.
Həmçinin Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 (otuz) gün müddət artırılaraq 60 (altmış) gün müddətlə əvəz edilib.
Eyni zamanda, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara mobil telefon nömrələrinin sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.

İnternet provayderlərin rəhbərləri isə məlumat verib ki, internetin dayanıqlılığının təmin edilməsi məqsədilə əsas və alternativ istiqamətlərdən kanallar ayrılıb. Belə ki, Oyunlar dövründə internet şəbəkəsinin təhlükəsiz işinin təmin edilməsi üçün “Delta telecom” MMM və “Azərtelekom” MMC-də DDOS kibertəhlükəsizlik sisteminin fəaliyyətinin təmin edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib. Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb.

Müşavirədə nəqliyyatın təşkili üzrə də müzakirələr aparılıb. Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən 247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb. Taksiləri idarə edən sürücülər isə təlimlərə cəlb edilib.

Müşavirənin sonunda oyun məkanlarının dayanıqlı və alternativ rabitə xidmətləri ilə təchiz olunması, mobil rabitə xidmətlərinin yüksək səviyyədə işləməsi üçün lazımi tədbirlərin görülməsi, optik kabellərin mühafizəsinin gücləndirilməsi, internet xidmətlərinin keyfiyyətli təşkili, dövlət və strateji saytların təhlükəsizliyi üzrə lazımi tədbirlərin görülməsi, radiotezliklərin təyinatına uyğun istifadəsi, mayın 4–dən 23-dək bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi, keyfiyyətli və fasiləsiz teleradio yayımlarının təmin edilməsi, taksi əməliyyatlarının yüksək səviyyədə həyata keçirilməsi üçün zəruri işlərin görülməsi qərara alınıb.


Xəbər 566 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
05.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru