Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
AMADA-nın yeni binasının açılış mərasimi olub
Tarix: 27.04.2017 | Saat: 19:46:00 | E-mail | Çapa göndər
Aprelin 27-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib.

Gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, AMADA-nın rəhbəri Şəfəq Hüseynli və digərləri iştirak ediblər.

Qonaqlar Agentliyin binası ilə tanış olublar.

Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxs yaradılıb və qurum dövlət qeydiyyatına alınıb. Ötən il dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyi təsis edilib. Cari ilin fevralında qurum Ümumdünya Antidopinq Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun elan edilib və Agentlik fəaliyyətə başlayıb.

AMADA-nın ştatında 13 əməkdaş, 21 Dopinq Nəzarəti İnspektoru çalışır. Qurumun əsas fəaliyyəti dopinq nəzarətinin planlaşdırılması və həyata keçirilməsi, antidopinq üzrə ölkədə maarifləndirmə işlərinin aparılması və milli antidopinq proqramının təşviq etdirilməsidir. Milli antidopinq proqramına əsasən, Agentlik tərəfindən il ərzində müəyyən miqdarda testlər keçiriləcək və onlara dair hesabatlar aparılacaq. Həmçinin sözügedən qurum tərəfindən bir neçə idmançının bioloji pasportunun yaradılması planlaşdırılır. Qeyd olunan testlər üzrə nümunələr toplandıqda, Agentliyin inzibati binasında xüsusi ayrılmış yerlərdə saxlanılacaq və müayinə üçün Almaniyanın Köln şəhərində yerləşən Ümumdünya Antidopinq Agentliyi tərəfindən akkreditasiya olunmuş Institute of Biochemistry – "German Sport University Cologne" laboratoriyasına göndəriləcək. Testlərin beynəlxalq standartlara əsasən, Antidopinq İnzibatçılıq və İdarəetmə Sistemi (ADAMS) vasitəsilə müxtəlif idman növü, idmançı kateqoriyaları üzrə prioritetləşmə prinsiplərinə əsaslanan "paperless" adlanan sənədsiz texniki cihazlar vasitəsi keçiriləcəyi planlaşdırılır.

Qeyd olunub ki, Agentlikdə 3 komitə yaradılıb: Terapevtik istifadəyə icazə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsi. Komitələrin fəaliyyəti müvafiq olaraq, idmançıların hər hansı bir qadağan edilmiş maddədən terapevtik istifadə etməsi üçün şəhadətnamənin verilməsi, antidopinq qayda pozuntularına dair dinləmə prosesi və qərarın qəbul edilməsindən ibarətdir. Komitələrin görüşləri agentliyin inzibati binasında keçiriləcək.

Azərbaycan Milli Antidopinq Agentliyinin əsas tərəfdaşları Ümumdünya Antidopinq Agentliyi, Polşa Antidopinq Agentliyi, Milli Antidopinq Agentlikləri İnstitutu, “Berlinger” şirkəti, PWC (Professional Worldwide Controls), Institute of Biochemistry – German Sport University Cologne Laboratoriyasıdır. AMADA-nın əsas şüarı "təmiz qal"dır.

Qonaqlar qurumun əməkdaşları ilə tanış olduqdan sonra nazir A.Rəhimov yeni yaradılmış agentliyin ölkə idmanının inkişafında mühüm rol oynayacağını qeyd edib. O, Milli Məclisdə Antidopinq haqqında qanunun qəbul olunduğunu və orada bütün müddəaların öz əksini tapdığını bildirib. Nazir ölkəmizdə qısa zamanda antidopinq sahəsində böyük işlər görüldüyünü və görülən işlərin nəticəsində Ümumdünya Antidopinq Agentliyinin standartlarına tam şəkildə uyğun olan qurumun yaradıldığını vurğulayıb. A.Rəhimov Agentliyin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AMADA-nın fəaliyyətinin önəmindən danışıb. O, agentliyin ölkədə dopinqə nəzarətdə və bu istiqamətdə yoxlamalarda mühüm işlər həyata keçirəcəyini vurğulayıb. Ç.Hüseynzadə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Milli Məclis və digər qurumların AMADA-ya dəstək verdiyini və hər cür kömək göstərməyə hazır olduğunu qeyd edib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri F.Muradov AMADA-nın antidopinq sahəsində uğurla fəaliyyət göstəcəyinə əminliyini vurğulayıb və parlamentdə çalışan mütəxəssislərin hər zaman Agentliyə köməklik göstərməyə hazır olduğunu deyib.

Sonda Agentliyin əməkdaşları qonaqlarla birlikdə xatirə şəkli çəkdiriblər.

   14933024482743454855_1000x6.jpg
Xəbər 1203 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10.05.2024 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
09.05.2024 Gədəbəydə “Yaşıl marafon" keçirilib
08.05.2024 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
06.05.2024 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06.05.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
04.05.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
03.05.2024 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
29.04.2024 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
28.04.2024 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru