Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Möhtəşəm su festivalı Mingəçevir sakinlərində yüksək əhval-ruhiyyə yaradıb
Tarix: 23.04.2017 | Saat: 23:12:00 | E-mail | Çapa göndər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti aprelin 23-də Mingəçevir şəhərində davam edib.

Həmin gün axşam saatlarında Heydər Əliyev parkında möhtəşəm su festivalı keçirilib. Əvvəlcə tədbirin aparıcısı bu il mayın 12-dən 22-dək Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunları barədə məlumat verib. Festivalda, həmçinin “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanması, aprelin 5-də Prezident İlham Əliyevin su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan su səhəngini Mingəçevir sakinlərinə təhvil verməsi görüntüləri təqdim edilib. Xəzər dənizindən götürülmüş suyun Mingəçevir şəhərinədək keçdiyi səyahət yoluna, o cümlədən Mingəçevir mərhələsinə nəzər salınıb.

Məlumat verilib ki, Xəzərdən başlayan səyahət çərçivəsində təşkil edilən su festivallarının keçirilməsində əsas məqsəd xalqımıza idman bayramı əhval-ruhiyyəsini bəxş etməklə yanaşı, eyni zamanda həmrəylik və sevinc hissini bəxş etməkdir.

Sonra “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayından su ilə dolduraraq Heydər Əliyev parkına gətirən sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov alqış sədaları altında səhnəyə dəvət olunub.

Heydər Əliyev parkında keçirilən festival əsl xalq bayramına çevrilib. “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək ölkəmizi bu mötəbər yarışda təmsil edəcək bütün idmançılara uğurlar arzu edib. “Mirvari” rəqs qrupunun, Mingəçevir musiqi qrupunun üzvlərinin və yerli ifaçı Elsevər Məmmədovun çıxışı şəhər sakinlərində yüksək əhval-ruhiyyə yaradıb. Festival möhtəşəm su effekti və atəşfəşanlıqla başa çatıb.

Su səhəngini daşıyan festival iştirakçısı, sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev möhtəşəm su festivallarının “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına xüsusi rəng qatdığını deyib: “Bizim burada iştirakçı kimi məqsədimiz həmrəylik və sülh dəyərlərinin mahiyyətini ön plana çəkməkdir. Vəzifəmizin öhdəsindən layiqincə gəlməyə çalışırıq”.

YAP Mingəçevir şəhər Gənclər Birliyinin sədri, Heydər Əliyev Mərkəzinin direktoru Bəxtiyar Mustafayev AZƏRTAC-a müsahibəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini yüksək qiymətləndirərək deyib: “Əminəm ki, Azərbaycanın dünyada artan nüfuzunun göstəricisi olan bu oyunlar dostluq, həmrəylik və birlik bayramına çevriləcək. Biz 2015-ci ildə Mingəçevirdə keçirilən Birinci Avropa Oyunlarının avarçəkmə yarışlarının şahidi olduq. Şəhərimiz həmin mötəbər tədbirə ev sahibliyi etməklə ölkəmizin paytaxtı ilə yanaşı, bölgələrinin də inkişaf etdiyini nümayiş etdirdi. İnanıram ki, Azərbaycan gələn ay IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə müsəlman ölkələri arasında əməkdaşlığa və dostluğa öz töhfəsini verəcək”.

Qeyd edək ki, 37 gün ərzində ölkəmizin 15 bölgəsində reallaşdırılacaq “Xəzərdən başlayan səyahət” proqramı 3 min kilometr məsafəni qət etməklə mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. Ölkəmizin müxtəlif şəhər və rayonlarından olan uşaqlar və idmançılar göl, çay, şəlalə və bulaqlardan topladıqları Azərbaycanın saf suları ilə gələn ay Bakıya toplaşacaq İslam dünyasının 50-dən artıq dövlətinin nümayəndə heyətlərini salamlayacaqlar. Xəzərdən başlayan su səyahətinin növbəti dayanacağı aprelin 25-də Qax rayonu olacaq.

Xatırladaq ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Mingəçevir şəhərindəki mərhələsinə Kür çayından su götürülməklə start verilib. Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə dolduraraq şəhərdəki Heydər Əliyev parkında keçiriləcək “Su festivalı”na yola düşüblər. Bu su qabı mayın 12-də “Bakı-2017”nin açılış mərasimində nümayiş etdiriləcək.

Sonra “Kür” Olimpiya Tədris-İdman Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov, layihə rəhbəri Ülviyyə Əkbərova, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev çıxış edərək gələn ay Bakıda keçiriləcək mötəbər yarışların əhəmiyyətindən danışıb, məktəblilərə bu idman tədbirində uğurlar arzulayıblar.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliği və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müxtəlif idman müsabiqələrində 5 məktəbdən 50-si qız, 50-si oğlan olmaqla, 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə öz qüvvələrini sınayıblar. Musiqili-əyləncəli idman tədbiri iştirakçılara xoş anlar yaşadıb. Yarışda komanda hesabında Mingəçevir şəhər 3 və 10 nömrəli orta məktəblərin və Texniki Humanitar Liseyin şagirdləri müvafiq olaraq I-III yerləri tutublar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən hazırlanmış kubok, sertifikatlar, məlumat kitabçaları, qalib komandaya isə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə biletlər təqdim olunub.

Mingəçevir şəhər 3 nömrəli orta məktəbinin şagirdi, yarışların iştirakçısı Ağalar Fətəliyev AZƏRTAC-a müsahibəsində idman tədbiri barədə təəssüratlarını belə bölüşüb: “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları münasibətilə Mingəçevirdə məktəblilər arasında təşkil edilən belə bir gözəl idman yarışında iştirak etdiyim üçün çox sevinirəm. Bizim komandanın üzvləri bu yarışda öz bacarığını nümayiş etdirərək qalib gəldiyi üçün mənə də Oyunların bağlanış mərasiminə bilet təqdim edildi”
Xəbər 559 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
05.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru