Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Boqdan Kurudz: “Hədəfimə çatmaq üçün hər gün məşq edirəm” - MÜSAHİBƏ
Tarix: 13.03.2012 | Saat: 06:02:00 | E-mail | Çapa göndər
London Yay Olimpiya Oyunlarında kanoe növündə 3 dəst medal sahibini tapacaq. İdman.com.az saytının məlumatına görə, olimpiadada Azərbaycan milli komandasının üzvlərindən Valentin Demyanenko 1-nəfərlik qayıqla 200 metr, Sergey Bezuqlı – Maksim Prokopenko dueti 2-nəfərlik qayıqla 1000-metr məsafəyə yürüşdə iştiraklarını artıq təmin ediblər. 1-nəfərlik qayıqla 1000-metr məsafəyə yürüşdə isə hələlik kanoeçilərimizdən heç kim olimpiya lisenziyası qazana bilməyib. Ötən il Macarıstanın Seqed şəhərində keçirilmiş dünya çempionatında Adnan Əliyev vəsiqəyə çox yaxın olsa da, fürsəti sonda əldən verib. Amma növbəti belə şans 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa olimpiya təsnifatında veriləcək. Bunun üçün təmsilçimiz ən azı 2-ci yeri tutmalıdır. Poznanda çıxış etməyə daha çox Boqdan Kurudzu şanslı saymaq olar. 19 yaşlı kanoeçimiz ötən il Serbiya paytaxtı Belqradda keçirilmiş Avropa çempionatında yarımfinaladək irəliləməyi bacarıb. O, Bolqarıstanın Belmeken bazasında təlim-məşq toplantısından yenicə qayıdan kanoe yığmamızın tərkibində də yer alıb. Kurudz Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibəsində həm hazırlıq prosesi, həm də Avropa olimpiya təsnifatında iştirak imkanları barədə danışıb:

- Təlim-məşq toplantınız necə keçdi?
- Şəxsən mən hazırlıq prosesindən razı qaldım. Nəzərdə tutulan tapşırıqlar, təlim-məşq proqramı yerinə yetirildi. Orta dağlıq ərazidə xizəklə intensiv məşqlər etdik. Habelə, fiziki keyfiyyətlərimizin inkişafına diqqət ayırdıq.

- İndiki hazırlıq durumunuzu necə dəyərləndirirsiniz?
- Ötən ilin yeni mövsümə hazırlıq dövründə “Kür” Olimpiya Mərkəzində cəmi 2 ay məşq etmişdim. Bununla belə, 2011-ci ilin noyabrında keçirilmiş Beynəlxalq Mingəçevir Reqatasında 1000-metr məsafəni 4 dəqiqə 28 saniyəyə qət etdim. Amma ən yaxşı göstəriciyə ötən ilin iyununda Belqraddakı Avropa çempionatında imza atmışdım. Həmin vaxt finişə 4 dəqiqəyə çatmışdım. Tezliklə Beynəlxalq Prezident Kuboku reqatası keçiriləcək. Fikrimcə, hansı irəliləyişə nail olduğumu məhz qarşıdakı reqatada obyektiv qiymətləndirmək mümkün olacaq. Hazırda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi altında fiziki, taktiki və texniki keyfiyyətlərimizin təkmilləşdirilməsi üzərində çalışırıq. Məncə, bu proses heç də uğursuz getmir.

- Yəqin ki, əsas məqsədiniz London Yay Olimpiya Oyunlarında çıxış etməkdən ibarətdir...
- Olimpiadada iştirak hər bir peşəkar idmançının karyerası ərzində əsas məqsədi sayılır. Mən bunu gözəl başa düşür və hədəfimə çatmaq üçün hər gün məşq edirəm. Lakin hazırkı durumda olimpiya lisenziyasını qazanmaq heç də asan olmayacaq. Çünki bir çox məşhur avarçəkən, hətta Avropa və dünya çempionları ötən il bu vəsiqəyə sahib çıxa bilmədilər. Ona görə də mənim kimi onlar da 16 – 17 mayda Polşanın Poznan şəhərində təşkil olunacaq Avropa olimpiya təsnifatında lisenziya uğrunda mübarizə aparmalı olacaqlar. Hazırda şanslarımı dəyərləndirmək çətindir, Lakin bir şeyi deyə bilərəm ki, rəqiblərimə rahatlıq vəd etmirəm və son gücümədək mübarizə aparacağam.

- Bəs ötən il Avropa çempionatında iştirak etdiyiniz halda, London olimpiadasına lisenziya xarakterli dünya çempionatına niyə qatıla bilmədiniz?
- Müəyyən obyektiv səbəblərlə əlaqədar dünya çempionatı ərəfəsində Adnan Əliyev daha güclü idi. Ona görə də milli komandamızın məşqçilər heyəti haqlı olaraq, Əliyevə lisenziya uğrunda mübarizə şansı yaratdılar.

- Adnan Əliyev isə çox yaxın olsa da, lisenziya qazana bilmədi...
- Macarıstanda keçirilmiş həmin dünya çempionatı artıq tarixdə qaldı. Qarşıda yeni-yeni reqatalar var. Məhz növbəti yarışlarda nəyisə dəyişməyə çalışmalıyıq.

- Avropa olimpiya təsnifatında əsas rəqib qismində hansı kanoeçiləri görürsünüz?
- Sebastyan Brendel 1 nömrəli favoritdir. O, son illərdə 2 dəfə Avropa çempionu olub. Ötən ilin qeyri-rəsmi rekordu (3,47 dəqiqə) ona məxsusdur. Sadəcə, dünya çempionatında gözlənilməz hadisə (avarını qırması – red.) ona mane oldu və liderlər sırasına daxil ola bilmədi. Bundan başqa dünya çempionatının gümüş mükafatçısı, fransalı Matyö Qubel, dünya kuboku mərhələsinin mükafatçısı, polşalı Tomaş Kaçor, dünya çempionatının mükafatçısı, çexiyalı Lukas Koranda, 2004-cü il Afina oyunlarının finalçısı Marian Ostrçil də ciddi şanslara malikdir. Yəni, iddiaçıların tərkibi kifayət qədər cəlbedicidir.

- Sizcə, kanoeçilərimiz London olimpiadasında medal qazana bilərlərmi?
- Mənim fikrimcə, həm Valentin Demyanenko, həm də Sergey Bezuqlı – Maksim Prokopenko dueti peşəkar inkişaf dövrünün elə bir səviyyəsindədirlər ki, Londonda fəxri kürsünün pillələri uğrunda mübarizə aparmaq iqtidarındadırlar.

Xəbər 1290 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
03.05.2024 Azərbaycan “Prezident Kuboku 2024” beynəlxalq reqatasında altıncı medalı qazanıb
03.05.2024 Azərbaycan komandası “Prezident Kuboku 2024” beynəlxalq reqatasında növbəti medalı qazanıb
02.05.2024 Azərbaycanın daha bir idmançısı “Prezident Kuboku 2024” beynəlxalq reqatasında medal qazanıb
28.04.2024 Azərbaycan avarçəkəni Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
04.12.2023 Azərbaycan avarçəkəni nüfuzlu yarışın qalibi olub
06.11.2023 Azərbaycan avarçəkəni beynəlxalq turnirdə ikinci yeri tutub
27.10.2023 “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə yekun vurulub, qaliblər mükafatlandırılıb
26.10.2023 “Mingəçevir Reqatası-2023”: Azərbaycan avarçəkənləri daha 12 medal qazanıblar
09.10.2023 Azərbaycan avarçəkəni dünya çempionatında gümüş medal qazanıb
03.10.2023 Bakıda avarçəkmə təlimi keçiriləcək


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru