Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Milla Azərbaycanda keçirilən idman tədbirləri ilə tarixi əlaqələrini Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi olaraq davam etdirir
Tarix: 02.03.2017 | Saat: 17:29:00 | E-mail | Çapa göndər
Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının dəstəkçiləri sırasına ölkəmizdə çox böyük uğurla fəaliyyət göstərən, süd və süd məhsullarının istehsalı sahəsində ön sıralarda gedən “Milla” şirkəti də qoşulub. Məlumat üçün bildirək ki, “Mill” şirkəti Bakı 2015 Avropa oyunlarının da ilk rəsmi dəstəkçisi olaraq, Əməliyyat Komitəsi ilə sıx əlaqələrini davam etdirmiş, bunula da Azərbaycanda keçirilən mühüm idman tədbirlərinə dəstək verməyə davam etmişdir.

Oyunların rəsmi dəstəkçisi olaraq, “Milla” IV İslam Həmrəyliyi Oyunları zamanı yarışlarının keçiriləcəyi bir çox məkanlarda azerkeşləri şirkət tərəfindən istehsal olunan süd məmulatları, xüsusən, dondurma ilə təmin edəcək. Bununla yanaşı, Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının ictimaiyyətdə geniş təbliği məqsədi ilə, “Milla” şirkətinin bir sıra məhsuallarının üzərində Bakı 2017 loqosu da yerləşdiriləcək.

“Milla” şirkətinin Bakı 2017 IV İslam Həmrəyliyi oyunlarının dəstəkçisi olmasına münasibət bildirən Bakı 2017 Oyunlarının Əməliyyat Komitəsinin Maliyyə və Kommersiya üzrə direktoru Dave Berri əminliklə söyləyib ki, Bakı 2015 Avropa oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi oyunlarında da, “Milla” şirkəti ilə əməkdaşlıq yüksək səviyyədə həyata keçiriləcək.

Dave Berrin: “ “Milla” daim marketing fəaliyyəti ilə ön sıralarda gedən şirkətlərdən biri kimi tanınıb, şirkət paytaxt Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi məkanlarda, qəlyanaltı köşklərini və qida məhsulları üçün nəzərdə tutulan soyuducuları istehsal etdiyi məhsullarla təmin etməklə, əhalimizə fərqli seçim və dadlı təamlar təqdim etmiş olacaq. Müqaviləyə əsasən, həm idmançılar, həm də izləyicilər şirkətin xidmətindən yararlanacaq”.

Qeyd edək ki, “Milla” şirkəti 2011-ci ildən ölkəmizdə fəaliyyət göstərən “AZ Group Holdinq” ə daxil olan Azərbaycan Qida və Qablaşdırma şirkətinin brendi olaraq alıcılara yüksək keyfiyyətli süd və süd məhsullarını təklif edir.

AZ Group Holdinqin Prezident müşaviri İman Tabassomi əməkdaşlıqdan məmnunluğunu bildirib, oyunların ən yüksək səviyyədə keçməsi üçün lazım olan dəstəyi göstərəcəklərini diqqətə çatdırıb.

İman Tabassomi: “AZ Group Holdinq”in prezidenti Manuçer Ahadpurun adından bildirmək istərdim ki, may ayının 12-22 tarixlərində paytaxt Bakıda gerçəkləşəcək və 4000-ə yaxın idmançını öz ətrafına toplayacaq IV İslam Həmrəyliyi oyunlarının bir parçası olmaq, sevinc və qürurvericidr. İdmançıların qələbələrinə sevinmək, onların yanında olub, daim dəstək olmaq bizi birlikdə güclü və qalib edəcək. O anları birlikdə yaşamaq, tarixi məqamları birgə bölüşmək bizim üçün unudulmaz olacaq. Sülhün, ədalətin, qələbənin, dostluğun rəmzi olan idman qoy hər zaman bizi öz ətrafında birləşdirsin!”

Milla şirkətinin Baş Meneceri Filip Rayt Bakı 2017 Oyunlarına dəstəyin vacibliyini vurğulayaraq bildirib ki, oyunlar zamanı Azərbaycana dünyanın müxtəlif ölkələrindən təşrif buyuracaq qonaqlar və idmançılara rayonlarımızdan gətiriləcək və bir-birindən fərqlənən ləziz süd çeşidlərini təqdim etmək, “Milla” şirkəti üçün qürurverici olacaq. Filip Rayt: “Daim qələbə uğrunda mübarizə aparan idmançıalara bənzəyən şirkətimizin də bir amalı var, öndə getmək, keyfiyyətin yüksəkliyi ilə hər bir alıcını məmnun etmək, nəticədə müştərilərimiz tərəfindən “qızıl medal” a layiq olmaq.

-SON-

Redaktorlara qeydlər:

4-cü İslam Həmrəyliyi Oyunları üçün media akkreditasiyasına müraciət üçün aşağıdakı linkə daxil olun: https://www.baku2017.com/az/p/media-akkreditasiyasi

Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci il may ayının 12-dən 22-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək və İslam dünyasını birləşdirəcək olan maraqlı, multi-idman tədbiridir.

Müsəlman ölkələrindən gələn idmançılar yarışın 15 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri - Suya tullanma, Üzgüçülük, Vaterpolo, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cüdo və Para Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır Atletika) Bakıda yerləşən 16 müasir yarış məkanında təmsil edəcəklər.

Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülmüşdür.

İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaradılıb. Fərmana əsasən, Azərbaycanın birinci Vitse Prezidenti Mehriban xanım Əliyeva dördüncü İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin Sədri təyin edilmişdir. Azərbaycan

İslam Həmrəyliyi Oyunları Əməliyyatlar Komitəsi (AİHOƏK) İHİF ilə əməkdaşlıqda Oyunları təşkil və tətbiq edəcək.

Microplus, məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi təminatçısı kimi müqavilə imzalayaraq, Oyunların Rəsmi Tərəfdaşı oldu. Bu müqavilə çərçivəsində Microplus Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının bütün 20 idman növü üzrə rəsmi nəticələri, vaxtın dəqiqləşdirilməsi, xalların verilməsi üçün avadanlığı təmin edəcəkdir.

iTicket.az, elektron bilet alma xidməti Oyunların Rəsmi Dəstəkçisi olmaq üçün müqavilə imzalamışdır.

BP Bakı 2017 Oyunlarının rəsmi Tərəfdaşı olaraq Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək göstərir.

Azeri Retail MMC-yə məxsus Fresco supermarketlər şəbəkəsi Bakı 2017 Oyunlarının rəsmi dəstəkçisi oldu. Bu müqavilə çərçivəsində, Fresco Oyunların Rəsmi Pərakəndə Satış Operatoru olacaq.
Xəbər 883 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru