Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Roman Qrojan: Bu il Bakıda çətin olacaq
Tarix: 01.03.2017 | Saat: 20:27:00 | E-mail | Çapa göndər
Haas F1 komandasının pilotu Roman Qrojan ilə eksklyuziv müsahibə
Yeni avtomobillərin dizaynını necə qiymətləndirirsiniz?

Onlar həqiqətən də çox əla görünürlər, aqressiv görkəmə malikdir Ən əsası isə budur ki, onlar bizdə əvvəllər olan bolidlərdən çox sürətlidir. Mən enli şinlərə, geniş arxa qanadlara malik bu bolidi görən kimi dərhal öz-özümə düşündüm ki, o mütləq sürətli bolid olmalıdır. Buna görə də, bizi qarşıda maraqlı bir mövsüm gözləyir. Baxarıq, görərik kimlər mövsümlərarası dövrlərdə yaxşı çalışıb. Ümidvaram ki, biz də irəliyə doğru bir addım atmışıq. Hələlik isə ötmənin asan olub-olmayacağı aydın deyil və bu məsələ ilə əlaqədar hər hansı bir məlumat yoxdur.

Ümumiyyətlə, yeni mövsümə hazırlıq necə keçdi?

Məşqlər çox ciddi bir rejimdə keçdi - trenajor zalında çoxlu tapşırıqlar yerinə yetirildi, qaçış hərəkətləri, velosiped yürüşləri və s. icra olundu. Bu, mənim üçün ən mürəkkəb qış mövsümlərindən biri idi.

Mövsüm öncəsi hansı gözləntiləriniz var və hansı məqsədlərə nail olmağı qarşıya məqsəd qoymusunuz?

Hələlik bu barədə danışmaq çətindir. Çünki hələ ki mövsümə start verilməyib. Əsas məsələ, təkmilləşdirmələri davam etdirməkdir.

Bəs ikinci mövsüm birinci ilə müqayisədə daha çətin olmayacaqmı?

Bəli, belə bir fikir var. Lakin fikrimcə bizim üçün daha asan olacaq. Çünki bizim topladığımız müəyyən biliklər var və biz maşınla necə işləyəcəyimizi bilirik. Buna görə də, düşünürəm ki, biz ötən ilə nisbətən daha yaxşı çıxış edəcəyik.

Karyeranızın lap başlanğıcında siz tez-tez qəza keçirirdiniz. Bu, az qala “Formula 1”-dəki çıxışlarınızın dayandırılması ilə nəticələnəcəkdi. Artıq bu çətinliklər arxada qalıb. Onların öhdəsindən necə gələ bildiniz?

Bəli, mən lazım olduğundan artıq aqressiv idim. Bunu yeniyetməliyimə verin. Ancaq sonralar təcrübə topladım, daha sakit və inamlı davranmağa başladım, daha stabil çıxışlar sərgilədim, bir neçə dəfə podiuma çıxdım, maşından maksimum nəticəni götürməyə çalışdım. Hər il “Formula 1” yarışlarında yeni nəsə öyrənirsiniz.

Komandada çoxlu sayda tərəf müqabiliniz vardı. Necə düşünürsünüz, “Formula 1” komandasında sağlam münasibətlərin qurulması üçün ən mühüm olan nədir?

Daimi rəqabət mühitində sağlam münasibətlərin qurulması həmişə çox mürəkkəbdir. Lakin fikrimcə bunun üçün ən vacib amil hörmətdir. Onsuz heç nə alına bilməz.

Bildiyiniz kimi, dünən Kurt Buş (“Haas” komandasında çıxış edir) gərgin mübarizənin olduğu Naskar yarışlarında qalib gəldi. Necə düşünürsünüz, “Haas” komandasının “Formula 1” yarışlarında ilk qələbəsini nə qədər gözləməli olacağıq?

Səmimi desəm, bu suala cavab vermək çox çətindir. “Haas” artıq 10 ildir ki, Naskarda çıxış edir. Ümidvaram ki, burada bizə daha az vaxt tələb olunacaq. Kağız üzərindəki planları əsas götürüb bizdən bu il qələbələr gözləməyə dəyməz. Ancaq, kim bilir, 3-4 il sonra bəlkə də biz artıq qələbələr uğrunda mübarizə aparmağa başlayacağıq.

Bakı haqqında danışaq. Bakıda ən çox nə xoşunuza gəldi?

Ölkəni, şəhəri, xüsusilə də şəhərin qədim hissəsini görmək məni yaxşı mənada heyrətləndirdi. Yolları xüsusilə qeyd etməyə dəyər. Trek, sözün əsl mənasında, mürəkkəb, iti və keçid üçün heç də asan olmayan bir vəziyyətdə idi. Düşünürəm ki, bu il daha sürətli bolidlərlə bizə burada yarışmaq daha çətin olacaq. Əla yerdir!

Baş aşpaz dostunuza onun işlədiyi yerli restoranda baş çəkməyə macal tapdınızmı?

Bəli, hər axşam orada şam yeməyi yeyirdik!
Xəbər 601 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru