Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Rövnəq Abdullayev yenidən AFFA prezidenti secildi
Tarix: 09.03.2012 | Saat: 07:45:00 | E-mail | Çapa göndər
Bu gün AFFA-nın inzibati binasında assosiasiyanın növbəti hesabat-seçki Konfransı keçirilib. İdman.com.az saytının məlumatına görə, Konfransı giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev, hesabat dövrü ərzində futbolun inkişafı məqsədilə AFFA tərəfindən həyata keçirilən tədbirlər barədə qısa məlumat verib.

Sonra baş katibi Elxan Məmmədov danışıb. O, əvvəlcə iştirakçıları UEFA tərəfindən AFFA-nın Konfransına göndərilmiş məktubun mətni ilə tanış edib. Sonra Konfransın səlahiyyətli olub-olmaması barədə məlumat vermək üçün söz Mandat komissiyasının sədri Mahmud Sadıqova verilib. Sadıqov bildirib ki, Konfransda 35 səs hüquqlu nümayəndədən 34 nəfəri iştirak edir, yəni yetərsay var və Konfrans səlahiyyətlidir.

Elxan Məmmədov, Konfransda qəbul ediləcək qərarlar zamanı səslərin hesablanması üçün say komissiyasının üzvlərinin seçilməli olduğunu və komissiya üzvü kimi Şaiq Həmidov, Fərid Novruzi və Rasim Zeynalovun namizədliyinin təklif edildiyini bildirib. Adları qeyd olunan şəxsləri yekdilliklə say komissiyasının üzvü seçiliblər.

Baş katib AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətini əks etdirən videoçarx hazırlandığını bildirib və Konfrans iştirakçılarını videoçarxa baxmağa dəvət edib. AFFA-nın 2011-ci ildə fəaliyyətinin videoxülasəsi nümayiş olunduqdan sonra, Elxan Məmmədov qeyd edib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2011-ci ilin maliyyə hesabatını, həmçinin 2012-ci il üçün büdcə layihəsini təqdim edib.

Müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun da hesabatı dinlənildikdən sonra baş katib bildirib ki, Konfransdan 1 gün əvvəl – martın 8-də 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının üzvü Əminə Heydərova AFFA-ya müraciət edərək Konfransda komanda adından çıxış etmək istədiyini deyib. Ə.Heydərova çıxış edərək ölkəmizdə qadın futbolunun inkişafına, 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasına yaradılan yüksək səviyyəli şəraitə görə AFFA-nın prezidenti Rövnəq Abdullayevə komanda üzləri adından minnətdarlığını bildirib. Çıxış başa çatdıqdan sonra, Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.

Baş katib gündəlikdəki növbəti məsələnin AFFA prezidenti vəzifəsinə seçkilərin keçirilməsi olduğunu deyib. Qeyd edib ki, bu vəzifəyə 1 nəfərin – Rövnəq İbrahim oğlu Abdullayevin namizədliyi irəli sürülüb və Nizamnamənin 33-cü maddəsinin 7-ci bəndinə əsasən, nümayəndələrin mütləq çoxluğu gizli səsvermə tələb etməzsə, qərarlar açıq səsvermə ilə qəbul olunur. Beləliklə, AFFA prezidenti vəzifəsinə seçkilər açıq səsvermə yolu ilə keçirilib və Rövnəq Abdullayev yekdilliklə növbəti 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib.

Sonra İcraiyyə Komitəsinin üzvlərinin seçkisi keçirilib. Baş katib məlumat verib ki, İcraiyyə Komitəsindəki 10 vakant yerə eyni sayda – 10 nəfər namizəd irəli sürülüb. Nizamnaməyə uyğun olaraq, Peşəkar Futbol Liqasından 4, Regional Futbol Federasiyasından 2, Sahə Futbol Federasiyasından 2 və İctimai Futbol Təşkilatlarından 2 nəfər İcraiyyə Komitəsinə üzv seçiləcək. Nizamnamənin müvafiq maddəsinə uyğun olaraq, İcraiyyə Komitəsinə də seçkilər açıq səsvermə yolu ilə keçirilib. Beləliklə, adları aşağıda göstərilmiş şəxslər növbəti 4 il üçün İcraiyyə Komitəsinin üzvü seçiliblər:

Peşəkar Futbol Liqası
1. Rauf Əliyev
2. Hafiz Məmmədov
3. Ələkbər Məmmədov
4. Kazbek Tuayev

Regional Futbol Federasiyaları
1. Cahangir Hacıyev
2. İsgəndər Cavadov

Sahə Futbol Federasiyaları
1. Mahir Məmmədov
2. Mirkamil Rəhimov

İctimai Futbol Təşkilatları
1. Elmar Qasımov
2. Elşad Nəsirov

Sonra komissiya və komitə sədrləri Konfrans tərəfindən təsdiqlənib. Muxtar Babayevin Apellyasiya və Ekspert Komissiyasının, Xaqani Məmmədovun Hakimlər Komitəsinin, Gülağa Cabarovun Hakim-İnspektorlar Komitəsinin, Tofiq Fətullayevin isə İntizam Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirməsi barədə qərar qəbul olunub.

Sonda AFFA prezidenti Rövnəq Abdullayev çıxış edərək, növbəti dəfə bu vəzifədə ona etimad göstərməsinə görə Konfrans iştirakçılarına və ölkə futbol ictimaiyyətinə minnətdarlığını bildirib, Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini deyib.
Konfrans başa çatdıqdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.

Xəbər 1227 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru