Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı fəaliyyətə başlayıb
Tarix: 18.02.2017 | Saat: 12:06:00 | E-mail | Çapa göndər
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə fevralın 18-də “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramının açılış mərasimi keçirilib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən tədbirdə “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin (AİHOƏK) korporativ direktoru Elçin Səfərov, BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və könüllülər iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, proqram üç istiqamətdə həyata keçiriləcək. “Bakı-2017 Könüllülərinin IV İslam Həmrəyliyi Oyunlarına hazırlığı”, “Bakı-2017” Könüllülərinin şəxsi və peşəkar inkişafı” və “Bakı-2017 Könüllülərinin sosial fəaliyyəti” istiqamətində təlimlər təşkil ediləcək. Proqramın əsas məqsədi “Bakı-2017” könüllülərinin gələcək iş həyatında uğur qazanmasına şərait yaratmaq, eyni zamanda, hədəflərinə doğru gedən yolda gənclərə dəstək olmaqdır.

BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramını elan etməkdən məmnunluğunu bildirib. O, Azərbaycanda 25 illiyini qeyd edən bir şirkət kimi ölkənin təkcə neft və qaz sənayesinin inkişafında yox, həm də bir çox digər sahələrində yaxından iştirak etdiklərinə görə qürur duyduğunu söyləyib. “İdmanın inkişafına göstərdiyimiz dəstək çərçivəsində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla ölkənin idman potensialının yüksəlməsinə dəstək vermək və yaşanacaq idman həyəcanını bölüşmək istəyirik. Bu gün açılışını elan etdiyimiz Könüllülərin İnkişaf Proqramı da məhz yüksək potensialı olan gənclərin inkişafına imkan yaradan bir layihədir. Düşünürük ki, biz bu imkanı yaratmaqla ölkənin uğurlu gələciyinin qurulmasında iştirak edirik və bundan çox məmnunuq”, - deyə o əlavə edib.

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov könüllülərin Oyunlara xüsusi bayram ab-havası bəxş edəcəyini qeyd edib: “Bakı-2017” könüllüləri IV İslam Həmrəyliyi Oyunlarının ayrılmaz hissəsidir. Məhz könüllülərin uğurlu gələcəyi, onların parlaq sabahı üçün təşkil olunan təlimlərin çox böyük önəmi və əhəmiyyəti var. Könüllülər bu təlimlərdə yeni təcrübə, bilik qazanmaqla bərabər, Oyunlar zamanı Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək imkanı da qazanacaqlar. O, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının uğurlu keçirilməsində könüllülərin danılmaz rolunu vurğulayıb.

Sonra “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı “Bakı-2017” könüllülərinin şəxsi və peşəkar inkişafı istiqaməti üzrə “Effektiv Kommunikasiya” təliminə başlanılıb. Televiziya və Radio aparıcısı Dj Fateh, həmçinin “Hyundai” markasının marketinq meneceri Rauf Cahangirovun apardığı təlimin əsas istiqaməti könüllülərə ünsiyyət sahəsində həm effektiv məlumatların çatdırılması, həm də bu sahədə adıçəkilən təlimçilər tərəfindən təcrübənin bölüşdürülməsi olub.

Qeyd edək ki, “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı çərçivəsində “Effektiv Kommunikasiya” təlimi üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak imkanı əldə edib. Təlimin sonunda könüllülərə iştiraka dair sertifikat təqdim olunacaq.

Proqram qarşıdakı günlərdə yuxarıda sadalanan digər istiqamətlər üzrə keçiriləcək növbəti tədbirlər və təlimlərlə könüllüləri məlumatlandırmağa davam edəcək.
Xəbər 605 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
29.06.2020 V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix müəyyənləşib
20.12.2019 Azərbaycan Türkiyədə keçiriləcək V İslam Həmrəyliyi Oyunlarının təqdimatında təmsil olunub
28.04.2019 Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin həlledici yürüşü başladı
24.11.2017 “Bakı Şəhər Halqası” Akademiyasında “Gəncsən? Başla!” kitabının təqdimatı olub
10.07.2017 "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək
20.06.2017 “Zəfər günləri” layihəsinin tərəfdaşları mükafatlandırılıb
15.06.2017 İslamiadanın yüksək səviyyədə təşkil olunması Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən irəli gəlir
06.06.2017 IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş sərhədçi idmançılarla görüş keçirilib
05.06.2017 Bəhreyn mətbuatı: Azərbaycan ən böyük idman tədbirlərinə ev sahibliyi etməyə qadirdir
02.06.2017 İranlı idmançı: Bakıda unudulmaz anlar yaşadıq


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru