Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Avropa Oyunlarının qalibi Ayxan Tağızadə: IV İslam Həmrəyliyi Oyunlarının çempionu olmaq istəyirəm
Tarix: 05.02.2017 | Saat: 10:24:00 | E-mail | Çapa göndər
Avropa Oyunlarının çempionu, komandalararası dünya çempionatının qalibi, taekvondo üzrə Azərbaycan yığma komandasının üzvü Ayxan Tağızadə Antalyada keçiriləcək “G-1” kateqoriyalı beşinci klublararası Avropa çempionatı və “G-2” kateqoriyalı “Turkish Open” beynəlxalq turnirində iştirak edəcək.

Bu yarışlar taekvandoçulara reytinq xalları qazandıracaq.

Taekvandoda bəzi qaydalarda dəyişiklik edildiyini, Türkiyədə keçiriləcək yarışın da həmin qaydalar əsasında təşkil olunacağını söyləyən idmançı deyib: “Əvvəllər idmançının jiletinə vurulan zərbə bir xalla qiymətləndirilirdisə, indi hakimlər bu zərbələrə iki xal verirlər. Mən ən çox qarına vurulan zərbələrə üstünlük verdiyimə görə bu qaydalar mənim üçün faydalı olacaq. Yeni qaydalar IV İslam Həmrəyliyi Oyunlarında tətbiq olunacağından bu, bizim Oyunlarda uğur qazanmaq imkanlarımızı daha da artırır”.

Ayxan Tağızadə Rəşad Əhmədovun kişilərdən ibarət yığma komandanın yeni böyük məşqçisi təyin olunmasına da münasibət bildirib: “R.Əhmədov Azərbaycanda döyüş üslubunu bəyəndiyim idmançı olub. Onun kimi təcrübəli idmançının böyük məşqçi təyin olunmasına çox sevindim. O, Olimpiya Oyunlarında iki dəfə iştirak edib. Yeni böyük məşqçimiz öz təcrübələrini milli komandanın üzvləri ilə də bölüşür”.

Dördüncü İslam Həmrəyliyi Oyunlarına hazırlıqlardan bəhs edən A.Tağızadə qeyd edib ki, milli komandamız “Bakı-2017”yə yüksək səviyyədə hazırlaşır. “Yanvar ayından etibarən Azərbaycan Taekvando Federasiyasının təlim-məşq bazasında hazırlığa başlamışıq. Yığmamızın təlim-məşq toplanışı böyük ruh yüksəkliyi ilə keçir. Federasiyanın rəhbərliyi bizə xüsusi diqqət və qayğı göstərir. Məşqlərimi, taktiki və texniki hazırlıqlarımı hər gün davam etdirirəm. “Bakı-2015”də olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycanı layiqincə təmsil edərək çempion olmaq, dövlət himnimizi səsləndirmək, xalqımızı sevindirmək üçün əlimdən gələni edəcəyəm”, - deyə A.Tağızadə bildirib.

Birinci Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətə görə “Şöhrət” ordeni ilə təltif olunan gənc atlet deyib ki, “Bakı-2015”də Prezident İlham Əliyevin və ailə üzvlərinin arenalara gələrək idmançılarımızın çıxışlarını izləmələri, atletlərimizə dəstək olmaları bizi qələbəyə ruhlandırırdı. Yəqin ki, bu ənənə “Bakı-2017”də də davam edəcək. Bu, ölkəmizdə idmanın inkişafına və idmançılara göstərilən diqqət və qayğının yüksək səviyyədə olmasının təzahürüdür. Azərbaycan idmanına göstərdiyi qayğıya görə dövlətimizin başçısına, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Oyunlar başa çatdıqdan sonra qaliblərin və onların məşqçilərinin dövlətin ali mükafatları ilə təltif edilməsi üzərimizə daha böyük məsuliyyət qoyub. Çalışacağıq ki, göstərilən yüksək etimadı bundan sonra da doğruldaq və qarşıdakı yarışlarda bayrağımızı yüksəklərə qaldıraq.

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunları ilə bağlı məlumat verən idmançımız diqqətə çatdırıb ki, taekvandoçuların Tokio Olimpiadasına lisenziya qazanması üçün onların Dünya Taekvando Federasiyasının (DTF) reytinq siyahılarında yüksək yerlərdə mövqe tutması mühüm əhəmiyyət daşıyır. Ayxan hazırda 68 kiloqram çəki dərəcəsində 175,82 reytinq xalı ilə DTF-nin reytinq cədvəlində səkkizinci, dünya reytinq cədvəlində isə 167,67 xalla yeddinci pillədə qərarlaşıb.

“Bu ilin dekabrında Kot-Divuarda taekvando üzrə Qran-pri yarışının final mərhələsi və komandalararası dünya çempionatı, eləcə də Tokio Olimpiadasından bir il əvvəl Qran-pri yarışlarının final mərhələsi təşkil ediləcək. Bu turnirlərdən sonra DTF-nin yeni reytinq cədvəli açıqlanacaq. Həmin cədvəldə ilk altılıqda yer alan idmançılar Tokio Olimpiadasına birbaşa vəsiqə əldə edəcəklər. Odur ki, Olimpiadaya iştirak etmək hüququ qazanmaq üçün həmin beynəlxalq yarışlara indidən reytinq xalları yığmağa çalışacağam”, - deyə komandalararası dünya çempionatının qalibi vurğulayıb.

AZƏRTAC
Xəbər 719 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru