Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Bakı Şəhər Halqası”nın Beynəlxalq avtomobil sərgisindəki stendi böyük maraqla qarşılanıb
Tarix: 23.01.2017 | Saat: 17:47:00 | E-mail | Çapa göndər
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) nümayəndə heyəti Formula-1 Azərbaycan Qran-prisini ilk dəfə Beynəlxalq avtomobil sərgisində dünya ictimaiyyətinə təqdim etmək üçün ötən həftə İngiltərənin Birmingem şəhərində səfərdə olub.

Sayca 27-ci dəfə təşkil edilən sərgi Avropada Formula-1 mövsümündən əvvəl qapalı məkanda keçirilən ən böyük avtomobil sərgisi hesab olunur. Ötən illərdə olduğu kimi, bu il də sərgidə müxtəlif sürət yarışlarında yer alan avtomobillərin nümayişi ilə yanaşı, bütövlükdə avtoidman və avtomobil sektorunda baş verən ən son yeniliklər ictimaiyyətə təqdim edilib.

Formula-1 bolidlərinin nümayiş olunduğu sırada yerləşən BŞH-nin stendi sərgiyə gələn beynəlxalq ictimaiyyətin, o cümlədən azarkeşlər, media nümayəndələri və avtomobil sektoru üzrə mütəxəssislərin böyük marağına səbəb olub. Stendə gələn ziyarətçilər Formula-1-in ən yeni və ən sürətli şəhər treki haqqında ətraflı məlumat əldə edərək Bakı şəhər halqası ilə yaxından tanış olublar.

Stenddə ziyarətçilərə geniş ekranda paytaxt Bakının mərkəzi küçələrində ötən il baş tutmuş ilk Formula-1 yarışının ən maraqlı məqamlarının əks olunduğu videoçarx, Azərbaycanın milli mətbəxindən ən dadlı şirniyyatlar və Bakı haqqında ətraflı məlumat olan broşürlər təqdim edilib. Bununla yanaşı, ziyarətçilər Formula-1 simulyatoru vasitəsilə Bakı şəhər halqasında sürücülük bacarıqlarını sınaqdan keçiriblər. Dörd gün davam edən sərgi zamanı simulyatorda bacarığını nümayiş etdirən Skot Harrison Bakı şəhər halqasını qısa müddətdə (01:37:437) dövrə vuraraq stendin ziyarətçiləri arasında ən sürətli sürücü ünvanına yiyələnib.

Bundan başqa, BŞH-nin stend ziyarətçiləri arasında lotereya keçirilib. Dörd min azarkeşin iştirak etdiyi lotereyada Perri Ovens uduş əldə edib. Uduşa əsasən, Perri Ovensə istədiyi şəxslə birlikdə bu yay Bakıya səyahət etmək və Formula-1 Azərbaycan Qran-prisində iştirak üçün iki bilet təqdim olunub.

Ümumiyyətlə, BŞH nümayəndə heyətinin Birmingem səfəri çox məhsuldar keçib. Belə ki, bir tərəfdən stenddə Bakı şəhər halqası ilk dəfə Beynəlxalq avtomobil sərgisində ictimaiyyətə təqdim olunub. Digər tərəfdən isə stendə gələn jurnalistlər və media tərəfdaşları ilə üz-üzə görüşlər keçirilərək onlara bu yay Bakıda baş tutacaq növbəti yarış haqqında ətraflı məlumat verilib.

“Sky Sports” kanalının xəbər aparıcısı Reyçel Braksa müsahibə verən BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai əməliyyat şirkətinin Beynəlxalq avtomobil sərgisindəki ilk çıxışının nəticələrini yüksək qiymətləndirib: “Beynəlxalq avtomobil sərgisində ilk dəfə iştirak edərək paytaxtımızı və Bakı şəhər halqasını avtomobil həvəskarlarına yüksək səviyyədə təqdim edə bildiyimizə görə olduqca şadam. Sərgi zamanı stendimizi çoxlu sayda insan ziyarət etdi və onlar gözəl paytaxtımız haqqında ətraflı məlumat almaq istədiklərini, hətta bu yay Azərbaycana səfər edərək yarışı yerində canlı izləmək istədiklərini bildirdilər. Çox şadıq ki, ötən il Formula-1 tarixində ən sürətli şəhər treki ünvanına sahib olduq və bizim bu uğurumuz sərgidə ziyarətçilərin maraq göstərdikləri ən əsas məqama çevrildi. Həmçinin stenddə lotereya keçirdik və uduş Perri Ovensə çıxdı. İnanırıq ki, o, bu yay Bakıda yaşayacağı hər andan böyük zövq alacaq”.
Xəbər 643 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.10.2023 Ferstappen Formula 1 üzrə Qətər Qran-Prisinin qalibi olub
17.09.2023 Karlos Sayns Sinqapur Qran-Prisində Ferstappenin rekord qələbə seriyasını qırıb
03.09.2023 Ferstappen Formula 1-də ardıcıl ən çox qalibiyyət rekordu qazanıb
26.08.2023 Ferstappen Formula 1 üzrə Niderland Qran-Prisinin seçmə mərhələsinin qalibi olub
03.08.2023 Formula 1 Macarıstan Qran-Prisi daha beş il yarış təqvimində qalacaq
29.07.2023 Ferstappen Formula 1 Belçika Qran-Prisində sprint yarışının qalibi oldu
24.07.2023 Maks Verstapen Macarıstan Qran-Prisinin qalibi olub
14.07.2023 Fransa Qran-Prisi Mavi sahildə küçə yürüşü ilə yenidən keçirilə bilər
14.07.2023 Madriddə F1 Qran-Prisinin keçirilməsinə dair razılıq əldə olunub
13.07.2023 Ferstappen ilin ən yaxşı pilotu mükafatına layiq görülüb


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru