Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
17/05 | 12:55 Azərbaycanın həndbol millisi Özbəkistanda növbəti qələbəsini qazanıb
17/05 | 09:25 Azərbaycanın voleybol milliləri Qızıl Avropa Liqasında mübarizəyə başlayır
16/05 | 23:16 Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
16/05 | 21:14 Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
16/05 | 20:03 Azərbaycan fudokançıları Avropa çempionatında iştirak edəcək
16/05 | 16:47 Azərbaycan millisi Qızıl Avropa Liqasına hazırlığı başa vurub
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Futbolumuzun tarix yazarı
Tarix: 15.11.2016 | Saat: 15:31:00 | E-mail | Çapa göndər
Azərbaycan idman jurnalistikasının tanınmış nümayəndəsi, idman yazarlarının ağsaqqalı, Əməkdar jurnalist Abas Əzimov idman aləminə əliqələmli gəlməyib. Əlinə qələm alanda artıq idmandakı xidmətləri ilə tanınırdı. Atletika üzrə respublika dərəcəli hakim idi. İdmana gəlişi isə neft texnikumunda oxuyarkən yaşanan bir təsadüfün Abasda aşkara çıxardığı potensialın reallaşdırılması nəticəsində mümkün olmuşdu.

İdman dərsində müəllim tələbələr qarşısına belə şərt qoyur: 5 min metr məsafəni qaçana "5" yazacaq. Məsafəni qət edən 2-3 nəfər arasında ən yaxşı nəticəni Abas göstərdi. Elə o vaxtdan da onda atletikaya maraq, həm də öz imkanlarına inam yarandı. Sanki indiyə kimi özünü büruzə verməyən bacarığı gözləmədiyi bir halda üzə çıxmışdı. Həmin idman dərsində Abas özünü kəşf etdi. Bu da onu "Dinamo" idman cəmiyyətinə məşqçi Əfqan Səfərovun yanına gətirdi. Uzaq məsafələrə qaçışda Bakı birinciliklərində iştirak etdi, mükafata layiq yerlər tutdu. Bir qədər sonra Əfqan müəllim yetirməsində başqa bir istedadın cücərtilərini gördü. Bir gün Abasın özünə də ondan yaxşı hakim olacağını dedi. Abas Əzimov Bakı və respublika yarışlarını idarə etməyə başladı.

Əfqan müəllim yanılmamışdı. Həqiqətən də yetirməsi hansı yarışı idarə edirdisə, təşkilatçılar, iştirakçılar tərəfindən heç bir narazılıq, etiraz olmurdu. Abas Əzimov bacarıqlı, vicdanlı, dürüst hakim kimi, SSRİ atletləri arasında da artıq tanınmağa başlamışdı. 1960-ci illərin əvvəllərində ölkə miqyaslı turnirlərə dəvət edilir, daha məsuliyyətli yarışları idarə etməyi ona etibar edirdilər. 1962-ci ildə respublika dərəcəli,1969-cu ildə Nalçikdə çoxnövçülük üzrə SSRİ birinciliyində hakimliyindən sonra isə Ümumitifaq dərəcəli hakim adına layiq görülüb. 20-dən artıq beynəlxalq turnirdə, Avropa çempionatlarında,1980-cı ildə Moskva Olimpiadasında hakimlik edib. Moskva Olimpiadasındakı hakimliyinə görə xatirə medalına layiq görülüb. Həmin medalı Azərbaycan radiosunun 40 illiyi yubileyi ilə əlaqədar dövlət başçısı ilə radio-televiziya işçilərinin görüşü zamanı ulu öndərə hədiyyə edib.

1961-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alarkən idman jurnalistikası sahəsində ilk fəaliyyətini "Azərbaycan Bədən Tərbiyəçisi" ("İdman") qəzeti, Azərbaycan Radiosunun xəbərlər redaksiyası ilə əməkdaşlıqla başlayıb. 1962-ci ildən isə Azərbaycan Televiziyasında əvvəlcə səhnə quraşdırıcısı, sonralar musiqi redaksiyasında rejissor köməkçisi işləyə-işləyə qələmi də əlindən yerə qoymayıb, idman yarışlarından reportajlar, tanınmış idamançılar haqqında oçerklər dərc etdirib. 1967-ci ildə Azərbaycan Televiziyasında idman redaksiyası açılarkən, Abas Əzimov həmin redaksiyaya redaktor vəzifəsinə qəbul edilib. Bir neçə ildən sonra isə orada fəaliyyətini baş redaktorun müavini kimi davam etdirib. Bu vəzifədə 1997-ci ilə kimi çalışdı. Fəaliyyətinin radio dövründə Abas müəllim həm də futbol statistiki kimi tanınmışdı. Onun məlumat bazası qələm dostları üçün əvəzsiz bir xəzinə idi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası yarananda A.Əzimovun oraya mətbuat xidmətinə işə dəvət olunması da onun belə bir xəzinəyə sahiblik etməsi ilə bağlı idi.

20 ilə yaxındır ki, Abas müəllim Futbol Federasiyaları Assosiasiyasının əməkdaşıdır. Son illər isə orada yarışların təşkili və keçirilməsi şöbəsinin mütəxəssisidir. Abas müəllim bu sahədə də özünü doğrultdu. Təşkilatçılıq bacarığını nümayiş etdirdi. Bakıda keçirilən ilk Avropa Oyunları məşəlinin daşıyıcıları arasında Abas müəllimi də gördük.

2007-ci ildə AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında Azərbaycan futbol tarixi muzeyinin yaradılması barədə qərar qəbul edilərkən, bu işin icrası yekdilliklə Abas müəllimə həvalə edildi. Muzeyin direktoru vəzifəsinə ondan yaxşı namizəd tapılmadı.

O muzey işi ilə elə də yaxından tanışlığı olmasa da, bunun çətinliklərini təsəvvür edirdi. Muzey üçün ayrılmış otaq 100 illik futbol tariximizi əks etdirəcək eksponatların, foto-sənədlərin, albomların, eləcə də digər muzey atributlarının yerləşdirilməsi üçün çox kiçik idi. Amma başqa yer də yox idi, əldə olanla kifayətlənmək lazım gəldi. 50-60 kvadratmet sahəyə malik olan otaqda bir əsirlik tarixi əks etdirən materialları necə yerləşdirmək olardı?! Əlavə stollar, artırma rəflər sifariş edildi. Muzeyə görkəm vermək üçün 2 futbolçu manikeni də tapıldı. Onlara millimizin futbol forması geyindirildi. Abas müəllim arxivindəki şəkilləri böyütdürüb, çərçivəyə saldırdı. Muzeyin sorağı tezliklə bütün ölkəyə yayıldı. Veteran futbolçular, futbol həvəskarları muzeyin zənginləşdirilməsi üçün əllərindən gələn köməyi əsirgəmir, öz arxivlərindən maraqlı sənədləri Abas müəllimə göndərirdilər. Rusiya, Ukrayna, Gürcüstan və başqa bir neçə ölkənin futbol federasiyaları ilə əlaqə saxlanılır, onlarla məlumat, sənəd, fotoşəkil mübadiləsi edilir. İndi muzey nəinki ölkə, eləcə də dünya futbolunun tarixi ilə bağlı maraqlı əyani vasitələrə, fotomateriallara malikdir. Material əslində bundan qat-qat çoxdur, amma onların hamısını nümayiş etdirmək üçün imkanlar gündən-günə məhdudlaşır. Muzeyin tamaşaçılarına gəldikdə isə onların sayı direktoru qane etmir. Orada nümayiş olunanları AFFA-nın qonaqları, işi federasiyaya düşən futbolçular və onların məşqçiləri görə bilirlər. Amma muzey yüzlərlə futbol həvəskarı üçün maraqlı ola bilər. Abas müəllim böyük çətinliklə əldə etdiklərini daha geniş kütlə qarşısına çıxarmaq arzusundadır. Bu fikrini AFFA prezidenti Rövnəq Abdullayev muzeydə olarkən ona da söyləyib. Rövnəq müəllimin cavabı ümidverici olub.

Bu günlər ömrünün 80-ci ilinin tamamında Abas müəllimin ən böyük arzusu muzeyi böyük idman ictimaiyyətinin diqqətinə təqdim etmək, xalqımlzın milli-mədəni, tarixi dəyərlər xəzinəsinin incisinə cevirməkdir. Qələm tutan əli də yorulmayıb. Son illər Azərbaycan futblolunun tarixinə həsr olunmuş 5 kitabı çapdan çıxıb.

Gələn ayın 19-da idmanımızın, idman jurnalistikamızın ağsaqqalı, futbol tariximizin qocaman tədqiqatçısı Abbas Əzimov ömrünün 8-ci onilliyini tamam edir. Amma ömrünün bu çağında da işgüzarlığını, axtarış ehtirasını, başladığı işi uğurla tamamlamağın sevincini qəlbinin bütün dərinliyi ilə duymaq bacarığını saxlayır. Abas müəllimi biz həmişə belə tanımışıq, həmişə də belə görmək arzusundayıq.

Əli FƏRƏCOV


Xəbər 904 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru