Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bədən Tərbiyəsi və İdman Akademiyası yeni ixtisas artırma proqramlarını təqdim etdi
Tarix: 17.10.2016 | Saat: 15:33:00 | E-mail | Çapa göndər
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası idman təhsili sahəsində yeniliklərə imza ataraq, İdman sahəsində çalışan mütəxəssislər və bu aləmə addım atmaq istəyənlər üçün peşəkar təlim və inkişaf proqramlarına start verdi.

Yeni ixtisas proqramlarının təqdimatına həsr olunmuş tədbirdə idman federasiyalarının rəsmiləri, idman ictimaiyyətinin tanınmış nümayəndələri, xarici idman mütəxəssisləri və akademiyanın müəllim və professor heyəti iştirak edib.

Məlumat üçün bildirək ki, İxtisasartırma Proqramları dünyanın aparıcı universitetlərinin təcrübəsindən yararlanaraq, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təsis edilmişdir. İxtisasartırma Proqramları sürətlə dəyişən və inkişaf edən idman sahəsində çalışan mütəxəssislərə, eləcə də bu aləmə qoşulmaq istəyən hər kəsə peşəkar təlim proqramlarını təklif edir. İxtisasartırma Proqramlarının missiyası yerli və xarici idman mütəxəsislərinin iştirakı ilə elmi və praktiki təlim proqramlarını təşkil etməklə idman aləmində çalışan peşəkarları və bu sahəyə yenicə qoşulan gənc mütəxəssisləri səmərəli fəaliyyətə ruhlandırmaq və onlara yüksək səviyyəli tədris verməkdir.

Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru Fuad Hacıyev son 9 ayda tədris müəssisəsində gedən yenidənqurma və təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində aparılan işlərindən söhbət açıb. Rektor qeyd edib ki, təmir və yenidənqurma işləri ümumi sahəsi 7500 kv.m.-dən artıq olan sahədə aparılmışdır. Bura elektron kitabxana və muzey, yeni kitab fondu, tələbə mərkəzi, kafedralar, inzibati otaqlar, müasir kafe və tibb məntəqəsi, tədris auditoriyaları, təlim mərkəzi və s. daxildirlər. Akademiyanın binasında bütün kommunikasiyalar (istilik, havalandırma və soyutma sistemləri, internet xətləri, elektrik, su və kanalizasiya sistemləri) yenidən qurulmuş, Akademiya müvafiq mebel və avadanlıqlarla təmin edilmişdir. Müəllim və tələbə heyəti üçün elektron buraxılış və nəzarət sistemi yaradılmışdır, təhlükəsizliyin təmin edilməsi məqsədilə elektron tələbə bileti istifadəyə verilir. Akademiyada həmçinin abadlıq və landşaft işləri də yekunlaşmaq üzrədir.

Fuad Hacıyev: “ Akademiyada tədrisin keyfiyyətinin qaldırılması və tələbələrin biliyinin qiymətləndirilməsi prosesində şəffaflığın təmin edilməsi məqsədilə bir sıra müvafiq işlər görülmüş, o cümlədən idman təhsili sahəsində beynəlxalq təcrübə öyrənilmiş, inkişaf etmiş ölkələrinin bir sıra universitetləri ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurulmuş, tədris prosesində beynəlxalq SCORM standartını dəstəkləyən “Online University” sistemi adaptasiya edilmişdir. Qeyd etmək lazımdır ki, bu sistem əyani dərslər və imtahanlardan başqa, həmçinin distant təhsil funksiyasına malikdir, tələbələr üçün dünyanın aparıcı universitetlərin kitabxana və elektron bazalarından istifadəni mümkün edir.”

Tədbirdə ADBTİA-nın Strateji İnkişaf Qrupunun rəhbəri, İxtisasartırma Proqramlarının meneceri, beynəlxalq idman mühitində tanınmış və İxtisasartırma Proqramlarında təlimçi olaraq fəaliyyət göstərəcək Amanda Brüyer (Amanda Brewer) və Dən Meyson (Dan Mason) çıxış etmişdirlər. Çıxışlar zamanı “İdman menecmenti”, “İdman marketinqi və sponsorluğu”, “İdmanda düzgün qidalanma”, “İdman jurnalistikası”, “İdman psixologiyası”, “İdmanda ingilis dili” və digər qısamüddətli təlim proqramları, eyni zamanda “Beynəlxalq Fitnes Təlimatçısı”, “Tətbiqi kineziologiya” və “İdman travması profilaktikası və reabilitasiyası” üzrə beynəlxalq sertifikat proqramları təqdim olunmuşdur.
Eyni zamanda, Strateji İnkişaf Qrupunun Rəhbəri, Müşavir Şəms Mustafayeva ADBTİA-nın Strateji İnkişaf Hədəfləri , ADBTİA Proqram Meneceri Tükəzban Cəfərova İxtisasartırma Proqramlarının Təqdimatı haqqında məlumat veriblər.


Xəbər 2707 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru