Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
İvan Dıçko: Çox güclü boksçudur, amma rinqdə belə hadisələr olur
Tarix: 14.08.2016 | Saat: 06:46:00 | E-mail | Çapa göndər
İkiqat dünya çempionu Məhəmmədrəsul Məcidovun bu olimpiadada yarışı medalsız tərk edəcəyini təsəvvür etmək olmurdu. Ötən olimpiadada hakim ədalətsizliyi ilə üz-üzə olub bürünc medalla kifayətlənən boksçumuz bu dəfə bir az fərqli vəziyyətdə, yenə eyni qərarla üz-üzə oldu. Qazaxıstanlı İvan Dıçko ilə 1/4 finala çıxmaq uğrunda mübarizənin ikinci raundunda o, zədə aldı. Qaydalara görə, həmin ana qədər üstün olan idmançı xal hesabı ilə qalib elan olunmalı idi. Hakimlər üstünlüyü Dıçkoya verdilər. Məhəmmədrəsulun əldə etdiyi iki dünya çempionu tituluna yolu məhz Dıçko ilə rəqabətdən keçmişdi. Almatıda keçirilən 2013-cü ilin dünya çempionatında o bu rəqibi finalda parlaq qələbə ilə məğlub etmişdi. İvan Dıçko ilə söhbətimizin də ilk sualı bu rəqabətlə bağlı oldu:

- Təbrik edirik. Siz buna qədər iki dəfə Məhəmmədrəsulla məğlub olmusunuz. O növbəti dəfə sizi məyus etməyi düşünürdü. Bu döyüşdə siz daha çox müdafiə olunurdunuz. Həm buna görə, həm də görüşlərinizin tarixçəsinə baxsaq, demək olarmı ki, bəxtiniz gətirdi.

- Mən belə düşünmürəm ki, bəxtim gətirdi. Mən də qalib qalib gəlməyi planlaşdırmışdım. Bütün hərəkətlərimi, taktiki gedişlərimi hesablamışdım və qələbə üçün lazım olan texnikanı seçmişdim. Mən bu görüşə xüsusi ovqatla çıxmışdım. Axı, bilirdim ki, o, heç də zəif boksçu deyil, çox güclüdür. Amma rinqdə belə hadisələr də olur.

- Necə düşünürsünüz, siz bu döyüşdə fiziki cəhətdən daha güclü idiniz, yoxsa Məhəmmədrəsul Məcidovun da qalib gəlmək şansı var idi.

- Məhəmmədrəsula zəif döyüşçü demək olmaz. O, çox səviyyəli boksçudur və hazırlığı da məncə kifayət qədər idi. Mən hər rəqibim üçün xüsusi taktika və texnika seçirəm. İlk növbədə, onların zəif cəhətlərindən faydalanmağa çalışıram. Elə bu görüşdə də buna cəhd edirdim. Lakin bənzər fors-major vəziyyətləri olmayan idman növü tanımıram.

- Məhəmmədrəsul döyüşdən əvvəl bizə müsahibəsində sizin çox güclü boksçu olduğunuzu və bu mərhələdə sizinlə rinqdə üz-üzə olub qalib gəlmək istəmədiyini söyləmişdi. O, sizinlə yalnız finalda görüşmək və qalib gəlmək istəyirdi.

- Mən də eyni fikirdəyəm. Məhəmmədrəsul Məcidovla iki dəfə üz-üzə gəlmişik. Lakin biz dünya reytinqində ən yuxarı qatlarda olan rəqiblərik və finalda qarşılaşmağımız daha ədalətli olardı. Buna qədər də belə olub: biz yalnız yarımfinalda və finalda qarşılaşmışıq.

- O bir də onu demişdik ki, sizinlə rinqdə rəqib, rinqdən kənarda isə səmimi dostdur.

- Bizim həqiqətən də sıx və səmimi münasibətlərimiz var. Amma rinq rinqdir. Bu dəfə mən qalib gəldim.

- Sizə uğurlar arzu edirik. Çalışın elə edin ki, bundan sonrakı mərhələlərdə dostunuz yalnız sizin qələbələrinizə sevinsin və bununla təsəlli tapsın.

- Çox sağ olun. Var qüvvəmlə çalışacağam.

Qabil MEHDİYEV
Rio de Janeyro


Xəbər 870 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru