Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Elmar Qasımov: Məndən çox uğurlarıma məhz valideynlərim inanıb
Tarix: 12.08.2016 | Saat: 02:04:00 | E-mail | Çapa göndər
Rio de Janeyroda XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının ikinci medalını da cüdoçu qazandı. Bu Oyunlarda əsas medal ümidlərimizdən biri olan Elmar Qasımov 2009-cu ildə Yerevanda keçirilən gənclərin Avropa çempionatının qalibi olaraq, Ermənistanda, qalib kimi, bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməsi ilə məşhurlaşmışdı. Final görüşündən sonra isti-isti onun bu qarşılaşma, ümumiyyətlə, olimpiada barədə fikirlərini öyrəndik:

- Elmar, səni təbrik edirik. Ölkəmizə, cüdo komandamıza ikinci medalı qazandırdığın üçün sənə təşəkkür edirik.

- Çox sağ olun. Göstərdiyiniz dəstəyə, diqqətə görə, sona qədər mənə inandığınız üçün hamınıza, hər kəsə təşəkkür edirəm.

- Final qədər çox parlaq qələbələr qazandın?

- Açığı, Rioya bir az yorğun gəlmişdik. Lakin bizim bura erkən gəlməyimiz, iki həftə ərzində lazım olan vaxt, iqlim uyğunlaşması keçməyimiz lap yerinə düşdü. Hazırlığımda bu amillərin hədsiz rolu oldu. Gördüyünüz kimi, yarışa tam hazır vəziyyətdə çıxmışdım. Birinci görüşdən də aydın hiss etmək olardı ki, fiziki, funksioanl və taktiki hazırlığım qaydasındadır. Yarımfinala qədər titullu rəqiblərimdən və qələbəyə əsas namizədlərdən biri ilə görüşsəm belə, həmin ana qədər hər şey əla gedirdi. Ukraynalı rəqibim Artyom Bloşenko ilə görüşdə var gücümü ortaya qoydum. Çünki bilirdim ki, iki-üç dəqiqə ərzində, nə bacarırsa, ortaya qoymalıdır, yoxsa məğlub olacaq. Mən buna hazır idim. Lakin çox qüvvə sərf etdim. Bütün əzələ qruplarımı fəal çalışdırdım. Sonra isə finala qədər çox az vaxt qaldı. Tam bərpaya vaxt az idi.

- Bununla belə finalda da parlaq çıxış etdin. Amma bu rəqibə qalib gəlmisən. Özü də 2009-cu ildə gənclərin qitə çempionatında o məşhur qələbəni də onun üzərində qazanmısan. Yerevanda qalib gəlib bayrağımızı qaldırıb himnimizi səsləndirdiyin o gözə anlarda qalib gəldiyin bu rəqib səncə nə qədər dəyişib?


- Dəyişən yaşdır. Əlbəttə, o ustalığını xeyli artırıb, təcrübəsi çoxdur. Bununla belə onunla şəxsi görüşlərimi yaxşı xatırlayıram və üstünlüyüm də var. Sadəcə, bu görüşdə o, fiziki parametrlər, göstəricilər üzrə üstünlüyündən və buna görə də müvafiq olaraq dözümlüyündən istifadə edə bildi.

- Qələbələrdən söz düşmüşkən, Yerevandakı xatirələrdən çıxmayan qələbəndən sonra bəlkə də ən parlaq yarışın budur.

- Əhəmiyyət baxımından bəlkə də ola bilər. Lakin son illərdə mötəbər yarışlarda kifayət qədər fəal olmuşam. Bura da ən güclülərdən biri kimi gəlmişəm. Əlbəttə, olimpiya oyunlarının öz yeri, öz mövqeyi, öz çəkisi var. 4 ildən bir keçirilən yarışda medal qazanmaq bir ömürlük hadisədir.

- Bu anlarda ölkəmizdə sənin valideynlərini də təbrik edən az deyil. Elə ölkəmizdə də hamı bu medalla bir-birini təbrik edir və sevinir.

- Hamıya, bütün Azərbaycana təşəkkür edirəm. Əlbəttə, idmandakı nailiyyətlərimdə valideynlərimin əvəzsiz xidməti, rolu olub. Məni idmana atam gətirib, anam həmişə mənə dəstək olub. Onlara sonsuz minnətdaram. Atamın dəstəyi, mənə sonsuz inamı olmasaydı, bəlkə də bu həddə, bu səviyyəyə qədər gəlib çıxmazdım. Məni idmana gətirsə də, yeddi il böyük uğuru gözləmişəm. Məndən çox uğurlarıma məhz valideynlərim inanıb.

- Sabah axırıncı cüdoçumuz tatami üzərinə çıxacaq. Səncə, ilk dəfə cüdoda üç idmançımızın medalına sevinə bilərikmi?

- Uşanginin güclü rəqibləri çoxdur. Hətta birinin cəmi bir, ya iki məğlubiyyəti var. Demək olar ki, məğlubedilməzdir. Başqaları da var. Amma onun medal şansı var və ona inanırıq.

- Elmar, finala rəqiblərə ipponla qalib gəldin, həlledici qarşılaşmada isə bu qələbə fəndi ilə uduzdun. Belə finalı gözləyirdinmi, başqa sözlə, finalda kiminlə daha çox görüşmək istəyirdin?

- Rioya gələndə, finalda yaponiyalı ilə görüşə biləcəyimi təxmin edirdim. Açığı, bütün qəzəbimi ona kökləyə bilərdim. Onunla bir görüşümün xatirəsi qalıb. Elə komanda yoldaşlarım da tez-tez onunla finalda görüşüb əvəz çıxmağımla bağlı zarafatlaşırdılar da.

- Rusiyalı Tahir Xaybulayev deyib ki, sən güclü idmançısan, son vaxtlar xeyli inkişaf etmisən, lakin sənə məğlubiyyətinin səbəbi onu təqib edən zədələridir.

- Ona hardasa haqq verirəm – həqiqətən son illərdə çox əziyyət çəkir. Amma bu idmandır, burada qalibi yalnız mübarizə meydanı elan edir. London olimpiadasında bəlkə də düzgün strateji hazırlıq planımız qurulsaydı, onunla finalda görüşə bilərdim. Yarışa dünya reytinqinin bir nömrəsinə qalib gəlməklə başladım. Lakin təlim-məşqdən birbaşa Londona gəlib yarışa qoşulduğum üçün yorğunluq özünü tez büruzə verdi. Ən zəif rəqiblərimə uduzdum. O vaxt finalda onunla güləşmək istərdim. Amma, etiraf edim ki, burada ilk görüşdə onunla – dünya və Avropa çempionu, olimpiya oyunlarının qalibi ilə üz-üzə gəlib ona qalib gəlməyim, mənə böyük təkan oldu.

Qabil MEHDİYEV
Rio de Janeyro



Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 901 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru