Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Həm güc, həm də intellektual idman növlərində nəyə qadir olduğunumuzu nümayiş etdirmək niyyətindəyik”
Tarix: 20.02.2012 | Saat: 14:27:00 | E-mail | Çapa göndər
“Bakı şəhərinin 2013-cü il dünya çempionatına namizədliyini irəli-sürüb sürməyəcəyi bu il keçiriləcək iddiaçılar turnirinin nəticəsindən asılı olacaq”. İdman.com.az saytının məlumatına görə, bunu lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib. O bildirib ki, oktyabrın 23-dən noyabrın 13-dək keçiriləcək iddiaçılar turniri Azərbaycan tərəfinin sponsorluğu ilə Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunacaq. M.Məmmədovun sözünə görə, Bakı şəhəri də iddiaçılar sırasında olub. Lakin təkcə ermənistanlı qrossmeyster Levon Aronyan deyil, həm də norveçli Maqnus Karlsenin ölkəmizə gəlməkdən imtinası bu variantın baş tutmasını əngəlləyib. Nəticədə AŞF rəhbərliyi Beynəlxalq Şahmat Federasiyası (FİDE) ilə London variantına razılaşıb.

M.Məmmədov belə qərar qəbul etmələrini 4 səbəblə əlaqələndirib: “Əsas məqsədimiz öz şahmatçımızın iddiaçılar turnirində iştirakını təmin etmək idi ki, buna da nail olduq. Londonda keçiriləcək turnirdə ölkəmizi son zamanlar göstərdiyi sabit oyun və FİDE reytinqindəki üstün mövqeyi ilə əlaqədar, çox güman ki, Teymur Rəcəbov təmsil edəcək. İkincisi, Levon Aronyan və Maqnus Karlsen ölkəmizdə oynamaq istəmədiklərini bildirdilər. Aronyanla bağlı vəziyyət məlumdur. Karlsen isə tez-tez FİDE xəttinə zidd çıxır. Biz də ali şahmat qurumu ilə münaqişənin olmaması naminə Bakının namizədliyini geri götürdük. Üçüncüsü, 2012-ci il Yay Olimpiya Oyunları da Londonda təşkil olunacaq. Olimpiadadan cəmi 2 ay sonra isə iddiaçılar turniri baş tutacaq. Azərbaycan həm güc, həm də intellektual idman növlərində nəyə qadir olduğunu belə böyük şəhərdə nümayiş etdirmək niyyətindədir. Nəhayət, 2012-ci il ölkəmizdə İdman İli elan olunub. Bununla əlaqədar təkcə daxildə deyil, xaricdə də reklam kampaniyası aparacağıq. Azərbaycan tərəfinin sponsorluğu ilə iddiaçılar turnirinin keçirilməsi gözəl təbliğat olardı”.

AŞF rəsmisi FİDE ilə müqavilənin martın ortalarınadək bağlanılacağına ümid etdiyini vurğulayıb. Anlaşmaya əsasən, ölkəmiz ali şahmat qurumunun hesabına müəyyən məbləğdə pul köçürəcək, yarışda öz şahmatçımız da mübarizə aparacaq. Əvəzində FİDE iddiaçılar turnirinin titul sponsoru qismində Azərbaycan və ya Azərbaycanın hər hansı qurumunun olmasını təmin edəcək. Turnirdə ümumilikdə 8 iddiaçı yarışacaq. Qalib şahmatçı bu ilin mayında Rusiyanın paytaxtındakı “Tretyakov qalereyası”nda israilli Boris Gelfand və hindistanlı Vişvanatan Anand arasında keçiriləcək dünya çempionluğu uğrunda qarşılaşmanın qalibi ilə 2013-cü ildə üz-üzə gələcək.

M.Məmmədov bildirib ki, iddiaçılar turnirinin qalibi Azərbaycan şahmatçısı olarsa, dünya şahmat tacı uğrunda görüşün ölkəmizdə təşkili üçün namizədliklərini verəcəklər. Əks halda, namizədlik məsələsinə AŞF-nin iclasında baxılacaq.
Qeyd edək ki, FİDE prezidenti Kirsan İllümjinov 2013-cü il dünya çempionatına Azərbaycanın namizədliyini vermək istədiyini açıqlayıb.

Xəbər 1103 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru