Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Kədər və sevinc göz yaşları ilə əbədiyyət zirvəsinə
Tarix: 11.07.2016 | Saat: 21:46:00 | E-mail | Çapa göndər
Ronaldulu-Ronaldusuz Portuqaliya ən parlaq ulduzlarının yetişə bilmədiyi yüksəkliyə necə və niyə ucaldı

BATI YAR

Budəfəki finalın özü yeni formatlı Avropa futbol çempionatının məntiqi əsl simasını açıb göstərdi və məziyyətləri-çatışmazlıqları ilə onun zirvəsi, yekun nəticəsi isə yarışın yeniləşən tarixinin həqiqət tablosu oldu. Təbii ki, formatın yararlı olub-olmadığı, hətta bu günə qədər mübahisə doğurmayan pley-off formatının müzakirələrindən tutmuş ta final qarşılaşması və onun nəticəsinə qədər hər şey bir xeyli, dillərdən düşmədən, dildən dilə, ordan da dişə düşəcək.

Gəlin, bu turnirə cümlə məntiqi ilə səyahət edək.

Cəmi 50-dən bir az artıq ölkəsi olan bir qitə üçün üzvlərinin az qala yarısının final mərhələsinə vəsiqə alması, məncə, Avropa çempionatı kimi gərgin, kəskin və maraqlı yarış qayəsinin sirr-sehrini, onun romantizmini, əlçatmazlığını əlindən aldı. Axı, məhz bu format hələ seçmə mərhələdəki sürprizlərə yol açsışdı. Bu yetmədi və ənənə final mərhələsində də davam etdi. Nəticədə, başqa halda yarımfinalda görə bilməyəcəimiz Uelslə İslandiya haqqında dastanların təməli qoyuldu. Kimin üçünsə yaxşıdır – kimin üçünsə pis. Başqa sözlə, futbolu zəif olanlar üçün böyük fürsət, böyük ümid, böyük örnəkdir. Futbolu böyük olanlar üçün, əsla, baş qoşulası, tər töküləsi yarış formatı deyil.

Bəli, bu gün futbol bundan böyük maliyyə gəliri götürdü – bəs sabah necə olacaq? Axı, futbolun əsas qazancı məhz həmin nəhəng futbol ölkələrinin hesabına təmin olunur. Bu münasibət isə tənəzzülün təməli olmayacaq ki! Axı, hər artan, möhkəmlənən maliyyə dayağı uğurun mənbəyi deyil.

Bu çempionat tarixə bir-birini təqib edən erkən finallar dueli kimi də düşəcək. Əksərən, belə hal təşviq olunur. Təsəvvür edin: dünya çempionatından bu yana bir oyun göstərməyən Almaniya İtaliya ilə rəqabətdə oyandı, İtaliya özü sonuncu qitə çempionuna əsl futbol savadı nümayiş etdirüb qürurlandı. Bəs Fransa? – Ev sahibləri idilər. Almaniya ilə oyunda post-Zidan erasının ən sanballı səviyyəsini nümayiş etdirib, muşketyorlar kimi, cürətləndilər. Deməli, güclülər çempionatıdır.

Amma bu ilğım idi. Hətta futbola o qədər də maraq göstərməyən bir tanışımın «Almaniya nə üçün Fransaya qarşı oynamaq istəmədi» deyərək, verdiyi ritorik sualını da bir kənara qoyuram. Zamana görə, bu sualı təxmin etmək olar. Bəzən aşkar yeri olan qəlbiqaralığı bir kənara qoysaq, ta 1/8 finaldan başlayan erkən finalların hamısının nəticəsini həqqın təntənəsi adlandırmaq olar. Yeni nəsil problemi ilə yerində sayan və dəyişmək istəməyən ispan futbolu elə həmin mərhələdə büdrəmək üçün çoxdan yetişmişdi; İtalyan futbolu çempionu erkən yola salmaqla çoxdanın aclığını yarıtox təsəlliyə çevirdi; Almaniya futbolu iştahı açılan italyanlara uduzmamaq üçün yetərli at gücünə malik maşın sahibi olduğunu göstərib, yarımfinaldan o yana getməməklə, futbolun əbədi «22 futbolçu və 11 alman qalib» mənəvi çarəsizlik absurduna bu dəfə imkan vermədilər. Çünki bu «maşın» daha o maşın deyil, təmirə deyil, tam yeniləşməyə ehtiyacı var. Hətta deyərdim ki, almanlar vüsətli ev sahiblərinə əvvəl udduğu italyan futbolunun əbədi qanununa görə uduzdular: «ya həqiqi güclü, ya da Almaniya» tezisinə xilaf çıxmadılar. Deməli, bu ardıcıllığa final da tabe olmalı idi – oldu da.

Almaniya komandasından, deyək ki, zaman və məkan anlayışı ilə üstün olan Fransa millisi tarixinin ən məzmunsuz-məntiqsiz quruluşlu oyunu ilə həlledici qarşılaşmaya çıxıb uduzdu. «Ariadna klassizmi» ilə başladığı turnirə münasibət süzgəcindən keçirsək, firənglər «Sizif romantizmi» ilə qazandığı «alman qələbəsi»ndən sonra məhz bu oyuna yanaşmada «Axill sentimentalizmi» ilə haqq etdiyi məğlubiyyəti, «Avgi realizmi» qanunauyğunluğu ilə bir az gec, amma alın təri ilə aldı. Matçın əsas vaxtının son dəqiqəsi, əlavə vaxtın da son dəqiqəsindəki zərbələr bu hökmün qanunauyğunluğunu, aliliyini təsdiq etdi.

«Bəs nə üçün Portuqalyia?» sualına cavab axtarmadan da hər kəs «belə avroçempionat başqa nə cür yekunlaşmalı idi ki?!» nəzərəçarpdırıcı yarısual-yarınidalı tərzlə özünə təskinlik verə bilər.

Həmin oyunun az qala hər anı, hər epizodu rəmzi pərdəyə bürünmüşdü. Hələ idarə etməyə kifayət qədər güclü hakimlər olsa da, ədalət təminatçısı da əsl çempionat tərzinə uyğun seçilmişdi. Hakimlik elə yarış qədər natamam güzəştli, lakin özünə görə dürüst və ədalətli oldu. Onun nominal deyil, həqiqi ev sahiblərinə meyillənməsi də yekun ədaləti poza bilməzdi.

Adı ilə soyadının təzadı əsl Fransa rəmzi olan Dimitri Payenin «ideal pərdələnmiş» (bu ifadəyə Avropa jurnalistikası qərar verib) zərbəsindən ta sona qədər rəmzlərdən çox danışa bilərik.

Soruşmaq olar: nə üçün bu zərbəyə «ideal pərdələnmiş»? Diqqət etsəniz, hələ oyundan əvvəl sosial şəbəkələrdə portuqal cəbhəsindən Ronaldunun «Axill dabanı» barədə hiss olunmadan sezildirilən notlar var idi və Payeyə qədər belə cəhdlər - zərbələr məqamına tuş gəlmirdi. Əlbəttə, məqsəd Ronaldunu sıradan çıxarmaq deyil, hürkütmək idi. Ronaldu ilk iki tibbi müaiynə üçün meydandan çıxanda da Fransa millsinin alqışa layiq jestini («gözləyirik, qayıt, amma şuluqluq etmə») nəzərə almamaq olmaz. Ümumbəllidir ki, Portuqaliya bu məqama heç də oyunu ilə deyil, fövqəlliderinin xofu ilə gəlib çıxmışdı. Bu tilsimi yalnız belə qırmaq olardı.

Bəli, tarixinin ən nəhəng heyətləri ilə - Eysebiulu 60-cı illərin, Fiqulu 90-cı illərin komandaları ilə Portuqaliya layiq olub yüksələ bilmədyiyi zirvəyə yetişdi. Amma nə badə bu heyətləri bir-biri ilə müqayisə edib, böyük uğur qazanmadıqları üçün əvvəlkiləri ululuqdan çıxarmaq olar. Ən azı, onların üz-üzə gəldikləri rəqiblərlə indikilər müqayisə oluna bilməz. Mehmanxana sayğacı ilə qiymətləndirsək, Portuqaliya birulduzlu, lakin bu çempionatdakı 11 ən parlaq ulduzdan da işıqlı, güclü bərq vuran sitarəsinin erkəclik etdiyi heyətlə tarix yazdı, tarixə yazıldı. Bu da ədalətdir.

Bəlkə də daha çox hamam dəstlərinin təbliğatı ilə söyülən, sonra qazandığı titullarla, adlarla böyüyən, bu gün isə mesenatlığı ilə öyülən Ronaldu, gah oyunu, gah da ad-sanı ilə rəqib düşərgələrinə saldığı təşvişlə komandasını, heç-heçədən heç-heçəyə, nəhayət, bir parlaq qələbə ilə bu məqama - həlledici döyüşə yetişdirdi. 25-ci dəqiqədə onun dözməyib tərk etdiyi meydan isə boş qalmadı. Komanda dəyişdi həm onun əvəzinə, həm də öz yerinə oynadı. Onsuz da bir tamam-kamal oyun, tərz dəst-xətt sahibi olmayan rəqib də artıq mənəvi cəhətdən sönmüşdü, özünü onun yoxluğunda günahkar, həm də meydanda nəzər salıb rəqabət apara biləcəyi bir rəqib tapa bilmədiyi üçün əzildi, bəlkə də ənənəvi fransız muşkeytor romantizmi şərəfi ilə qalib gəlməyə utandı. Qapıdan keçməyən o son anların topları da bu mənəvi natamamlıq kompleksinin bariz nümunəsi idi.

Ronaldolu-Ronaldusuz Portuqaliyanın ədalət, zəfər qolunu millisinin bu turniri üçün heyətinə təsadüfən düşən, lakin cavanlıq şövqünün verdiyi həvəs, istəklə, əlbəttə, həm də cüssəsi-cisminin təpəri, nəhayət, mənəvi-fiziki yorulmaqda olan rəqibdən sıyrılan uzun ayağının sürəti və qəfil zərbəsinin hədəfi ən zəif damarından nişan alan dəqiqliyi ilə Eder vurdu.

Bu, Avropa çempionatları tarixində 9-cu qolunu vuraraq, əfsanəvi fransalı Mişel Platininin rekordunu bölüşən Ronaldunun fərdi ad-san uğrunda bu gün yeganə rəqibi sayılan, bir neçə gün əvvəl isə qitəsinin 100-illik titulunu əldən verən argentinalı Lionel Messidən yuxarı qaldıran ana çevrildi. Hərçənd, ədalət prinsipi ilə Messinin də bir milli uğurunu - «Pekin-2008» olimpiadasının çempionluğunu unutmayaq.

Avropa çempionatının ən vacib və onun yekununa uğurlu zəfər məntiqi nöqtəsini qoyan məqam isə Ronaldunun, ikinci hissədən başlayaraq, kameraların «maraq dairəsi»nə elə oyunun özü qədər tuş gələn ehtiyat oyunçu skamyasından bir dastanlıq hiss-həyəcan, ehtiras dolu davranışı oldu. Texniki zonada baş verənlər portuqal qələbəsinin əsl səbəbini açıqlayır – bu, səmimiyyətin təntənəsi, əbədiyyətin təkrarolunmaz zirvəsidir.

Əlbəttə, bu formatlı çempionat, onun özü ilə sel kimi gətirdiyi dəyişikliklər hələ müzakirələrə, söz-söhbətə, təhlillərə çox məruz qalacaq. Lakin bu mübahisələrdə-müzakirələrdə hərənin öz həqiqəti, hər həqiqətin də öz obyektivlik, öz ədalət payı olacaq. Hərçənd 80-ci illərin məlum yarış formatını görənlər əvvəldən onun qiymətini vermişdilər. Hələ bu harasıdır, indi də tarix oxuyanlar diqqət etsinlər: müsibət qarşıdadır: Bakının da ev sahiblərindən biri olacağı gələn yarışın özü də, sözü də, söhbəti də bu çempionatı kölgədə qoyub, ona şükürlər oxutduracaq. Həmin andan futbol məruz qaldığı (yaxud da qoyulduğu) tarixi həqitələr dərsi ilə həqiqətən üz-üzə olacaq.

Bəli, bu çempionatda oyundan, oyun elementlərindən söhbət aça bilmədik. Çünki «alman maşını»nın manevr etmək qabiliyyəti, italyanların katenaççonu irəli aparmaq bacarığı, fransızların vüsətli oyunu, xorvatların biratımlıq ballistik atəşi, belçikalıların əbədi nagüman ümidləri, avstriyalıların zamanla ortaya çıxan yalançı «vundertim»ləri və s. BÖYÜK FUTBOL ÜÇÜN yenilik deyil. Bizsə bu dəfə böyük futboldan yazırıq. O ki qaldı İslandiya-Uels möcüzələrinə, bax, bu hələ hələ ayaq açmaq, boy atmaq istəyənlər üçün əlifba dərsliyidir. Onu ayrıca və yalnız Azərbaycan futbolu həqiqətləri süzgəcindən keçirməliyik.



Futbol. «Avro-2016». Final
Portuqaliya – Fransa 1:0-ə.v. (0:0, 0:0, 0:0)
10 iyul. Paris. Sen-Deni. "Stad de Frans"
Hakimlər: Mark Klattenburq - Simon Bek, Ceyk Kollin - Entoni Teylor, Andre Marriner (İngiltərə) - Viktor Kassai (Macarıstan).
Qol: Eder, 109
Sarı vərəqə: Sedrik, 34, Joau Mariu, 62, Gerreyru, 95, Karvalyu, 98, Joze Fonte, 119, Ruy Patrisiu, 120+3//Yumtiti, 80, Matyuidi, 97, Kosyelnı, 107, Poqba, 115.
Portuqaliya: Ruy Patrisiu, Pepe, Joze Fonte, Rafael Gerreyru, Joau Mariu, Villiam Karvalyu, Sedrik, Renatu Sançeş (Eder, 79), Adryen Silva (Joau Moutinyu, 66), Nani, Kriştianu Ronaldu (kap.; Rikardu Kuareşma, 25). Baş məşqçi: Fernandu Santuş.
Fransa: Uqo Lyoris (kap.), Bakari Sanya, Patris Evra, Loran Kosyelnı, Samuel Yumtiti, Blez Matyuidi, Musa Sissoko (Antoni Martial, 110), Pol Poqba, Dimitri Paye (Kinqsli Koman, 58), Olivye Jiru (Andre-Pyer Jinyak, 78), Antuan Qrizmann. Baş məşqçi: Didye Deşam.
Bombardir: 6 - Antuan Qrizmann (Fransa).


Xəbər 790 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru