Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Fərid Hüseynov: İstərdik ki, “ShamkirChess 2016”-da Azərbaycan şahmatçısı qələbə qazansın
Tarix: 30.05.2016 | Saat: 09:58:00 | E-mail | Çapa göndər
Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə şahmat üzrə superturnir keçirilir.

“ShamkirChess2016” turnirinin direktoru Fərid Hüseynov jurnalistlərin suallarına cavab verib.

- Şəmkir növbəti dəfə Vüqar Həşimovun xatirə turnirini keçirir. İlk olaraq yarış haqda fikirlərinizi bilmək istərdik.

- Ardıcıl üçüncü ildir ki, Şəmkirdə Azərbaycanın istedadlı şahmatçısı, mərhum Vüqar Həşimovun xatirə turniri keçirilir. Hər il olduğu kimi, bu dəfə də “ShamkirChess 2016”-da çox güclü heyət mübarizə aparacaq. Synergy Group olaraq yarışın yüksək səviyyədə təşkili, iştirakçıların turnirdən razı qalması üçün bütün lazımi tədbirlər həyata keçirilib. “ShamkirChess 2016” adi turnir deyil. Bu, həm də gözəl ənənədir.

- Builki iştirakçılar haqda nə düşünürsünüz?

- “ShamkirChess 2016”-da çox güclü şahmatçılar iştirak edir. Dünya çempionluğuna iddialı Sergey Karyakin, istənilən yarışın favoriti göstərilən Fabiano Karuana, Hollandiya təmsilçisi Aniş Giri və digərləri Şəmkirdə maraqlı partiyalar nümayiş etdirəcək. Yeganə xanım iştirakçımız, dünya çempionu Xou Yifanın iştirakçılar sırasında olması yarışa əlavə rəng qatacaq. Fikrimcə, son tura qədər şahmatsevərləri maraqlı mübarizə gözləyir.

- İlk dəfə olaraq “ShamkirChess”-də Azərbaycan 4 şahmatçıyla təmsil olunur. Bu nə ilə əlaqədardı?

- Bildiyiniz kimi, 2016-cı il Azərbaycan şahmatı üçün əlamətdar ildir. Sentyabrda Bakıda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək. Olimpiya çempionluğu uğrunda 170-dən çox ölkə yarışacaq. “ShamkirChess2016” həm də yığmamızın əsas üzvləri üçün hazırlıq olacaq. Milli komandamızın liderləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, ölkə çempionu Eltac Səfərli və Rauf Məmmədova böyük ümid bəsləyirik. Biz Azərbaycan şahmatçılarının uğur qazanmasını istəyirik.

- İlk iki turnirdə dünya çempionu Maqnus Karlsen qələbə qazanıb. Bu dəfə onun olmaması “ShamkirChess2016”-dakı mübarizəyə təsir edəcəkmi?

- Maqnus Karlsen dünyanın ən güclü şahmatçılarından biridir. Təşkilat Komitəsi bu il də onun iştirakına çalışırdı. Təəssüf olsun ki, norveçli şahmatçı təqviminin sıx olduğuna görə Şəmkirə gələ bilmədi. Maqnus təəssüflə qeyd etdi ki, bu dəfə “ShamkirChess”də iştirak edə bilməyəcək. Biz də onun iştirakını çox istəyirdik.

- Yarışda sizin favoritinizi bilmək istərdik?

- Reytinq favorit Fabiano Karuanadır. Maqnusun yoxluğunda Fabiano liderliyə yüksələ bilər. Amma unutmayaq ki, reytinq hər zaman özünü doğrultmur. Sergey Karyakin kimi güclü şahmatçının Şəmkirdə olmasını unutmaq olmaz. İddiaçılar turnirinin qalibidir və indi dünya çempionu Maqnus Karlsenlə çempionluq görüşünə hazırlaşır. Pavel Elyanov, Pentala Harikrişnanı da siyahıdan silmək olmaz. Ən əsası, biz Azərbaycan şahmatçılarından əzmkar mübarizə gözləyirik. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli və Rauf Məmmədovdan gözləntimiz böyükdür.

- Azərbaycan şahmatçılarından hansı nəticəni gözləyirsiniz?

- Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov hər zaman bizləri qələbələrlə sevindirib. Biz hər il yerli şahmatçılarımıza azarkeşlik edirik. İstərdik ki, “ShamkirChess 2016”-da Azərbaycan şahmatçısı qələbə qazansın. Məmmədyarovla Rəcəbovun sona qədər liderlər sırasında olacağını düşünürəm. Rauf Məmmədovla Eltac Səfərlidən də yaxşı oyun gözləyirik. Eltac Azərbaycan çempionatının son qalibidir. Son turnirlərdə çox yaxşı təsir bağışlayıb. Onlar üçün “ShamkirChess 2016” bir çağırışdır. Hər biri bu turnirdə qalib olmağı bacaracaq gücdədir.

- Yəqin razılaşarsınız ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan turnir Şəmkiri şahmat şəhərləri sırasına daxil etdi...

- Bizim üçün də Vüqar Həşimov kimi böyük şahmatçının adını yaşatmaq böyük fəxrdir. Hər il bu yarışı daha da yüksək səviyyədə keçirməyə çalışırıq. Hazırda hədəf cari turniri yüksək səviyyədə təşkil etməkdir. Əvvəlki illərdə qonaqlarımız “ShamkirChess”i məşhur Veyk-An-Zee və ya Linares turniriylə müqayisə edib. FİDE prezidenti Kirsan İlyumjinov Şəmkir turnirini dünyanın ən yaxşı və güclü yarışlarından biri adlandırıb. Bu sözlər Təşkilat Komitəsinin gördüyü işə yüksək qiymət verir. Turnirin sponsoru, əsası 2010-cu ildə qoyulmuş “Synergy Group”, özünün Korporativ Sosial Məsuliyyət siyasətinin tərkib hissəsi olaraq ölkədə təhsil və idmanın inkişafına və eyni zamanda, dünyada tanınmasına investisiya yatırır. Bundan sonra da ölkədə idmanın xüsusilə şahmatın inkişafına dəstək olmağa çalışacağıq. Bizim üçün də Vüqar Həşimov kimi böyük şahmatçının adını yaşatmaq böyük fəxrdir. Hər il bu yarışı daha da yüksək səviyyədə keçirməyə çalışırıq. Hazırda hədəf cari turniri yüksək səviyyədə təşkil etməkdir.
Xəbər 629 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
04.05.2024 Azərbaycan şahmatçısı Sloveniyada qızıl medal qazanıb
30.04.2024 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında xüsusi mükafata layiq görülüb
29.04.2024 Azərbaycan şahmatçısı Avropa çempionu olub
29.04.2024 Azərbaycan şahmatçısı Almaniya çempionu olub
25.04.2024 Kişi şahmatçılar arasında Azərbaycan çempionu bəlli olub
15.02.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə 2-ci yeri tutub
27.01.2024 Azərbaycanın şahmat məşqçisi beynəlxalq mükafat alıb
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
01.01.2024 Azərbaycan şahmatçısı beynəlxalq turnirdə ikinci olub
14.12.2023 Azərbaycanın iki şahmatçısı Avropa çempionatında iştirak edir


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru