Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Qarabağ atlarının məharəti Britaniya mediasının diqqət mərkəzində
Tarix: 18.05.2016 | Saat: 21:48:00 | E-mail | Çapa göndər
Xəbər verildiyi kimi, mayın 11-15-də London yaxınlığındakı Vindzor qəsrinin ərazisində Kraliça II Elizabetin 90 illik yubileyinə həsr olunan Kral Vindzor at şousunda Azərbaycanı “Qarabağ” cinsindən olan 15 atdan ibarət çaparlar komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi təmsil edib. Tədbir günlərində Azərbaycanın mədəniyyət pavilyonu da fəaliyyət göstərib. Ölkəmizin Kral Vindzor at şousunda uğurla təmsil olunması Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi nəticəsində həyata keçirilib.

Azərbaycan nümayəndə heyətinin Vidzor atçılıq tədbirində yüksək səviyyədə təmsil olunması, süvarilərimizin müxtəlif ekstremal hərəkətlərdən istifadə edərək nümayiş etdirdiyi möhtəşəm şou, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışı Britaniyanın nüfuzlu “The Times”, “Horse & Hound” və “Equestrian Life” kimi böyük oxucu auditoriyası olan nəşrlərinin diqqət mərkəzində olub. Həmçinin ITV, BBC kanallarının səhər verilişlərində və BBC News proqramlarında reportajlar yayımlanıb.

“The Times” qəzetinin 13 may tarixli nömrəsində dərc olunan məqalədə 1956-cı ildə Kraliçaya hədiyyə olunan Qarabağ atı barədə məlumat verilir. Atlar tədbir üçün ən uzaq məsafədən Azərbaycandan Rusiya, Latviya və Polşa da daxil olmaqla, quru yolla on ölkədən keçərək 4660 mil (7500 km) yol qət ediblər. Bu da iki ay vaxt tələb edib. Vindzora gətirilən atların məhz Azərbaycanın milli cinsləri olduğu vurğulanır.

“Equestrian Life” nəşrinin 11 may tarixli sayında dərc olunmuş “Azərbaycanın Qarabağ atları” başlıqlı məqalədə dağlıq ərazilərdə dözümlü, yumşaq temperamentli və gözəl şabalıdı rəngdə olduqlarına görə qiymətli olan Qarabağ atlarının Azərbaycanın milli cins heyvanları olduğu vurğulanır. Bu atlar türkmən cinsi olan Axaltəki, İran və ərəb atlarının qarışığıdır və Orta Asiya ilə əlaqəsi var. Qarabağ regionu uzun müddət öz atlarının şöhrəti ilə tanınırdı.

Məqalədə Qarabağ atlarının tarixi keçmişinə ekskurs edilir, bu cinsin öz hazırkı xüsusiyyətlərini XVIII-XIX əsrlərdə formalaşdırdığı vurğulanır. O zaman Qarabağ xanı İbrahim-Xəlilin (1763-1806) ilxılarında 3 min– 4 min at var idi. XIX əsrdən sonra bu at cinsinin şöhrəti Avropaya gedib çıxdı. 1823-cü ildə böyük satış yarmarkalarının birində İngiltərə şirkəti Qarabağ xanlığının son hökmdarı olan Mehdiqulu xandan 60 Qarabağ atı aldı. Mehdiqulu xandan sonra atların qayğısına onun qızı Xurşidbanu Natəvan qalırdı. Bir sıra uğurlardan sonra onun atları XIX əsrdə müxtəlif sərgilərdə ən yüksək mükafatlara layiq görülmüşdü.

Təəssüf ki, elə XIX əsrdə də Qarabağ atlarının sayında azalmalar başladı. 1826-cı ildə Rusiya-İran müharibəsi zamanı çoxlu sayda Qarabağ atı həlak oldu. Lakin bu cinsi qoruyub saxlamaq mümkün oldu.

“Equestrian Life” nəşri daha sonra yazır ki, 1993-cü ildə hazırda erməni işğalı altında olan Ağdam şəhərindəki atçılıq fermasından yüzlərlə Qarabağ atı xilas edilməsəydi çox güman ki, bu milli sərvət tarixə qərq olunacaqdı. 2007-ci ildə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi bu cinsin qorunması və təbliğatı üçün 15 illik plan hazırlayıb.

İxtisaslaşdırılmış “Horse & Hound” nəşrinin 15 may buraxılışında isə Kral Vindzor at şousunda çıxış edən azərbaycanlı çaparların akrobatik şousundan və Qarabağ atlarının mükəmməl bacarıq nümayiş etdirməsindən bəhs edilir.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter sözügedən nəşrə verdiyi müsahibədə deyib: “Biz Ülyahəzrət Kraliçanın qarşısında çıxış etmək imkanı əldə etdiyimizə görə qürur duyuruq. Bu tədbir hər iki xalqın atlara olan sevgisini göstərir və əzəmətli Qarabağ cinsindən olan atları Britaniya ictimaiyyətinə göstərmək üçün gözəl bir imkandır”.

L.Zetter qeyd edib ki, bu, onların Kraliça qarşısında ilk çıxışı deyildi. 2012-ci ildə onlar büllur yubiley tədbirində iştirak etmək üçün Vindzora gəlmişdilər.

Məqalədə Qarabağ atlarının çoxunun hazırda çövkən oyunu üçün istifadə olunduğu qeyd edilir. Bildirilir ki, bu, polonun qədim forması və Azərbaycanın milli idman növüdür. Bu oyunun tarixi qədim zamanlara gedib çıxır və türk süvari bölmələrinin məşq proqramlarında istifadə edilirdi.

Britaniyanın nüfuzlu televiziya kanalı ITV-nin “Good Morning London” verilişində Qarabağ atları, eyni zamanda, süvarilərimiz və rəqs ansamblının üzvləri ilə canlı yayım təşkil edilib. BBC kanalının səhər proqramında və BBC News-da eyni mövzuda reportaj yayımlanaraq efirə verilib.
Xəbər 1539 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
08.04.2024 Azərbaycan idmançısı atçılıq üzrə beynəlxalq yarışın qalibi olub
06.04.2024 Azərbaycan idmançısı Moskvada üç qızıl medal qazanıb
24.12.2023 Çövkən üzrə Prezident Kubokunun qalibi müəyyənləşib
22.12.2023 Çövkən üzrə Prezident Kubokunda finalçılar müəyyənləşib
19.12.2023 Çövkən üzrə Prezident Kubokunda növbəti oyunlar keçirilib
17.12.2023 Çövkən üzrə Prezident Kubokunda ikinci günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunda ilk günün qalibləri müəyyənləşib
15.12.2023 Çövkən üzrə Prezident Kubokunun açılış mərasimi olub
09.12.2023 Azərbaycan idmançısı Rusiyada keçirilən atçılıq yarışlarında 2 medal qazanıb
09.11.2023 Azərbaycan millisi Bakıda keçirilən çövkən üzrə dünya çempionatının qalibi olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru