Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bədii gimnastlarla batutçular milli yarışlarda
Tarix: 11.05.2016 | Saat: 15:09:00 | E-mail | Çapa göndər
12-14 may tarixlərində bədii gimnastika və batut gimnastikası həvəskarları Milli Gimnastika Arenasına (MGA) toplaşacaqlar. Yarışın ilk günü Bakı Gimnastika Məktəbinin 20 gimnastı Batut və Tamblinq üzrə Azərbaycan Çempionatı və Bakı Birinciliyi çərçivəsində akrobatika cığırı üzərində öz çıxışlarını nümayiş etdirəcəklər. Artıq 14-cü dəfə baş tutacaq tamblinq üzrə yarışlarda qaliblər dörd yaş kateqoriyasında müəyyənləşəcək (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər, gənclər – 2000-2002; yeniyetmələr – 2003-2006; balacalar – 2007 və daha kiçiklər).

13-14 may tarixlərində isə çempionat və birinciliyə batutçular və bədii gimnastlar qatılacaq. Ölkədə ikinci dəfə təşkil olunacaq batut gimnastikası üzrə yarışlarda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” Klubunu təmsil edən 28 gimnast (18 kişi və 10 qadın) iştirak edəcək. Kişi batutçular dörd (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; uşaqlar - 2006-2007-ci il təvəllüdlü; kiçiklər - 2008-2010), qadın gimnastlar isə 3 yaş kateqoriyasında (böyüklər – 1999-cu il təvəllüdlülər və daha böyüklər; yeniyetmələr – 2003-2006; kiçiklər – 2008-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Gimnastikanın ən zərif növünə gəldikdə isə, Bədii Gimnastika üzrə 23-cü Azərbaycan Çempionatında Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “Ocaq Sport” Klubu, “Spartak”, “Sərhədçi”, o cümlədən Gəncə və Kürdəmiri təmsil edən 21 gimnast, həm böyüklər (2000-ci il təvəllüdlülər və daha böyüklər), həm də yeniyetmələr proqramı ilə çıxış edəcək. Böyük gimnastlar çoxnövçülükdə (halqa, top, gürzlər, lent), yeniyetmələr isə həmçinin ayrı-ayrı növlər üzrə finallarda (ip, halqa, top, gürzlər) medallar uğrunda öz güclərini sınayacaqlar. Hazırki yarış ölkə çempionatı reqlamentində qeyd olunan yaş kateqoriyalarında iştirakçı sayının artması ilə fərqlənir. Bu da bədii gimnastikaya olan marağın və yüksək inkişaf səviyyəsinin göstəricisidir.

Yarış ərzində tamaşaçıları Bakı 2015 İlk Avropa Oyunları çərçivəsində batut gimnastikası üzrə yarışların bürünc medalçısı İlya Qrişunin, Avropa Çempionatının ikili mini batut üzərində bürünc mükafatçısı Dmitriy Fedorovskiy, Avropa Oyunlarının bədii gimnastika üzrə yarışlarının gümüş medalçısı, qarşıdakı Rio-2016 Olimpiya Oyunlarının iştirakçısı Marina Durundanın həyacanlı çıxışları, o cümlədən qrup hərəkətləri komandalarının nümunəvi çıxışları, müsabiqələr və ruhlandırıcı fleş-moblar gözləyir.

Sonda baş tutacaq ənənəvi Qala–konsertdə gimnastlar xalçanı idman, incəsənət və rəqs dünyasının harmoniyasını özündə əks etdirən çıxışlarla bəzəyəcəklər.

Tamblinq üzrə birgə yarış (12 may) MGA-nın köməkçi zalında təşkil ediləcək və giriş sərbəst olacaqdır.

MGA-nın əsas arenasında baş tutacaq bədii gimnastika və batut üzrə birgə yarışlara (13-14 may) biletləri MGA-nın kassasından, həmçinin “Bazarstore” supermarketlərindən (Xətai, “28 mall”) əldə etmək olar.
Xəbər 674 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru