Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Olimpiya hərəkatı” proqramının final mərhələsinin açılışı olub
Tarix: 26.04.2016 | Saat: 09:15:00 | E-mail | Çapa göndər
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin birgə tərəfdaşlığı ilə keçirilən “Olimpiya hərəkatı” məktəblilərin kütləvi idman proqramı çərçivəsində təşkil edilən yarışların final mərhələsinin aprelin 25-də Bakı İdman Sarayında açılış mərasimi keçirilib.

Əvvəlcə proqram haqqında məlumat verilib.

Bildirilib ki, ilk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan bu proqramın icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının orta ümumtəhsil məktəblərində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqramın icrasını müvafiq idman növləri üzrə fəaliyyət göstərən milli idman federasiyaları da dəstəkləyir. Məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına töhfə verən proqram Azərbaycanda idmanın inkişafına mühüm təsir göstərir.

“Olimpiya hərəkatı” ötən il “Bakı-2015” birinci Avropa Oyunlarının sosial idman irsi elan edilmiş “Fəal ailəm, sağlam aləm” proqramının davamı olaraq Olimpiya dəyərlərinin təşviqinə töhfə verir. Proqrama Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird həmin idman növləri üzrə yarışlara cəlb olunub.

Diqqətə çatdırılıb ki, proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq, şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton yarışlarına cəlb etməkdir. Eyni zamanda, sağlam və fəal həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. İdmanın dörd növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakının rayonları üzrə birinciliklərlə davam edib və nəticədə 600-ə yaxın məktəbli yarışların final mərhələsinə vəsiqə qazanıb.

Sonra flaşmob təşkil edilib.

Olimpiya Oyunlarının qaydalarına uyğun olaraq, təşkil edilən yarışların möhtəşəm açılış mərasimində paytaxt rayonlarının məktəb komandalarının paradı olub. Proqram çərçivəsində çıxışlarından bəhs edən “Olimpiya hərəkatı-Azərbaycan” videoçarxı və “Olimpiya hərəkatı”nın rəsmi loqosu nümayiş etdirilib.

Mərasimdə müvafiq idman federasiyalarının nümayəndələri ilə yanaşı, “Olimpiya hərəkatı” beynəlxalq idman proqramının ulduz idmançıları – basketbolçu Amil Həmzəyev, atlet Nazim Babayev, ilk Avropa Oyunlarının mükafatçıları, könüllülər və digərləri iştirak ediblər.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, təhsil nazirinin müavini Firudin Qurbanov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinç Gözəl çıxış edərək sağlam həyat tərzinin məktəblilər arasından təbliğ olunması və idmanın kütləviliyinin artırılması baxımından proqramın əhəmiyyətindən danışıblar. Onlar idmanın bu növlərinin birinci Avropa Oyunlarından sonra ölkəmizdə daha da məşhurlaşdığını diqqətə çatdırıblar. Azərbaycanda 2015-ci ildən icra olunmağa başlanan “Olimpiya hərəkatı” proqramının məktəblilərin idmana cəlb edilməsi baxımından əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan söz açılıb.

Sonra yarışlar açıq elan edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Hakimlər kollegiyası üzvlərinin təqdimatından sonra birinci Avropa Oyunlarının iştirakçıları və “Olimpiya hərəkatı”nın proqramının ulduz idmançıları adından Avropa çempionu, atlet Nazim Babayev çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Musiqili-bədii və şou proqramından sonra final yarışlarına start verilib.

Final mərhələsinə 70-yə yaxın respublika dərəcəli hakim, 300-dən çox məşqçi və müəllim cəlb olunub. “Olimpiya hərəkatı” proqramının final mərhələsinin yarışları aprelin 25-də və 28-də Bakı İdman Sarayında keçiriləcək. Məktəblər arasında keçirilən yarışın finalına vəsiqə qazanan komandalar çempionluq uğrunda yarışacaq.

Yarışların bağlanış mərasimi aprelin 28-də təşkil ediləcək və proqram möhtəşəm idman festivalı ilə başa çatacaq.
Xəbər 563 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.10.2023 Türkiyəli futbolçu “Golden Boy” mükafatına namizədlərin yekun siyahısına düşüb
11.10.2023 Milli Olimpiya Komitəsi yeni tərəfdaşlıq müqaviləsi imzalayacaq
10.10.2023 Qolf üzrə Azərbaycan Zəfər Turnirinə yekun vurulub
03.07.2023 Tamblinq üzrə Azərbaycan yığmasının üzvü Dünya Kubokunun qalibi olub
03.07.2023 III Avropa Oyunları başa çatıb
14.03.2023 Bakı şəhərində "İdman zonası” istifadəyə verilib
14.03.2023 Böyük Şor gölü sahilində quraşdırılan qaçış zolağının açılışı olub
14.03.2023 Titullu pauerliftinqçimiz Zaur Cəfərov növbəti uğura imza atıb
27.02.2023 Yaponiyalı peşəkar idmançılar xizəksevərlərə ustad dərs keçiblər
19.01.2023 Sumo güləşçilərimiz Macarıstandan 13 medalla qayıdırlar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru