Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Qəbələ” Sumqayıtdan 1 xalla dönür
Tarix: 09.04.2016 | Saat: 12:56:00 | E-mail | Çapa göndər
“Sumqayıt” – “Qəbələ” – 1:1
09 aprel 2016. Saat 14:00. Kapital Bank Arena, 1300 tamaşaçı
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Elman Musayev, Vüqar Bayramov
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Amit Quluzadə, 9 (qeyri-idman hərəkəti) // Aleksey Qay, 33 (qeyri-idman hərəkəti); Voislav Stankoviç, 62 (qeyri-idman hərəkəti)
Qollar: Aleksey Qay, 65 // Pərdis Fərcad-Azad, 85 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Bu gün Topaz Premyer Liqasında XXIX turun növbəti oyunları keçirilir. “Qəbələ” səfərdə “Sumqayıt”la qarşılaşıb. “Qırmızı-qaralar” indiyədək keçirdiyi bütün oyunlarda qapısına qol vurduğu rəqiblə görüşə 3 xal iddiası ilə çıxıb. Komandamız matça ötən turun “İnter”lə qarşılaşması ilə müqayisədə start heyətində iki dəyişikliklə başlayıb. Cəzası başa çatan Ermin Zets və Ürfan Abbasov ilk “11-liy”ə qayıdıb. Baş məşqçi Roman Qriqorçuk Rikardinyo və Asif Məmmədova start heyətində yer verməyib. Görüş qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” cüzi üstünlüyə yiyələnib. Rəqib qapısı önündə ilk təhlükə də matçın əvvəllərinə təsadüf edib. Lakin komanda yoldaşından ötürmə alan Samir Zərgərov 11 metrlik nöqtənin yaxınlığından qapını dəqiq nişan ala bilməyib. Hücumlarını davam etdirən “qırmızı-qaralar” növbəti təhlükəni də boşa verib. Belə ki, sol cinahla təşkil olunan hücum zamanı Ermin Zets qapı önündə nəzarətsiz qalan Alesey Qayı tapsa da, ukraynalı oyundankənar vəziyyətə düşüb. Meydan sahiblərinin hücumlarının o qədər də kəsərli olmadığı ilk yarıda komandamız hesabı açmaq üçün daha bir neçə imkan əldə edib. 26-cı dəqiqədə sağ cinahdan Rəşad Sadiqovun hava ötürməsini Sergey Zenyov başla qapasa da çərçivəyə düşməyib. Az sonra eyni cinahdan Zərgərovun qapıya paralel ötürməsini tamamlamağa yaxın olan Zetslə Zenyovdan heç biri topa dəqiq zərbə vura bilməyib. “Sumqayıt”ın yaddaqalan nadir həmlələrindən biri Slavik Alxasovun qapı önünə ötürməsi ilə diqqət çəkib. Lakin Dmitri Bezotosnı çətinliklə olsa da topa yiyələnib.
“Qırmızı-qaralar” ikinci yarıya əvəzetmə ilə başlayıb. Qriqorçuk hücum xəttini gücləndirmək üçün Asif Məmmədovu meydana buraxıb. O, Zərgərovu əvəzləyib. Fasilədən sonra daha fəal olan komandamız hissənin əvvəlində qapı istiqamətində ardıcıl zərbələr endirib. Zets iki, Zenyov bir dəfə çərçivəni nişan alsa da, hesabı aça bilməyiblər. Bu fəallığın nəticəsi 66-cı dəqiqədə vurulan qolda əksini tapıb. Arif Daşdəmirovun ötürməsindən sonra cərimə meydanında iki müdafiəçidən yayınan Qay hesabı açıb. Mövsümdə 7-ci qolunu vuran yarımmüdafiəçi klubumuzun heyətində ümumilikdə 14-cü dəfə fərqlənib. Qoldan sonra da topa nəzarət edən “Qəbələ” ardıcıl hücumlar təşkil etsə də, fərqi artıra bilməyib. 80-ci dəqiqədə Zetsin yaxın məsafədən zərbəsi də dəqiq olmayıb. Matçın sonlarında meydan sahibləri fəallaşaraq üstünlüyə yiyələnib. Qriqorçuk oyunda dönüş yaratmaq üçün Aleksey Antonovu da meydana buraxıb. Lakin “Sumqayıt” bərabərlik qolunu vura bilib. Daşdəmirovun cərimə meydanında Pərdis Fərcad-Azada toxunuşu hakim tərəfindən penalti ilə dəyərləndirilib. Sonuncu bu şansdan istifadə edib – 1:1. Hesabda tarazlıq yarandıqdan sonra qarşılıqlı hücumlar təşkil edən komandalardan heç biri real qol vəziyyəti yarada bilməyib.
Beləliklə, ötən tur “İnter”lə qolsuz sülhə imza atan “Qəbələ” ardıcıl ikinci heç-heçəsini Sumqayıtda eyni komanda ilə matçda rəsmiləşdirib – 1:1.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
3. Vurğun Hüseynov (k)
7. Pərdis Fərcad-Azad
8. Nicat Muxtarov
(97. Xəyal Nəcəfov, 71)
13. Murad Ağayev
14. Bəxtiyar Həsənalızadə
24. Amit Quluzadə
55. Ağabala Ramazanov
70. Vaqif Cavadov
(29. Amil Yunanov, 80)
99. Rasim Ramaldanov

Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
5. Cəmil Hacıyev
6. Mikayıl Rəhimov
27. İsmayıl Babayev

Baş məşqçi: Samir Abasov

“Qəbələ”
22. Dmitri Bezotosni
3. Voislav Stankoviç
4. Elvin Camalov
6. Rəşad Sadiqov (k)
7. Ermin Zets
9. Sergey Zenyov
(69. Aleksey Antonov, 83)
19. Aleksey Qay
21. Arif Daşdəmirov
34. Urfan Abbasov
44. Rafael Santos
66. Samir Zərgərov
(11. Asif Məmmədov, 46)

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
5. Pavel Paşayev
15. Vitali Vernidub
32. Rəşad Eyubov
77. Ehtiram Şahverdiyev

Baş məşqçi: Roman Qriqorçuk
Xəbər 716 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru