Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
10/05 | 21:17 Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb
10/05 | 17:45 Azərbaycan cüdoçusu "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb
10/05 | 10:19 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10/05 | 09:25 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
10/05 | 09:17 Azərbaycan Premyer Liqasında XXXIV tura start veriləcək
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Sülh elçisi – Olimpiya Oyunları
Tarix: 18.03.2016 | Saat: 16:10:00 | E-mail | Çapa göndər
İdman müxtəlif dünyagörüşünə, fərqli mədəniyyətlərə və dinlərə məxsus insanları bir araya gətirmək üçün sülhü təşviq etməkdə ən böyük vasitədir. Özündə bir sıra dəyərləri birləşdirən idman beynəlxalq aləmdə böyük təsirə malik həmrəylik vaitəsidir.

Planetimizin ən böyük idman yarışları olan Olimpiya Oyunlarının təsir gücü isə heç bir digər tədbirlərlə müqayisə oluna bilməz. Olimpiya oyunlarının əhəmiyyəti təkcə idmançıların yarışlarda göstərdikləri nəticələri deyil, əsl insan mənəviyyatı, müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya Oyunları xalqları bir araya toplayaraq, onlar arasında anlaşma və danışıq mübadiləsini təmin edərək sülhün bərqərar olmasına öz töhvəsini verir.

Qədim dövrlərdən müasir dövrümüzə qədər idman sülh və təhlükəsizliyin qorunmasında əvəssiz xidmətlərə malik olmuşdur. Öz başlanğıcını qədim Yunanıstandan götürən Olimpiya hərəkatı eramızdan əvvəl IV əsrdə öz fəaliyyətini dayandırsa da, XIX əsrdən sonra yenidən bərpa edildi. E.ə. IX əsrdə meydana gələn və oyunlardan 7 gün əvvəl və onun bitməsindən 7 gün sonra olan müddəti də əhatə edən “Olimpiya sülhü” ərzində atletlərin, onların qohumlarının və tamaşaçıların təhlükəsizliyini təmin etmək üçün bütün müharibələr dayandırılır, ordu nümayəndələrinin Olimpiya Oyunlarını təhdid etməsinə imkan verilmir və ölüm hökmü qadağan olunurdu. Qeyd edim ki, dünyada ilk dəfə uzunmüddətli sülh məhz Olimpiya oyunları sayəsində qorunub. Bu ənənənin bir sıra məqsədləri vardı:

- Olimpiya ideallarının tanıtımı üçün gəncləri səfərbər etmək;

- Münaqişələri sakitləşdirmək üçün idmandan istifadə etmək;

- Müharibə vəziyyətində olan ölkələrə humanitar dəstək olmaq;

- Danışıqlar aparmaq və barışıq əldə etmək üçün zaman qazanmaq.

Beynəlxalq Olimpiya Komitəsinin Nizamnaməsində qeyd olunduğu kimi, Olimpiya hərəkatı 3 yolla — sülhə çağırış, bütün insanların oyun qaydaları qarşısında bərabər olduğunu təsdiq etmək və fərqliliklərə qarşı dözümlülük nümayiş etdirməklə xalqlar arasında sülhsevər fikirlərin formalaşmasına səbəb ola bilər. Tarixdə bunun əyani sübutları da az olmayıb. Aborigen Keti Frimanın Sidney Olimpiya Oyunlarında yerli

tamaşaçıların gözü qarşısında 400 metr məsafəyə qaçışda qalib gəlməsi bir çoxları tərəfindən Avstraliya və yerli aborigen əhali arasında barışığın simvolu kimi dəyərləndirildi. Yaxud, 1992-ci ildə Barselona Olimpiya Oyunlarında ilk dəfə Almaniyanın birləşmiş dövlət kimi təmsil olunması və Cənubi Afrikanın 30 illik fasilədən sonra yenidən Olimpiya Oyunlarına dəvət alması Olimpiya Oyunlarının dünyada sülh və sabitliyə verdiyi töhfənin bariz nümunələrindəndir.

Əsas məqsədi dünyadakı sülh və təhlükəsizliyin qorunması olan BMT idmana xüsusi əhəmiyyət verərək qədim Yunanıstanda ənənə halını almış “Olimpiya sülhü”nü yenidən bərpa edib. Burda əsas məqsəd sözsüz ki, münaqişələri zəiflətməkdir.. 1993-cü ildən başlayaraq, hər il Olimpiya Oyunları ərəfəsində BMT dövlətlərə müraciət edərək iştirakçıları təhlükəsizliyin təmin olunmasına və bütün münaqişələrin diplomatik vasitələrlə həllinə çağırır. Bir-biri ilə müharibədə olan dövlətləri məhz Olimpiya Oyunları zamanı müharibəni dayandırmağa bütün dünya ərazisində dincliyin bərqərar olunmasına səsləyir.

Qarşıda bizi növbəti XXXI Yay Olimpiya Oyunları gözləyir. Təxminən 5 aydan sonra, bütün dünyanın diqqəti Braziliyanın Rio de Janeyro şəhərində təşkil ediləcək bu möhtəşəm oyunlara yönələcək. Təəssüf ki, planetimiz bu oyunlar ərəfəsində müxtəlif müharibə ocaqları ilə alovlanıb. Olimpiya məşəlinin od götürəcəyi Yunanıstanın qədim Olimp dağından fərqli olaraq, bu alovlar bəşəriyyəti məhvə sürükləyir. Əsasən də, yaxın şərqdə, Suriyada gedən amansız müharibə olimpiya ideallarına tam ziddir. Ümid edirik ki, qədim dövrlərdə olduğu kimi, bu il də dünyanın sülhpərvər qüvvələrinin çağırışına əməl edərək heç olmasa bu yay münaqişələri dayandıracaq və olimpizm prinsipləri sayəsində, minlərlə insan ölümünün qarşısını alacaqlar. Axı Olimpiya Oyunları sülh elçisidir.

Badam Bədəlova

Milli Olimpiya Komitəsinin əməkdaşı


Mövzuya aid fotolar:
Slayd Əvvəlki Sonrakı Son
Xəbər 4128 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.05.2021 Milli Olimpiya Komitəsində Kikboksinq Təşkilatları Dünya Assosiasiyasının prezidenti ilə görüş olub
17.06.2020 Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçkilər gələn ilin payızında keçiriləcək
09.06.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” tədbirlərini davam etdirir
22.05.2020 MOK-un təşəbbüsü ilə Olimpiya idman növləri üzrə milli federasiyaların mətbuat katibləri ilə görüş baş tutub
22.05.2020 Milli Olimpiya Komitəsi “Olimpiya günü” nü eyvanlara çıxan Bakı sakinləri ilə qeyd etdi
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
19.05.2020 Azərbaycan Milli Olimpiya Komitəsi yeni layihəyə start verib
18.05.2020 Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyası təxirə salınıb
03.05.2020 MOK yeni layihəyə start verdi
03.05.2020 MOK idmançılar və federasiya rəsmiləri ilə videokonfrans təşkil edib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru