Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Bakıda batut gimnastikası üzrə dünya kuboku yarışlarının qalibləri müəyyənləşib
Tarix: 06.03.2016 | Saat: 10:00:00 | E-mail | Çapa göndər
Bakıda keçirilən Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası üzrə dünya kuboku yarışlarına martın 6-da yekun vurulub.

Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə dünya kuboku ölkəmizdə ilk dəfədir təşkil olunub.

Olimpiya ilində batut gimnastikası mövsümünün ilk yarışı olan turnirə Avropa ilə yanaşı, Yaponiya, Avstraliya, eləcə də ABŞ-ı təmsil edən idmançılar qatılıb. Ümumilikdə yarışlarda 17 ölkədən 77 gimnast fərdi və sinxron proqramda mübarizə aparıb. İştirakçılardan 46-sı kişi, 31-i isə qadındır.

Milli Gimnastika Arenasında keçirilən dünya kubokunun sonuncu günündə kişilər və qadınlar arasında fərdi çıxışlar və sinxron cütlüklərin final yarışları təşkil olunub.

Qadınların sinxron çıxışlarında Belarus təmsilçiləri Anna Narçonak və Tatsiana Piatrenia 47.500 xalla dünya kuboku yarışlarının qızıl medalını qazanıblar. Ukraynalı cütlük Nataliya Moskvina-Marina Kiko 46.700 xalla ikinci, Rusiya batutçuları Yana Pavlova və Viktoria Voronina isə 46.000 xalla üçüncü olublar. Azərbaycan təmsilçiləri Svetlana Makştarova-Sabina Zaytseva isə dünya kuboku yarışlarını 14.000 xalla yeddinci pillədə başa vurublar.

Kişi batutçular arasında sinxron cütlüklərin yarışında Rusiya idmançıları Nikolay Federenko və Dmitri Uşakov 49.900 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Belaruslu Vladislav Xançarov və Mikalay Kazak 49.800 xalla ikinci, Portuqaliya idmançıları Dioqo Qançinho və Dioqo Abreu 48.600 xalla üçüncü olublar. Azərbaycan təmsilçiləri Dmitri Fedrovski və Ruslan Ağamirov 47.400 xalla dördüncü pillədə qərarlaşıblar.

Qadınların fərdi çıxışlarında belaruslu gimnastlar ilk iki pillədə yer alıblar. Belə ki, Anna Narçonak 54.810 xalla qızıl, Tatsiana Piatrenia 54.715 xalla gümüş medala sahib olublar. Bürünc medalı isə Böyük Britaniya təmsilçisi Ketrin Driskol (54.470 xal) qazanıb. Azərbaycan idmançısı Svetlana Makştarova 20.190 xalla dünya kuboku yarışlarını yeddinci pillədə başa vurub.

Kişilərin fərdi çıxışlarında rusiyalı Dmitri Uşakov 61.345 xalla qızıl medal qazanıb. Belarus təmsilçisi Vladislav Xançarov 59.700 xalla ikinci, portuqaliyalı Dioqo Qançinho isə 58.995 xalla üçüncü pillədə yer alıblar.

Yarışlarda mükafatlar təntənəli mərasimlə təqdim olunub.

Sonda Azərbaycan Gimnastika Federasiyasının "AGF Trophy" mükafatı rusiyalı Viktoria Voronina və polşalı Artur Zakrevskiyə verilib.

Tamaşaçıların yarışlardan daha çox zövq almaları üçün kubok boyunca müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunub.
Xəbər 686 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru