Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azad Rəhimov: «Çalışırıq ki, Azərbaycanda hər ay idman hadisəsi olsun»
Tarix: 09.02.2012 | Saat: 15:41:00 | E-mail | Çapa göndər
Bu gün Gənclər və İdman Nazirliyində bədii gimnastika üzrə 2014-cü il Avropa çempionatının Bakıya etibar edilməsi ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Rudolf Heidiger, qurumun direktoru xanım Kirs Erofejef Engman və Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan nazir A.Rəhimov bildirib ki, son danışıqlara əsasən 2014-cü ildə Bakı 3-cü dəfə Avropa çempionatına ev sahibliyi edəcək: “Bu Avropa Gimnastika İttifaqının Azərbaycan və Gimnastika Federasiyasına verdiyi yüksək qiymətdir. Qitənin ən möhtəşəm yarışı “Koroğlu” metrosu yaxınlığında inşa ediləcək Gimnastika Olimpiya Kompleksində keçiriləcək. Artıq biz tikintini aparan şirkətlə danışmışıq və onlar Avropa çempionatına kimi hər şeyin hazır olacağını deyiblər. Yarış həm də, Yeniyetmələrin II Yay Olimpiya Oyunlarına lisenziya verməsi ilə fərqlənəcək”.

Nazirin sözünə görə, 2011-ci ilin Azərbaycanda “İdman ili” elan olunması ilə bağlı çalışırlar ki, yarışlar bir-birini əvəzləsin: “Bildiyiniz kimi, bu il “İdman ili”dir. Sabah Bakıda karate üzrə gənclər və yeniyetmələr arasında Avropa çempionatı start götürür. Əsas məqsədimiz Bakıda möhtəşəm yarışların keçirilməsidir. Şahmat üzrə iddiaçıların turnirinin paytaxtımızda keçirilməsi ilə bağlı namizədliyimizi vermişik. Hazırda bu istiqamətdə müzakirələr gedir. Fevralın 15-də Bakı-2020-nin sifariş ərizəsini təhvil verməliyik. Bir sözlə, çalışırıq ki, Azərbaycanda hər ay, bəlkə də hər həftə idman hadisəsi olsun”.

A.Rəhimov Gimnastika İdman Kompleksində digər yarışların da keçirilə biləcəyini deyib: “Bu mərkəz şəhərin girişində inşa edilir. Tikintidən öncə kompleksin daha möhtəşəm olması üçün Avropa və dünya gimnastika federasiyaları ilə müzakirələrimiz olub. Yüksək səviyyədə olacaq. Əvvəlcə burada 6 min tamaşaçı tutumu nəzərdə tutulsa da, sonradan 12 minə kimi artırıldı. Əsas məqsədimiz bunun həm də Olimpiya Oyunları üçün cavab verməsidir”.

F.Qayıbov, öz növbəsində, tikintinin İngiltərə şirkəti tərəfindən aparıldığını toplantı iştirakçılarının nəzərinə çatdırıb. Onun sözünə görə, kompleksdə 2 zal olacaq: “Burada əsas zalla yanaşı, əlavə zal da olacaq. Bu isə gimnastikadan əlavə idman növləri üçün də nəzərdə tutulub”.

R.Heidiger Avropa çempionatının Azərbaycana etibar edilməsindən məmnun olduqlarını bildirib. O deyib ki, ölkəmiz həmişə belə möhtəşəm yarışlara uğurla ev sahibliyi edib: “Bizə yenidən burada olmaq xoşdur. Avropa Gimnastika Federasiyasının prezidenti də buraya gələcəkdi, lakin Fransada bəzi problemlərə görə səfər təxirə salındı. Biz İcraiyyə Komitəsinin son iclasında Avropa çempionatının Bakıda keçirilməsi ilə bağlı qərar verdik. Bunun da 3 əsas səbəbi var: Birincisi 2005, 2007 və 2009-cu illərdə Bakı dünya və Avropa çempionatının yüksək səviyyədə keçməsi üçün Azərbaycan hökuməti və Azərbaycan Gimnastika Federasiyasının bu idman növünə xüsusi diqqətinin şahidi olmuşuq. İkincisi, Azərbaycan Gimnastika Federasiyası Avropa Gimnastika Federasiyasının ən önəmli tərəfdaşıdır. Üçüncüsü, gimnastikaya ölkənizdə xüsusi maraq və çox yüksək səviyyədə qayğı var. Bu səbəblərdə də biz inanırıq ki, Azərbaycan Avropa çempionatını layiqincə keçirəcək”.

Avropalı qonaq Avropa çempionatına qatılacaq ölkələrin təxmini sayını da açıqlayıb: “Bu çempionat iyunun 9-14-də keçiriləcək. Burada təxminən 21 ölkədən 120 böyük və 25 ölkədən eyni sayda yeniyetmənin iştirak edəcəyi gözlənilir. Qaliblər böyüklərin və yeniyetmələrin qrup, böyüklərin şəxsi mübarizəsində müəyyənləşəcək”.

Bakıda ilk dəfə olduğunu deyən K.Engman, Bakıda hər şeyin əla olduğunu bildirib: “Burada hər şey yüksək səviyyədədir. Düzdür, hava şəraiti ilə əlaqədar hələ Bakını yaxşı gəzə bilməmişəm. Lakin gimnastların treninqində oldum bundan çox razı qaldım”.
Qeyd edək ki, Avropa çempionatı bundan öncə 2007 və 2009-cu illərdə Bakıda keçirilib.
Xəbər 1355 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
12.05.2024 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
05.05.2024 Azərbaycanın gənc gimnastı Avropa Kubokunda gümüş medal qazanıb
05.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda növbəti medalı qazanıb
04.05.2024 Azərbaycanın bədii gimnastika millisi Avropa Kubokunda bürünc medal qazanıb
03.05.2024 Azərbaycan və Monteneqro Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb
03.05.2024 Bakıda ilk Avropa kuboku keçirilir
29.04.2024 Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
27.04.2024 Azərbaycan bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar
20.04.2024 Azərbaycanın gimnastika komandası Bakıdakı turnirdə bürünc medal qazanıb
15.04.2024 Azərbaycan gimnastları beynəlxalq turnirdə 7 qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru