Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
“Rio-2016": Meydanda ya tək, ya da cüt
Tarix: 22.01.2016 | Saat: 14:35:00 | E-mail | Çapa göndər
VIII yazı

Lisenziyalar necə qazanılır?

Rio-2016 Yay Olimpiya Oyunlarının maraqlı yarışları sırasında fərdi, qoşa, həmçinin qarışıq qoşaların mübarizə apardığı idman növləri də var. Bu idman növlərindən bəziləri dünyaca məşhurdur, bəziləri isə populyarlığını artırmaqdadır. Məsələn, tennisçilər beynəlxalq aləmdə ən nüfuzlu idmançılar sırasında yer alırlar. Qolfçular isə planetin ən çox qazanc əldə edən idmançıları kimi fərqlənirlər. Voleybolun bir qanadı olan çimərlik voleybolu son illərdə populyarlığını sürətlə artırır. Beləliklə, "Rio-2016"ya lisenziya qazanmağın yolları ilə bağlı təsnifat sisteminə həsr olunmuş 8-ci məqaləni təqdim edirik.

Badminton

Qarşıdakı seçmələr: 4 may 2015-ci il - 1 may 2016-cı il (olimpiya reytinqi xallarının toplanması dövrü).

2016-cı il mayın 5-də Dünya Badminton Federasiyası olimpiya oyunları ərəfəsi son reytinq cədvəlini açıqlayacaq. Fərdi yarışlarda ən yüksək reytinqli 16 idmançı sırasında iki badmintonçusu yer alan hər ölkə iki olimpiyaçı ilə təmsil olunacaq. Həm qadınlarda, həm də kişilərdə 34 vəsiqənin sahibi müəyyən olunacaq. Bu zaman hər qitə üçün minimal və maksimal normativlər də var. Qeyd edək ki, ilk baxışda seçim çox asan görünür. Lakin təkcə onu demək yetərlidir ki, 2015-ci il dekabrın 20-nə olan vəziyyətə görə, kişilərin reytinqində ilk 16 idmançı sırasında 5, qadınlarda isə 4 çinli və bir o qədər də yaponiyalı yer alıb. Qitələr üzrə müəyyən limitləri də nəzərə alsaq, oyunlarda təmsil olunmaq hüququ uğrunda mübarizə daha aşağı reytinq yerlərə də nəsib ola bilər. Qarışıq qoşaların 8-liyində isə 3 çinli var.

Cütlərin yarışında isə ən yüksək reytinqlilər arasında iki cütlüyü yer alanlar iki vəsiqəyə (4 idmançı) sahib olacaqlar. Qarışıq qoşalarda 16 cütlük üçün vəsiqələr təyin olunub.
Lisenziyaları idmançılar özləri üçün qazanırlar. Lakin normativləri bir neçə idmançı yerinə yetirərsə, milli federasiyanın seçim etmək ixtiyarı var.

Olimpiya yarışları avqustun 11-dən 20-dək "Riosentru"nun 4-ci pavilyonunda keçiriləcək. Yarışlar fərdi, qoşa və qarışıq qoşa olmaqla, 5 dəst medal uğrunda aparılacaq. Badminton yarışlarında tən yarısı qadın olmaqla, cəmi 172 idmançı qüvvəsini sınayacaq.

Çimərlik voleybolu

Qarşıdakı seçmələr: 1 yanvar 2015-ci il - 12 iyun 2016-cı il (olimpiya reytinqi xallarının toplanması dövrü); 21-26 iyun 2016-cı il, Stavanger (Norveç), (2014-2016-cı illər AVK Qitə kuboku, final mərhələ); 5-10 iyul 2016-cı il, Soçi (Rusiya), (FIVB qitələrarası kuboku).

Kişilərin Avropa təsnifat yarışlarından biri - 1-ci mərhələnin "H" qrupunun oyunları Bakıda keçirilən (19-22 iyun 2014-cü il) qitə kuboku uğrunda mübarizə Stavangerdə başa çatacaq. Bu turnir "Rio-2016"ya 2 vəsiqə verəcək.

Qeyd edək ki, Bakıdakı turnirdə ölkəmiz Ukraynaya (0:2), daha sonra İsrailə (1:2) məğlub olmuşdu. Türkiyənin də yarışdığı turnirdə əsas mərhələyə Ukrayna və İsrail çıxdılar. İkinci seçmə mərhələdə "D" qrupunda (Serbiya, Belqrad) yarışan komandamız (31 avqust-1 sentyabr 2014-cü il) Litvaya, sonra Bolqarıstana 2:0 hesabı ilə qalib gələrək, 3-cü mərhələyə adlamışdı. Bu raundda təmsilçilərimiz (Avstriyanın Baden şəhəri) "A" qrupunda (2-3 may 2015-ci il) çexlərə 1:2 hesabı ilə uduzub, portuqallara həmin hesabla qalib gəldilər. 2-ci yer uğrunda matçda komandamız ev sahiblərinə yenilərək, mübarizəni dayandırdı. Finallarda isə Çexiya, Norveç, İspaniya, İtaliya, Almaniya, Polşa, Niderland, Türkiyə, Fransa, Avstriya, Latviya, Rusiya, Yunanıstan, İsveçrə, İsveç və Belçika mübarizə aparacaqlar.

Kişilərdə olduğu kimi, qadınların da seçmə yarışlarından biri Azərbaycanla başlandı. "H" qrupunda (19-22 iyun 2014-ci il) ölkəmiz Ukrayna və Türkiyəyə eyni hesabla (0:2) yenildilər. Bu iki komanda birbaşa 3-cü mərhələyə adladılar. "D" qrupunda (Serbiya, Belqrad; 31 avqust - 1 sentyabr 2014-cü il) ikinci seçmə mərhələyə qoşulan komandamız estonlara və ev sahiblərinə 2:0 hesabları ilə qalib gələrək, 3-cü raunda vəsiqə əldə etdilər. Bu dəfə Avstriyanın Baden şəhərində "A" qrupunda (1-2 may 2015-ci il) İsveçə 1:2 hesabı ilə uduzub portuqallara 2:0 hesabı ilə qalib gələn cütlüyümüz növbəti raundda ikinci yeri isveçlilərə təhvil verib 4-cü mərhələyə çıxa bilmədi.

Qeyd edək ki, hər cütlüyün əldə edəcəyi vəsiqə onlara olimpiyaçı statusu vermir. Yerli federasiya cütləri özü müəyyənləşdirə bilər. Hər ölkədən oyunlara 2-dən artıq cütlük vəsiqə ala bilməz. Onu da əlavə edək ki, Niderlandın Haaqa, Amsterdam, Rotterdam və Apeldoorn şəhərlərində 2015-ci il iyunun 26-dan iyulun 5-dək keçirilən dünya çempionatında liderliyi Braziliya idmançıları qazanaraq, "Rio-2016"ya ev sahibi statusundan savayı, bu yarışla daha bir cütlük çıxarmaq hüququ əldə etdilər.
2016-cı il iyunun 13-də elan ediləcək xüsusi olimpiya reytinqinə görə, kişi və qadın proqramlarının hər biri üzrə 15 cütlük birbaşa lisenziya sahibi olacaq. FIVB qitələrarası kubokundan isə 4 (2 kişi və 2 qadın) cütlük olimpiyaçı olacaq.

Çimərlik voleybolunun olimpiya turniri avqustun 7-sindən 21-nədək məşhur Kopakabana çimərliyində keçiriləcək. Yarışlarda 24 kişi və bir o qədər də qadın kollektiv (cəmi 96 idmançı) mübarizə aparacaq.

Stolüstü tennis

Qarşıdakı seçmələr:1 may 2016-cı il (olimpiya reytinqi xallarının toplanması dövrü); 6-10 aprel 2016-cı il, İstanbul, Türkiyə (Avropa olimpiya təsnifat turniri);

Birinci Avropa Oyunlarının da təsnifat mərhələsi kimi tarixə düşdüyü stolüstü tennisçilərin olimpiya proqramının bəzi iştirakçıları bəllidir. Kişilərdə Avropa Oyunlarının qalibi kimi Dmitri Ovçarov (Almaniya), Panamerika Oyunlarından isə Uqu Kalderanu (Braziliya), Afrika Oyunlarından Vanq Jianan (Konqo), Ömər Əssar və Xalid Əssar (hər ikisi - Misir), Kodri Aruna (Nigeriya) bu hüququ artıq qazanıblar. İstanbuldakı təsnifat turniri Avropadan daha 10 tennisçini olimpiyaçı edəcək. Dünya reytinqinə görə, 22 tennisçi "Rio-2016"ya yollanacaq. "Üçlər komissiyası" daha bir idmançıya şans verəcək.

16 komandanın iştirakı ilə baş tutacaq kişi komanda yarışına vəsiqələrin sahibləri mayın 30-da bəlli olacaq.

Qadınlarda da vəziyyət eynidir. Avropa Oyunları Niderlandı təmsil edən Li Jiaoya vəsiqə verdi. Panamerika Oyunlarında ABŞ-dan Cennifer Vu, Afrika Oyunlarında Han Şinq (Konqo), Nadin Əl Dövlətli və Dina Məşrəf (hər ikisi - Misir), Olufunke Oşonayke (Nigeriya) olimpiyaçı oldular. Burada da Avropa təsnifatı və dünya reytinqi, həmçinin komandaların yarış iştirakçıları kişilərdə olduğu kimidir.

Fərdi yarışlarda bir ölkəni ən yaxşı halda, hər kateqoriya üzrə iki idmançı təmsil edə bilər. Komanda yarışında isə hər ölkəni 3 idmançı təmsil edəcək. Onların arasında fərdi qaydada lisenziya əldə edənlər də yer alırlar. Qeyd edək ki, stolüstü tennisdə hər idmançı vəsiqəni özü üçün qazanır.

Bu növ üzrə yarışlar avqustun 6-dan 17-sinədək "Riosentru"nun 3-cü pavilyonunda keçiriləcək. Cəmi 172 tennisçi olimpiyaçı olacaq və tamaşaçılar 4 dəst medal uğrunda yarışa şahidlik edəcəklər.

Tennis

Qarşıdakı seçmələr: 6 iyun 2016-cı il (olimpiya reytinqi xallarının 52 həftəlik toplanması dövrü).

Hər bir ölkə fərdi tennis yarışlarına ən çox 4 idmançı, qoşaların turnirinə 2, qarışıq qoşaya isə 1 cütlük çıxara bilər. Ümumən, bir ölkədən "Rio-2016"ya 6 kişi və bir o qədər də qadın idmançının vəsiqə əldə etməsinə icazə verilir. Seçim üçün idmançıların Devis (kişilər) və Federasiya (qadınlar) kuboklarında iştirakları ilə bağlı müəyyən tələblər və şərtlər də mövcuddur. Bu növdə də hər bir idmançı vəsiqəni özü üçün qazanır. Əsas şərt 2016-cı il iyunun 6-da başa çatacaq ("Rolan Qarros") 52 həftəlik reytinq təsnifatı dövründə ilk 56 kişi (ATP turnirləri) və qadın (WTA turnirləri), hər ölkə üçün limitlər nəzərə alınmaqla, olimpiyaçı olacaq. Qadın və kişi cütlüklərinin reytinqinin ilk onluğunda yer alanlar Rioya birbaşa yollanmaq hüququ əldə edirlər. Üstəlik, onlar olimpiadada iştirak etmək üçün minimal tələblərə riayət etmiş həmvətənlərindən biri ilə cütlük yarada bilərlər. Daha 14 cütlük isə ATP və WTA turnirlərində tutduqları yerlərin ən yaxşı cəminə görə seçiləcək. Həm də hesablamalar üçün tennisçinin tək fərdi deyil, qoşa yarışlardakı reytinqinin də nəzərə alınması mümkündür.

Qarışıq qoşalarda isə təqdim olunmuş ərizələrə əsasən, reytinqdə ən yaxşı 12 cütlük arasında yer alanlar olimpiya oyunlarında iştirak edəcəklər. Mikstin iştirakçılarına yeganə tələb onların ya fərdi, ya da qoşalarda "Rio-2016"ya lisenziyanın olmasıdır.
Olimpiyaçı olmaq üçün daha bir tələb qitələr üzrə limitlər və ev sahibinə verilən yerlərin tam dolmasından asılı olacaq. Qeyd edək ki, kiçik tennis ölkələri üçün Beynəlxalq Olimpiya Komitəsi daha iki lisenziya nəzərdə tutub.

Olimpiya turnirləri avqustun 6-dan 14-nədək 172 nəfərin iştirakı ilə Olimpiya Tennis Mərkəzində keçiriləcək.

Qolf

Qarşıdakı seçmələr: 14 iyul 2014-cı il və 11 iyul 2016-cı illər (olimpiya reytinqi xallarının toplanması dövrü).

1904-cü ildən bu yana, ilk dəfə olimpiyaçı olmaq statusu qazanmış qolfçular xüsusi olimpiya reytinqi nəzərə alınmaqla, qitələr və ev sahibi üçün normativlərə uyğun olaraq, müəyyənləşəcək. Hər idmançı vəsiqəni özü üçün qazanır. Beynəlxalq federasiya olimpiya oyunlarına təsnifat yarışı üçün reytinq xallarının hesablanması qaydasını müəyyən edib. Bu məqsədlə PGA və Avropa turları da daxil olmaqla, kişilərdə 12, qadınlarda isə 10 fərqli seriya üzrə yarış keçirilir.

Hər ölkə 4 qadın və bir o qədər də kişi qolfçunu sifariş edə bilər. Bunun üçün həmin idmançılar yekun reytinq təsnifatında ilk 15-likdə qərarlaşmalıdırlar. Qalanları isə yalnız 2 idmançı ilə təmsil olunacaqlar. Ümumiyyətlə, bütün limitlər üzrə olimpiyaçıların optimal siyahısı bəlli olduqdan sonra qalan vakant yerlərdən birini tutmaq üçün reytinqin ilk 60 nəfərlik siyahısına düşmək lazımdır.

Olimpiya turniri kişilər arasında avqustun 11-14-də, qadınlarda isə 17-20-də Barrada Tijukanın yeni inşa olunan "Rezerva de Marapendi" qolf sahəsində keçiriləcək. 72 yuvacıqlı oyun meydançaları ilə təchiz edilmiş sahədə keçiriləcək yarışlarda 60 qadın və kişi olmaqla, 120 qolfçu yarışacaq. Onu da əlavə edək ki, qolf üzrə olimpiya turnirinin təşkili ilə bağlı qərar 2009-cu il oktyabrın 9-da keçirilən BOK Sessiyasında verilib.

BATI YAR
Xəbər 923 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
22.09.2016 Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi
22.09.2016 Yelena Çebanu: Paralimpiya Oyunlarında medal qazanmaq hər bir idmançının ən böyük arzusudur
20.09.2016 Azərbaycan Paralimpiadanı 48-ci yerdə başa vurub
18.09.2016 Azərbaycan üzgüçüsü “Rio-2016” Paralimpiya Oyunlarında ikinci medalını qazanıb
18.09.2016 Azərbaycan idmançısı Paralimpiya Oyunlarında yığmaya daha bir medal qazandırıb
17.09.2016 “Rio-2016”: Azərbaycan üzgüçüləri finala yüksəliblər
17.09.2016 “Rio-2016”: Ukrayna futbolçuları çempion olublar
16.09.2016 Fransa tennisçiləri Rio Paralimpiadasında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar
16.09.2016 “Rio-2016” Yay Paralimpiya Oyunlarının səkkizinci günündə 4 təmsilçimiz mübarizə aparacaq
16.09.2016 Fransa və Çin qılıncoynadanları “Rio-2016”da qızıl medal qazanıblar


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru