Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Azərbaycanda keçirilən beynəlxalq idman yarışları həm də multikulturalizm prinsiplərinə sadiqliyin göstəricisidir
Tarix: 15.01.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmiz və cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bir sıra aktual məsələlərə münasibət bildirib. O cümlədən, idmanın daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Gənclər və idman naziri Azad Rəhimov AZƏRTAC-a müsahibəsində idman sektorunda mövcud vəziyyətdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Azad Rəhimov deyib:

-Prezident ölkəmizin ötən ilin yekunları və qazanılan uğurlar barədə danışarkən “Bakı-2015” birinci Avropa Oyunlarını xüsusi vurğulayaraq, onu tarixi hadisə adlandırıb. Bu mötəbər beynəlxalq tədbirin yüksək səviyyədə təşkil edilməsi, eyni zamanda, Azərbaycanın gücünü, iqtisadi inkişafını və idman ölkəsi olduğunu nümayiş etdirdi.

İlk Avropa Oyunlarının əhəmiyyətindən danışarkən qeyd etmək yerinə düşər ki, “Bakı-2015”in Əməliyyat Komitəsində 1450 azərbaycanlı (bu, işçi heyətinin 70 faizini təşkil edirdi) xarici peşəkarlardan işin incəliklərini öyrənib. Eyni zamanda, 8 min təhlükəsizlik və 6500-dən artıq tibb işçisi Oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni əsirgəməyib. 2500-dən çox işçi və daha 20 mindən artıq podratçı Oyunlara xidmət edib. Bu da layihəyə cəlb olunan hər bir insanın potensialını nümayiş etdirmək, imkan və bacarıqlarını artırmaqla bərabər, sosial vəziyyətinin yaxşılaşmasına, yeni iş yerlərinin təklif olunmasına şərait yaradıb.

Avropa Oyunlarının gənclərin peşəkar kadr kimi yetişməsində də çox böyük rolu olub: 12 min 500 könüllü beynəlxalq təcrübədən yararlanmaqla, gələcəkdə özlərinə yeni iş yerlərini də təmin ediblər. Həmçinin 162 azərbaycanlı gələcəkdə keçiriləcək tədbirlər üçün yerli miras təmin edən Oyunlar Akademiyası proqramının məzunu olub. Bu isə Prezident İlham Əliyevin xüsusi vurğuladığı maddi resursların insan kapitalına çevrilməsi istiqamətində atılan addımların nəticəsidir.

2016-cı ildə bizi Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-pri yarışları, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunları gözləyir. İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın da qeyd etdiyi kimi, idman təkcə yarış deyil, eyni zamanda, böyük mədəniyyət bayramı olmaqla bərabər, ölkəmizin tolerantlıq və multikulturalizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
IV İslam Həmrəylik Oyunlarının 2017-ci ilin mayında keçirilməsi nəzərdə tutulur. Bu Oyunlarda 57 ölkənin nümayəndələrinin iştirakı gözlənilir. İlkin razılaşmalara əsasən, 20 idman növü üzrə keçiriləcək yarışlara 5 mindən çox idmançı qatılacaq.

“Bakı-2015” ilk Avropa Oyunlarının ölkəmiz üçün qoyduğu miraslardan biri də idman obyektləridir. Belə ki, IV İslam Həmrəylik Oyunları həmin idman obyektlərində - Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Su İdmanı Sarayı, Bakı İdman Sarayı, "Baku Crystall Hall", Bakı Tennis Akademiyası, Heydər Əliyev adına İdman Arenası, “Bakcell Arena”, Bakı Atıcılıq Mərkəzi, Bakı Ekspo Mərkəzində keçiriləcək.
Beləliklə, ilk Avropa Oyunlarına hazırlıq mərhələsində yenidən qurulan və əsaslı bərpa edilən bütün idman arenalarından istifadə olunacaq. Yeni idman obyektinin tikintisinə heç bir ehtiyac yoxdur və nəzərdə tutulmur. Eyni zamanda, IV İslam Həmrəyliyi Oyunlarında əməliyyat heyətinin işini təmin etmək üçün 3000-dən çox müxtəlif adda informasiya texnologiyaları avadanlığı - kompüter, skaner, printer, server və digər vasitələr də istifadəyə tam yararlı vəziyyətdədir.

Dünyanın iqtisadi böhran, savaşlar içərisində olduğu bir vaxtda Azərbaycanda keçirilən müxtəlif tədbirlər, o cümlədən gələn il təşkil olunacaq IV İslam Həmrəylik Oyunları dövlətimizin başçısının da qeyd etdiyi kimi, müsəlman aləmində əlaqələrin daha da yaxınlaşması, münaqişələrə son qoyulması, əməkdaşlıq üçün daha yaxşı zəminin yaradılması məqsədi daşıyır. Qazandığımız hər bir uğurun, o cümlədən idman nailiyyətlərinin əsasında Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət, yaranmış sabitlik, xalqla, iqtidar arasında möhkəmlənən birlik dayanır.
Xəbər 954 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
10.05.2024 Dövlət qurumları arasında minifutbol turnirinin mükafatçıları bəlli olub
10.05.2024 Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
09.05.2024 Gədəbəydə “Yaşıl marafon" keçirilib
08.05.2024 Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
06.05.2024 Bakı dünyanın "İdman Paytaxtı” seçilib
06.05.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
04.05.2024 Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşüb
03.05.2024 May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb
29.04.2024 ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
28.04.2024 Dövlət qurumları arasında basketbol üzrə respublika birinciliyinin qalibi məlum olub


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru