Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Füzuli Allahverdiyev: “İstər oynadığım, istərsə də işlədiyim dövrlərdə belə kollektiv görməmişəm”
Tarix: 07.01.2016 | Saat: 11:51:00 | E-mail | Çapa göndər
Bu gün “Kəpəz” PFK-nın əsas komandasının məşqçisi Füzuli Allahverdiyevin doğum günüdür. Vaxtilə futbolçu kimi də komandamızın şərəfini qorumuş Allahverdiyevin 53 yaşı tamam olur. Bu münasibət ilə klubun rəsmi saytı ondan müsahibə alıb.

- Füzuli müəllim, sizi təbrik edirik...
- Sag olun, onu deyim ki,bir qayda olaraq bizim evdə eyni vaxtda üç bayramın sevinci yaşanır. Çünki həm Həmrəylik Günü, həm Yeni il, həm də ad günüm qeyd olunur (gülür). Hər ilin bu vaxtı bizdə bayram üç qat qeyd edilir. Əvvəllər Həmrəylik Günü yox idi, ona görə sevincimiz iki qat idi, amma indi evimizdə üç qat bayramdır. Ümumiyyətlə, Allahverdiyevlər üçün yanvar ayı xüsusi aydır. İki qardaşım və öz övladım da yanvarda doğulub. Biz yanvara ad günləri ayı kimi baxırıq.

- Doğum gününüz elə bir vaxta düşüb ki, istər-istəməz təmtəraqla qeyd etməlisiz...
- Düzdü, bayramlar üst-üstə düşdüyündən təmtəraqlı alınır. Mən ad günümü təmtəraqlı şəkildə qeyd etməyi xoşlamıram. Amma istənilən halda belə alınır. Bayrama görə evə gələn gedən olur. Qohumlar, yaxınlar bilirlər deyə bizə gəlirlər. Hamı üçün unudulmaz gündür. Hərdən zarafatla deyirəm ki, mənim ad günümü bütün dünya qeyd edir. Onu da əlavə edim ki, heç 50 illik yubileyimi də geniş əhatədə qeyd etmədim.

- İstərdim ki, komandanın çıxışı haqda danışaq...
- “Kəpəz”in yüksək liqaya qayıdışı bizim üçün elə bayram oldu. Bu, bütün futbolsevərlərin arzusu idi. Dönüşümüz də deyərdim ki, yaxşı alındı. Debüt ili üçün pis nəticə deyil. Çünki bir aya yığılmış komandadır.Şahin Diniyev yaxşı kollektiv formalaşdırıb, əsas odur ki, mehribançılıq var. Uşaqlara da bəzən deyirəm ki, istər oynadığım, istərsə də işlədiyim dövrlərdə belə kollektiv görməmişəm. Futbolçular, məşqçilər və rəhbərlik bir-bir ilə çox mehribandır. Bunun nəticəsidir ki, komanda yaxşı çıxış edir. Bütün fikri də Avropa Liqasına vəsiqə qazanmağa yönəltmişik. Az öncə klubun həkimi zəng edib ki, təbriklərini və arzularını çatdırdı. Ona dedim ki, bütün istəyimiz komandanın qitəmiqyaslı turnirdə oynamasıdır. Əsas arzumuz budur.

- Füzuli müəllim, oynamaq daha asan idi, yoxsa işləmək?
- Futbolçu olmaq daha asandır. Oynayanda adam çox şeyi hiss etmir. Fikirləşirsən ki, meydançadayam, komandam uduzanda qol vurub və ya ötürmə edib məğlubiyyətdən xilas edə bilərəm. Amma kənarda məşqçi kimi olanda düşünürsən ki, görən oyunçu bunu edə biləcək? Məşqçinin məsuliyyəti də futbolçudan çox olur. Çünki nəticəyə məşqçi cavabdehdir.

- Heç düşünmüsüz ki, kaş indi futbolçu olardım və komandaya kömək edərdim?
- Hərdən belə xəyala dalıram. Biz oynadığımız vaxtlarda şərait belə deyildi. Bu cür meydançalar yox idi, amma indi daha yaxşıdır. Təşkilati işlərlə bağlı müəyyən çatışmazlıqlar vardı. Hazırda belə şeylər yoxdur. Hər şey qaydasındadır. Oynamağa da qalanda, təbii ki, meydanda olmaq istəyərdim . İndi futbolçu olsaydım, mənim üçün çox maraqlı olardı. Oynayıb “Kəpəz”ə dəstək vermək istərdim.
Xəbər 685 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru