Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
Veloparkda ağacəkmə kampaniyası keçirilib
Tarix: 01.12.2015 | Saat: 12:07:00 | E-mail | Çapa göndər
Noyabrın 30-da “Coca-Cola” şirkəti, ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə həyata keçirdiyi irimiqyaslı ekoloji aksiya çərçivəsində BMX Veloparkında ağacəkmə kampaniyası ilə bağlı tədbir keçirilib. Geniş bir sahəni əhatə edən bu yaşıllaşdırma aksiyasında ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel, velosiped həvəskarları, tələbələr və media nümayəndələri iştirak edib.

Bu ilin may ayında başlayan kampaniya çərçivəsində artıq BMX Veloparkında 14 000-dən çox ağac əkilib. Baş tutmuş tədbirdə daha 1 000 ağac əkilib. Xatırladaq ki, “Bakı 2015” I Avropa Oyunlarının proqramına daxil olan BMX velosiped idman növü üzrə yarışlar məhz bu Veloparkda keçirilib.

“Coca-Cola” və ADA Universitetinin məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində yaşıllıq zolaqlarının artırılması ilə ekoloji şəraitin yaxşılaşdırılmasına nail olmaqdır. Bu ekoloji proqramın bir maraqlı özəlliyi isə ağacların damcı suvarma sistemi ilə təchiz olunmasıdır ki, bu da öz növbəsində su ehtiyatlarından qənaətlə istifadəni nəzərdə tutur. Abşeronda meşə zolaqlarının sahəsinin genişləndirilməsi su ehtiyatlarının bərpasına müsbət təsir göstərəcək və ərazilərin eroziyaya uğramasının qarşısını alacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov Veloparka toplaşmış aksiya iştirakçılarını salamlayaraq bildirib ki, veloparkın yerləşdiyi ərazidə abadlıq işlərinin aparılması haqda ilk dəfə Ulu Öndər Heydər Əliyev göstəriş verib: “Əvvəllər burada daş karxanası yerləşirdi. Ötən əsrin 70-ci illərində Heydər Əliyev burada abadlıq işlərinin aparılması və ərazidə park salınması barədə göstəriş verdi. Bu parkda onun özünün şəxsən əkdiyi ağaclar da var. Təəssüflər olsun ki, 90-cı illərin əvvəllərində baxımsızlıq üzündən bu ərazidə ağacların xeyli hissəsi quruyub sıradan çıxmış, park bərbad hala düşmüşdü. Üç il əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası bu parkı öz himayəsinə götürdü və burada abadlıq işləri aparmağa başladı. Bir qədər sonra ölkə prezidenti İlham Əliyev bu ərazidə Velopark yaradılmasına qərar verdi. Avropa Oyunları ərəfəsində isə burada Olimpiya standartlarına cavab verən gözəl bir BMX stadionu inşa olundu. Biz fəxr edirik ki, velosipedçilərimiz belə gözəl bir bazaya malikdirlər. Son üç ildə bu parkda 30 000-dən çox ağac və bəzək kolu əkilib. Son bir neçə ay ərzində isə “Coca-Cola” şirkəti və ADA Universiteti tərəfindən burada daha 14 000 ağac əkilib. Bu, ərazinin yaşıllaşdırılması istiqamətində atılmış çox böyük bir addımdır. Bu gün Azərbaycanda ağac əkilməsi prosesi geniş vüsət alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl Marafon" layihəsi çərçivəsində bu prosesin daha da genişləndirilməsi üçün ciddi bir təkan rolunu oynamışdır”.

ADA Universitetinin rektoru Hafiz Paşayev ADA-nın ölkədə ekoloji maariflənmə və ekologiya sahəsində “Coca-Cola” ilə birgə həyata keçirdikləri işlərdən danışıb: “ADA Universiteti olaraq biz həm akademik proqram çərçivəsində, həm də əlavə tədris fəaliyyətində ekoloji layihələrə böyük əhəmiyyət veririk. “Coca-Cola” ilə möhtəşəm tərəfdaşlıq proqramı çərçivəsində 2020-ci ilədək Bakı və ətraf ərazilərdə 100 minədək ağacın əkilməsi nəzərdə tutulur. Bugünkü tədbirdə “Bakı 2015” ilk Avropa Oyunlarının keçirildiyi məkanlardan biri olan BMX Veloparkının yaşıllaşdırılmasında iştirak etməkdən məmnunluq hissi keçiririk”.

“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel “Coca-Cola”nın qlobal brend olaraq Azərbaycanın ekoloji inkişafındakı rolu haqqında danışıb: “Ağacəkmə aksiyası bizim Azərbaycanın ətraf mühitinə olan əhəmiyyətli töhfəmizin bir hissəsidir. 2014-cü ildə ADA Universiteti ilə birgə “Ağac əkək, təbiətə töhfə verək” layihəsinə başladıq. Layihə 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsini nəzərdə tutur. Qeyd etmək istərdim ki, layihə başlandığı gündən indiyədək 42 mindən çox, təkcə bu il isə 22,5 mindən artıq ağac əkilib. Bu gözəl Veloparkın da proqrama daxil edilməsi bizim üçün çox xoşdur. Velopark Bakının ən gözəl ərazilərdən biri olmaqla çoxsaylı beynəlxalq və daxili turnirlərə ev sahibliyi edir. “Coca-Cola” həm də Azərbaycanda velosiped idmanı üzrə keçirilən yarışlara dəstək olmaqla ölkədə fəal və sağlam həyat tərzinin təşviqinə çalışır. ADA Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyası ilə birgə Azərbaycanda ətraf mühitin inkişafına və sağlam həyat tərzinin təbliğinə kömək edən əməkdaşlığımızdan çox məmnunam və bugünkü tədbirdə iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm”.

Çıxışlar başa çatdıqdan sonra “Azərbaycan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Cem Becel ABŞ-ın Atlanta şəhərində yerləşən “Coca-Cola” muzeyindən gətirilmiş çox nadir bir velosipedi Azərbaycan Velosiped İdmanı Federasiyasının muzeyində saxlanılması üçün federasiyanın vitse-prezidenti Sahib Ələkbərova təqdim etdi. Qeyd olundu ki, “Coca-Cola” şüşəsi formasında hazırlamış bu velosiped “Coca-Cola”nın velosiped idmanına həsr olunmuş ilk televiziya reklamlarından birində istifadə edilib və şirkətin velosiped idmanına olan dəstəyinin və bağlılığının bir rəmzidir.

Ağacəkmə aksiyasından dərhal sonra tədbirdə iştirak edən mətbuat nümayəndələri arasında velosiped yarışı keçirildi. Təşkil olunan yarışda ölkəmizin müxtəlif media qurumlarının əməkdaşları iştirak edib. Yarışda ən yaxşı vaxtı Sportarena.az idman portalının jurnalisti Vüsal Mirzəyev göstərib. İkinci yerə AZƏRTAC Dövlət İnformasiya Agentliyinin fotoqrafı Tapdıq Abdullayev, üçüncü yerə isə “Report” İnformasiya Agentliyinin müxbiri Cavid Əzimov layiq görülüblər. Yarışda fərqlənənlər Azərbaycan Velosiped İdmanı Federasiyası, "Coca-Cola" şirkəti və ADA Universiteti tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər. Turnirin yeganə xanım iştirakçısı olan “Lider” televiziyasının müxbiri Şəhla Abdullayeva yarışda iştirak etdiyinə və mübarizə əzminə görə təltif edilənlər sırasında yer alıb.

Xəbər 782 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
23.09.2023 Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib
10.09.2023 Bakıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçirilib
09.09.2023 Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş velosiped yarışı keçiriləcək
06.09.2023 Kriterium üzrə Azərbaycan Kubokunun II mərhələsinə start verilib
24.08.2023 Kriterium üzrə Azərbaycan Kubokunun ilk mərhələsi keçirilib
09.07.2023 Trek velosipedi üzrə Azərbaycan çempionatı keçirilib
11.06.2023 “Əziz Şuşa” veloturunun sonuncu mərhələsinə start verilib
10.06.2023 Alessandro Monaco: Sabah keçiriləcək Şuşa mərhələsini səbirsizliklə gözləyirik
10.06.2023 “Əziz Şuşa” beynəlxalq velosiped yarışının dördüncü mərhələsi yekunlaşıb
10.06.2023 “Əziz Şuşa” veloturunun dördüncü mərhələsinə start verilib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru