Azərbaycan Kubokunun 2015/2016-cı illər mövsümünün püşkatmasının vaxtı müəyyənləşib.
İdman.com.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, oktyabrın 7-də saat 12:00-da AFFA-nın inzibati binasında reallaşacaq püşkatma mərasimində 19 komanda iştirak edəcək. Turnirdə Topaz Premyer Liqasının 10 komandası ilə yanaşı, I Divizionun 9 klubu da qüvvəsini sınayacaq.
Topaz Premyer Liqasında çıxış edənlər: “Qarabağ”, “İnter”, “Qəbələ”, “Neftçi”, AZAL, “Xəzər Lənkəran”, “Sumqayıt”, “Rəvan”, “Kəpəz”, “Zirə”.
I Divizionda çıxış edənlər: “Bakı”, “Neftçala”, “Qaradağ Lökbatan”, “Turan Tovuz”, “Şahdağ”, “Şəmkir”, “Mil Muğan”, MOİK, “Şərurspor”.
|