Ana səhifə  |  Haqqımızda  Əlaqə
 
  

                        
logo-veb
 Xəbərlər
16/05 | 15:29 Paraatletika üzrə Azərbaycan millisi dünya çempionatında iştirak edəcək
16/05 | 14:30 Atletika üzrə Azərbaycan çempionatı keçiriləcək
16/05 | 12:35 Azərbaycanın həndbol millisi ilk oyunda qələbə qazanıb
16/05 | 12:23 Avropa çempionatında iştirak edəcək Azərbaycan bədii gimnastları açıqlanıb
16/05 | 11:12 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib
15/05 | 23:00 Azərbaycanın qadınlardan ibarət həndbol millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək
15/05 | 16:24 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə B Liqasının qalibi olub
15/05 | 16:22 Azərbaycanın daha üç boksçusu Rusiyadakı Memorialda bürünc medalı təmin edib
15/05 | 12:29 Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
15/05 | 11:58 “Heydər Əliyev Kuboku-2024”ün ikinci günündə 18 döyüş keçirilib
15/05 | 10:44 Azərbaycanda ağırlıqqaldırma üzrə dünya və Avropa çempionatları keçirilə bilər
15/05 | 06:00 Respublika Olimpiya İdman Liseyi 2024-2025-ci tədris ili üçün şagird qəbulu elan edir
14/05 | 22:28 Minifutbol üzrə Azərbaycan çempionatında birinci yerin sahibi müəyyənləşib
14/05 | 19:32 Azərbaycan II Liqasının çempionu bəlli olub
14/05 | 16:31 Azərbaycanın boks millisi Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcək
14/05 | 12:26 Azərbaycanın hokkey komandası Kazanda keçirilən turnirdə növbəti qələbəsini qazanıb
14/05 | 11:55 Azərbaycan Üzgüçülük Federasiyasına yeni vitse-prezident seçilib
14/05 | 10:45 Qadın həndbolçular arasında Azərbaycan çempionatı başa çatıb
13/05 | 17:43 Azərbaycan boksçuları Macarıstanda beynəlxalq turnirdə iştirak edəcəklər
13/05 | 16:42 “Heydər Əliyev Kuboku-2024” beynəlxalq boks turnirinin açılış mərasimi keçirilib
13/05 | 15:20 Azərbaycanın gənc və yeniyetmə samboçuları Avropa çempionatında 7 medal qazanıblar
13/05 | 14:19 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
13/05 | 13:38 Azərbaycan Basketbol Liqasında final seriyasının təqvimi açıqlanıb
13/05 | 12:16 Gəncədə Heydər Əliyevin xatirəsinə minifutbol turniri keçirilib
13/05 | 11:09 Azərbaycanın kişi parataekvondoçuları tarixi uğura imza atıblar
12/05 | 21:36 Azərbaycan gimnastları Dünya Kubokunda 4 medal qazanıblar
12/05 | 21:20 Azərbaycan atleti Özbəkistanda qızıl medal qazanıb
12/05 | 20:33 Azərbaycan həndbol çempionatında ilk medalçı bəlli olub
12/05 | 18:39 “Bakı Yelkən Reqatası 2024”ün mükafatlandırma mərasimi keçirilib
12/05 | 16:30 Azərbaycanın daha iki cüdoçusu Qazaxıstanda medal qazanıb
11/05 | 23:28 Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
11/05 | 23:27 Azərbaycan atleti Açıq Mərkəzi Asiya çempionatında ikinci olub
11/05 | 22:56 Parakarateçilərimiz Xorvatiyada keçirilən Avropa çempionatının gümüş medallarını qazanıblar
11/05 | 15:54 Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
10/05 | 21:44 Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
Digər xəbərlər 
 Millətlər Liqası. C divizionu. “C” qrupu
N: Komandalar O Q H M T/F X
1 Belçika 6 5 1 0 16-3 16
2 Avstriya 7 5 1 1 15-7 16
3 İsveçrə 5 2 0 3 11-8 6
4 Azərbaycan 6 1 1 4 4-12 4
5 Estoniya 6 0 1 5 2-18 1
 Premyer Liqa. Turnir cədvəli
N: Komandalar O Q H M T/F X
1 Qarabağ 27 21 3 3 71-23 66
2 Sabah 27 11 7 9 39-32 40
3 Neftçi 27 11 7 9 34-29 40
4 Zirə 27 10 9 8 21-18 39
5 Sumqayıt 27 10 9 8 26-32 39
6 Səbail 27 10 7 10 39-41 37
7 Turan Tovuz 27 9 8 10 41-38 35
8 Araz-Naxçıvan 27 8 8 11 27-36 32
9 Kəpəz 27 7 6 14 29-47 27
10 Qəbələ 27 4 4 19 20-51 16
​Elxan Məmmədov: "İnsanlar gecə də futbola baxmaq istəyirlər"
Tarix: 25.09.2015 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


"Anladıq ki, CBC kanalında vaxt məhdudiyyəti var. Ona görə də danışıqlar apardıq. İstərdik gələcəkdə divizionun, əvəzedicilərin, U-19-un və digər çempionatların da oyunları yayımlansın". Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Tezliklə fəaliyyətə başlayacaq "CBC Sport" telekanalı ilə bağlı danışan E.Məmmədov bildirib ki, AFFA İcraiyyə Komitəsinin bu yaxınlarda keçirilən fövqəladə iclasında sözügedən məsələ müzakirə edilib və əhaliyə açıq bir kanalın yaranması təklif olunub: "Bu, gündəlikdə olan 6-cı məsələ idi. Razılaşdıq ki, yeni idman telekanalının açılmasını hələ açıqlamayaq. Çünki AFFA işə təsisçi kimi daxil olub. CBC çoxsaylı paya sahib olur, federasiya isə texniki məsələləri həll etməyə çalışır".

Baş katibin sözlərinə görə, Azərbaycan Premyer Liqasının yayım hüququ ilə bağlı elan olunmuş tenderdə futbol verilişləri və uşaq futbolunun çəkilişlərinin olması göstərilib və CBC bununla razılaşıb. E.Məmmədov deyib ki, CBC-nin idman kanalı olmaması yeni layihənin yaranmasına səbəb olub: "CBC idman kanalı deyil və onların idmana və futbola ayırdığı vaxt məhdud olacaq. Oyunu göstərəcək, bir veriliş veriləcək və bununla da kifayətlənəcəklər. Amma biz həftədə iki-üç verilişin hazırlanmasını, uşaq liqalarının da göstərilməsini istərdik. Kanalı təsis etməyə vaxt tələb olunur. CBC dövlət strukturlarına müraciət etdi və "CBC Sport"a lisenziya verildi. Artıq oktyabrın 1-dən və ya bundan bir neçə gün sonra yayıma başlaya bilərlər. Oyunları yayımlamaq üçün Türkiyədən Çempionlar Liqası, Avropa Liqası çəkilişlərində iştirak edən xüsusi komanda dəvət etmişik və CBC onlarla müqavilə bağlayıb. Hazırda onlar fəaliyyət göstərir və İlham Rüstəmov baş direktor təyin olunub. O azərbaycanlıdır, Rusiyanın "NTV Sport", "Naş futbol" telekanallarında rəhbər vəzifələrdə işləyib. CBC-nin efirində çox keyfiyyətli yayım görürük. "CBC Sport" təkcə futbol yox, digər idman növlərini də işıqlandıracaq. İnanırıq ki, uğurlu bir layihə olacaq".

E.Məmmədov Avropa, dünya futboluna olan marağı nəzərə alaraq həm "İdman Azərbaycan", həm də "CBC Sport"un tamaşaçılara idman yarışlarını təqdim etməsini müsbət dəyərləndirib: "Məsələn, Bundesliqa oyunu gedə-gedə eyni vaxtda İngiltərə Premyer Liqasının, Fransa, İtaliya çempionatlarının oyunları keçirilir. Bir kanal bunu göstərə bilməz. Azərbaycanda da Premyer Liqadan başqa digər liqalara azarkeşlik edənlər var. Rusiya, Türkiyə, İspaniya və s. ölkələrin çempionatları keçirilir. Bunu nəzərə alaraq demək olar ki, bir idman kanalı yetərli deyil. İki kanalın olması idmanın xeyrinədir. Söhbət yalnız futboldan yox, bütün idman növlərindən gedir. Bu gün Azərbaycan futbolunu tərifləsək, deyə bilərik ki, bütün yaş qruplarını əhatə edən və mütəmadi davam edən yeganə idman növüdür. Kubok və liqa yarışları avqustda başlayır və mayadək davam edir. İyulda Avropa Liqası və Çempionlar Liqası başlayır. Yəni futbol hərəkətliliyi var".

AFFA rəsmisinin sözlərinə görə, müxtəlif idman yarışlarının tamaşaçılara çatdırılması vacib amildir. O bildirib ki, bu amil tamaşaçılardan əlavə, futbolda çalışanların da xeyrinədir: "Bu yaxınlarda bizə müraciət etmişdilər ki, "CBC Sport" Braziliya çempionatını göstərəcək, ya yox? Bu onu göstərir ki, Azərbaycanda Braziliya çempionatına baxanlar var. Bu gün bizdə braziliyalı futbolçular oynayırsa, deməli, seleksiyaçılar, məşqçilər həmin liqalara baxıb futbolçu seçə bilərlər. Ona görə də ikinci idman kanalının olması müsbət haldır. Nəzərə alaq ki, "CBC Sport" sutka ərzində fasiləsiz fəaliyyət göstərəcək. Bu da vacib amildir. İnsanlar hərdən gecə də futbola baxmaq istəyirlər".

"Report"
Xəbər 710 dəfə oxundu



 
Bölməyə aid digər xəbərlər
13.05.2024 AFFA Gənclər Liqasında 2023/2024 mövsümü başa çatıb
28.04.2024 Azərbaycanın U-17 millisi Tacikistanı penaltilər seriyasında məğlub edib
27.04.2024 Azərbaycan Premyer Liqasında XXXII tura start verilib
22.04.2024 1/4 finalçılar müəyyənləşib
15.04.2024 Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində üçüncü turun oyunları keçirilib
02.04.2024 Azərbaycan Kuboku: "Qarabağ" "Neftçi"ni 4 cavabsız qolla üstələyib
02.04.2024 AFFA İcraiyyə Komitəsinin yeni tərkibi bəlli olub
02.04.2024 AFFA-nın yeni prezidenti müəyyənləşib
31.03.2024 Azərbaycan Premyer Liqasında XXVIII tur başa çatacaq
29.03.2024 "Qarabağ" 11-ci Azərbaycan çempionluğunu rəsmiləşdirib


  Arxiv
Fotogalereya
  • Rafiq Hüseynovun qələbə sevinci
  • Azərbaycan idmançıları Tokio olimpiadasında
"İdman" qəzeti
"İdman" qəzeti, №21, 12 oktyabr 2021
"İdman" qəzeti, №20, 28 sentyabr 2021
"İdman" qəzeti, №19, 14 sentyabr 2021
Aylıq bületenlərimiz
son sayımız əvvəlki sayımız
İdman qurğuları
Partnyorlar
Sayt Mozilla Firefox, Opera və Internet Explorer ilə tam dəstəklənir.
© 2011İDMAN. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Designed by V.Aliyev
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sülh küçəsi, 2A
İndex: AZ 1072
E-mail: idman-sport@mail.ru